Kreml təhlükəsizliyi gücləndirir: ŞOK! Putinə SUİ-QƏSD iddiası yayıldı

Kreml təhlükəsizliyi gücləndirir: ŞOK! Putinə SUİ-QƏSD iddiası yayıldı
07.01.2026 13:27

Rusiya KİV-lərinin məlumatına görə, Kreml ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Tədbirlərin görülmə səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.  

Maraqlıdır, bu, nə ilə bağlı ola bilər? 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Abutalıb Səmədov bildirib ki, Rusiya Putinə sui‑qəsd cəhdini gündəmə gətirib:


“Ötən ilin sonunda Rusiya Xarici İşlər Naziri açıqlama verərək bildirdi ki, guya Putinin Novqorod vilayətindəki iqamətgahına dron hücumu edilib və onun öldürülməsinə cəhd göstərilib. Rusiya bu iddianı geniş şəkildə gündəmə gətirdi, hətta ABŞ Prezidenti Donald Tramp da bu addımı pisləyən bəyanat verdi. Belə təəssürat yarandı ki, Rusiya Trampı Putinə qarşı real sui‑qəsd təhlükəsinin mövcud olduğuna inandıra bilib”.

Onun sözlərinə görə, bundan sonra Rusiya tərəfi sülh danışıqlarının davam etməsinin  mənasız olduğunu iddia etdi və Ukraynanı cavab tədbirləri ilə hədələdi. Həmin cavabın hələ verilmədiyi bildirilsə də, onun gözlənildiyi vurğulandı.

“Sonradan aparılan dəqiqləşdirmələr isə göstərdi ki, Rusiya bu hücumla bağlı məsələni şişirdib və ya uydurub. Ukraynanın Putinin iqamətgahına hücum etmək və onu öldürmək planı olmayıb. Bu barədə Tramp da sonradan açıq şəkildə danışıb”, - analitik qeyd edib.

Ekspertin qənaətincə, Kreml yaxşı qorunur, xəbərlər şişirdilib:


“Buna baxmayaraq, həm Rusiyada, həm də dünyada bir çox insan bu prosesləri diqqətlə izləyir. İlkin versiyanı gücləndirmək məqsədilə indi guya Kreml və onun ətrafında təhlükəsizlik tədbirlərinin artırıldığı barədə məlumatlar yayılır. Halbuki Kreml və ətrafı onsuz da ciddi şəkildə qorunur və əlavə gücləndirməyə real ehtiyac yoxdur”.

A.Səmədovun fikrincə, Rusiya hücum iddialarını şişirdir: 

“Guya Novqorod bölgəsində Putinin iqamətgahına hücum edilibsə və onu orada öldürə  bilməyiblərsə, Kremldə bunu edə biləcəkləri fikri irəli sürülür. Bütün bu addımlar prosesi müşahidə edənləri çaşdırmağa yönəlib. Rusiya rəhbərliyinin yalan danışdığını isə prosesi yaxından izləyənlər yaxşı bilir. Buna baxmayaraq, bəzi böyük dövlətlər hələ də Ukraynanın Putini öldürməyə cəhd göstərdiyi versiyasını qəbul edir”.

Analitik son olaraq əlavə edib ki, Rusiya yalanları gücləndirərək Ukraynanı təzyiq altında saxlayır:

“Əsas məqsəd əvvəllər dövriyyəyə buraxılmış yalanı davam etdirmək, onu gücləndirmək və Ukraynanı təzyiq altında saxlamaqdır. Əslində isə bu iki dövlət arasında sülhə kimin daha çox mane olduğunu müəyyənləşdirmək istəsək, ilk növbədə Rusiyanın addımlarına baxmaq lazımdır. Mövcud vəziyyət Moskvanın bu istəklərini reallaşdırmaq üçün informasiya mühitindən istifadə etdiyini göstərir”.

 Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başladı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 Все новости