"Yüz illərin Orbanı"nı taxt-tacından edən Magyar kimdir - DOSYE

"Yüz illərin Orbanı"nı taxt-tacından edən Magyar kimdir - DOSYE
13.04.2026 12:00

Peter Magyar 1981-ci il martın 16-da Budapeştdə anadan olmuş hüquqşünas və siyasətçidir. O, bu gün Macarıstanın ən dramatik siyasi dəyişikliklərindən birinin mərkəzində dayanan əsas fiqurlardan sayılır.


O, uşaqlıq illərində otağının divarına Viktor Orbanın şəklini asmışdı — həmin dövrdə Orban sovet təsirinə qarşı çıxan azadlıq simvolu idi. Onilliklər sonra isə Magyar məhz həmin Orbanı siyasi hakimiyyətdən uzaqlaşdırdı.

Mühafizəkar ailədə böyüyən Magyar 2004-cü ildə Pazman Peter Katolik Universitetinin Hüquq fakültəsini bitirmişdir. Universitet illərində gələcək nazir Gulyas Gergely ilə  dostluq münasibətləri qurmuşdu.


Orban hökuməti onu Brüsselə diplomat kimi göndərdi və ailəsi təxminən on il orada yaşadı. 2018-ci ildə Budapeştə qayıtdılar; həmin vaxt həyat yoldaşı Judit Varga ədliyyə naziri vəzifəsində çalışırdı.

2024-cü ilin əvvəlində Macarıstanı sarsıdan böyük qalmaqal baş verdi: Prezident Katalin Novak dövlət uşaq müəssisəsində direktor müavini olmuş, uşaqlara qarşı cinsi istismarda iştirak etdiyinə görə məhkum edilmiş bir şəxsi əfv etmişdi. Bu əfv sənədini ədliyyə naziri kimi Judit Varga imzalamışdı.


Magyar bir neçə saat ərzində "Facebook"da hökuməti sərt tənqid etdi, daha sonra “Partizan” adlı müstəqil mediaya müsahibə verdi. Bu çıxışı onu cəmi dörd ay ərzində demək olar ki, tanınmayan bir şəxsdən ölkə miqyasında siyasi liderə çevirdi. Tisza Partiyası 2024-cü ilin iyununda keçirilən Avropa Parlamenti seçkilərində təxminən 30% səs qazandı.

Rusiya ilə münasibətlər məsələsində Magyar Orbanı Gürcüstanın keçmiş rəhbərliyi ilə müqayisə edərək demişdi ki, “biri Putini soldan, digəri isə sağdan dəstəkləyir”. Seçkilər ərəfəsində o, Rusiyanı kampaniyaya müdaxilə etməkdə ittiham edib, Kremlin Budapeşt səfirliyindən Orbanı dəstəkləmək üçün fəaliyyət göstərildiyinə dair hesabatlara istinad etmişdir.  Bununla belə, Rusiyaya qarşı praqmatik yanaşmanı müdafiə edir və enerji asılılığının dərhal aradan qaldırılmasının real olmadığını qəbul edir. 


Avropa İttifaqı və Qərb siyasəti baxımından Tisza Partiyasının proqramı “Avropanı seçirik” xəttini açıq şəkildə dəstəkləyir, Aİ və NATO ilə etibarlı əməkdaşlığın qurulacağını və 2030-cu ilə qədər avrozonaya üzvlüyün hədəfləndiyini bildirir. Magyar dondurulmuş təxminən 18 milyard avro Aİ fondunun açılmasını — bu vəsait ölkə ÜDM-nin təxminən 10%-ni təşkil etdiyi üçün — əsas prioritetlərdən biri hesab edir.

Türkiyə ilə münasibətlərə gəldikdə,  Magyar Avropa Parlamentinin Türkiyə ilə Birgə Parlament Komitəsinin (D-TR) üzvüdür. Birbaşa ikitərəfli açıqlamaları məhdud olsa da, Tisza Partiyasının NATO-ya sadiq mövqeyi Ankara ilə əməkdaşlıq imkanlarını gücləndirir.

Azərbaycanla bağlı isə Magyarın gələcək hökumətinin Aİ-nin Rusiya enerji asılılığını azaltmaq siyasətini dəstəkləyəcəyi gözlənilir. Bu, Azərbaycanın enerji ixracatçısı kimi strateji əhəmiyyətini artıra bilər. Lakin Avropa Xalq Partiyası (EPP) çərçivəsində vurğulanan demokratik standartlar məsələsi müəyyən gərginliklər yarada bilər.

Qeyd edək ki, 2026-cı il aprel  12-də səslərin 77%-i sayıldığı zaman Magyar 53%-ə qarşı 38% nəticə ilə öndə idi. Viktor Orban məğlubiyyətini etiraf edərək, “Qalibə təbriklərimi bildirirəm. Müxalifətdən Macar xalqına xidmət edəcəyik”, — demişdi. Cəmi iki il əvvəl demək olar ki, tanınmayan bu şəxs 16 il ərzində məğlubedilməz sayılan Orban–Fidesz sistemini sarsıtdı və devirdi.

Jalə Rövşən

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 Bütün Xəbərlər