İstanbulda mühüm görüş: "Qərbin maraqları Ukraynanı qane etmir" - RƏY

İstanbulda mühüm görüş: "Qərbin maraqları Ukraynanı qane etmir" - RƏY
04.04.2026 21:16

Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmrakı Rəcəb Tayyib Ərdoğanla substantiv danışıqlara başladığını və İstanbulda mühüm görüşlərin planlaşdırıldığını qeyd edib: 


"İstanbula gəldim, burada mühüm görüşlər planlaşdırılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla substantiv danışıqlar hazırlanıb. İnsanların həyatının real müdafiəsini təmin etmək, Avropamızda, eləcə də Yaxın Şərqdə sabitliyi irəli aparmaq və təhlükəsizliyə zəmanət vermək üçün tərəfdaşlığımızı gücləndiməyə çalışırıq. Birgə səylər həmişə ən yaxşı nəticələr verir". 

Politoloq Mütəllim Rəhimli Ukrayna liderinin fikirlərini TodayPress TV-yə şərh edib. 


Analitik bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin dayandırılması istiqamətində fəal cəhdlər göstərsə də, prosesin ədalətli şəkildə başa çatmasını istəyir. Avropalı vasitəçilər və ABŞ-nin iştirakı ilə aparılan danışıqlarda əsas diqqət Ukraynanın deyil, bu aktorların öz maraqlarına yönəlir. Onun sözlərinə görə, həm ABŞ, həm də Avropa İttifaqına (Aİ) üzv ölkələr müharibənin tezliklə bitməsi üçün daha çox öz siyasi və geosiyasi maraqlarını ön plana çıxarırlar. 

Siyasi şərhçi qeyd edib ki, Zelenski artıq bu reallıqları görür və anlayır ki, mövcud şəraitdə daha balanslı və ədalətli mövqe sərgiləyən əsas tərəf Türkiyədir: 

“Üç il əvvəl taxıl dəhlizinin açılması və Ukraynadan taxıl ixracı ilə bağlı razılaşmanın məhz İstanbulda əldə olunması da Türkiyənin bu məsələdə oynadığı mühüm rolu göstərir. Həmin dövrdə İstanbul danışıqlarında Ukraynanın maraqlarına uyğun bir sıra təkliflər də irəli sürülmüşdü”. 


Ekspertin sözlərinə görə, sonradan məlum olub ki, bu prosesin reallaşmasına müəyyən xarici təsirlər mane olub və o dövrdə Böyük Britaniyanın Baş naziri Boris Consonun bu razılaşmanın həyata keçməsinə imkan vermədiyi iddia olunur. Politoloq bildirib ki, həmin mərhələdə Ukrayna tərəfinə daha sərfəli şərtlərlə sülhün mümkün olacağı ilə bağlı fərqli yanaşmalar təqdim olunub. 

M. Rəhimli vurğulayıb ki, bütün bu cəhdlərə baxmayaraq, müharibə hələ də davam edir və gözlənilən nəticələr əldə olunmayıb. Bu səbəbdən Zelenski yenidən Türkiyə ilə fəal təmaslara üstünlük verir və Prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlarda maraqlıdır. Analitik hesab edir ki, Türkiyənin siyasəti həm Yaxın Şərqdə, həm də Rusiya-Ukrayna müharibəsində mülki əhalinin qorunmasına və ədalətli sülhün təmin olunmasına yönəlib. 

"Qarşıdakı görüşlərdə Zelenski və Ərdoğan arasında əsas müzakirə mövzusu da məhz müharibənin dayandırılması və ədalətli sülhün əldə olunması olacaq”, - deyə politoloq izah edib. 

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 Иранские беспилотники атаковали правительственный объект в Кувейте 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 «Нефтчи» стартовал на Токийском этапе с победы над США 13:10 Объявлен прогноз погоды на воскресенье 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Гражданам этих стран разрешен безвизовый въезд в Азербайджан 12:18 Народный поэт Нариман Гасанзаде завтра будет похоронен на I Аллее почётного захоронения 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Брат Байрама убил их мать 11:53 Уже 9 лет как я живу в Баку, в родительском доме — Севиль Алиева 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 Все новости