İlham Əliyev niyə daha futbola getmir?

İlham Əliyev niyə daha futbola getmir?
19.04.2026 12:58

Dövlət başçısı İlham Əliyevlə veteran futbolçu Oqtay Abdullayev arasında səmimi dialoqu yəqin bütün futbolsevərlər xatırlayır.

Oqtay Abdullayev: Futbola gəlmək lazımdır.

İlham Əliyev: Mən gələrdim, sonra uduzarlar, pis olar...

Prezident bu sözləri elə-belə demirdi. 

10 il əvvəl Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının açılış matçına dövlət başçısı ailəsi, nəvələri ilə təşrif buyurmuşdu. 

Amma futbolçularımız ilk 23 dəqiqədə biabırçı formada uduzmağımız üçün hər şey etdi. 

Gələn il final mərhələsi Azərbaycan və Özbəkistanda keçiriləcək U20 dünya çempionatında da ölkə başçısı yəqin ki, stadiona ən azı 1 dəfə gələcək. 

Ruy Jorjenin tələsik təyinatı da bəlkə də onun önündə növbəti rəzalətin qarşısını almaq məqsədi daşıyır. 

Amma təəssüf ki, indiki U-20 millimizin futbolçularının potensialı 10 il əvvəlki U17-nin futbolçularının potensialından yüksək deyil...

Bu səbəbdən AFFA paralel olaraq başqa addımlar atmalıdır. Məsələn, gələn mövsüm Premyer Liqa klublarında 20 yaşadək ən azı 3-4 futbolçu olmalı, onlardan da heç olmasa 1-2-si əsas heyətdə oynamalıdı. 

2016-cı ildə Bakıda keçirilən Avropa çempionatında heyətimizdə çoxlu türk futbolçu vardı. Onların əksəriyyəti peşəkar futbolçu ola bilmədi. Elə o heyətdəki yerli oyunçularımızın da...

Buna görə də, xaricdə yaşayıb-yaradan əslən azərbaycanlı gənc futbolçuların cəlb edilməsi planı da nə dərəcədə uğurlu ola bilər, bilmirəm. 

Həmçinin Əvəzedicilər liqasının ləğvinin tərəfdarı olsam da, bu Dünya çempionatına görə liqanın ömrünün ən azı 1 il daha uzadılması məntiqli görünür.

Anar Şabanoğlu,

İdman eksperti

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Все новости