Deputat: “Paşinyanın səsləndirdiyi fikirlər həm ziddiyyətli, həm də manipulyativdir”

Deputat: “Paşinyanın səsləndirdiyi fikirlər həm ziddiyyətli, həm də manipulyativdir”
17.09.2025 16:07 Təhlil

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə  Azərbaycanın adını çəkib.

Belə ki, “Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025" beynəlxalq konfransında çıxış edən Paşinyan, KTMT-ni Ermənistanın təhlükəsizliyini təmin edə bilməməkdə günahlandırıb. 

O deyib ki, artıq hərbi-siyasi ittifaqlar və ordunun özü ölkənin xarici təhlükəsizliyini qorumaq üçün effektiv mexanizm deyil:  

"Xüsusilə KTMT məsələsində 3 dəfə uğursuzluq olub. KTMT Azərbaycana eyni dərəcədə “qardaş ölkə” kimi yanaşıb və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Amma eyni yanaşmanı Ermənistan üçün görmək mümkün olmayıb". 

Paşinyan xatırladıb ki, 2021-ci ilin mayında, 2022-ci ilin sentyabrında, eləcə də İkinci Qarabağ müharibəsi zamanı Ermənistan KTMT-yə müraciət etsə də, cavab ala bilməyib. 

Maraqlıdır, Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyıbsa, o halda KTMT hansı əsasla Qarabağ uğrunda savaşda İrəvana hərbi dəstək verməliydi? 

Axı təşkilatın nizamnaməsi açıq şəkildə göstərir ki, yalnız üzv dövlətlərin suveren ərazisinə hücum olduqda kollektiv müdafiə mexanizmi işə düşür. Putin həmin vaxt açıq demişdi: 

“Müharibə Ermənistan ərazisində getmir”. 

Ümumiyyətlə, bu çıxışı və prosesi necə şərh etmək olar? 

Xüsusilə də sülh ərəfəsində...

“Ermənistanın Baş naziri Nikol Paşinyan uzun illərdən bəri ölkəsinin yürütdüyü siyasətin, xüsusilə də baş nazir olduğu dönəmdə atdığı addımların iflasını gizlətmək üçün növbəti dəfə KTMT-ni hədəfə götürüb”.

TodayPress TV xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, baş nazirin “Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025” beynəlxalq konfransında səsləndirdiyi fikirlər həm ziddiyyətli, həm də manipulyativdir:

“Əgər Azərbaycanın ərazi bütövlüyü tanınırdısa, bəs o halda KTMT hansı əsasla İrəvana hərbi dəstək verməli idi?”

“Paşinyanın “Kompleks təhlükəsizlik və dayanıqlılıq 2025” beynəlxalq konfransında səsləndirdiyi fikirlər həm ziddiyyətli, həm də manipulyativdir. Paşinyan iddia edir ki, KTMT Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, amma Ermənistan üçün eyni mövqe nümayiş etdirməyib. Yaxşı, əgər Azərbaycanın ərazi bütövlüyü tanınırdısa, bəs o halda KTMT hansı əsasla İrəvana hərbi dəstək verməli idi? Təşkilatın nizamnaməsi sadədir: yalnız üzv dövlətin beynəlxalq sərhədlərinə hücum baş verərsə, kollektiv müdafiə mexanizmi işə düşür. Vaxtilə Ermənistanın işğalı altında olan, hazırda azad edilmiş ərazilərin Azərbaycana məxsusluğunu nəinki KTMT, bütün dünya tanıyırdı. Qarabağın Azərbaycana məxsusluğu heç vaxt beynəlxalq hüquq və beynəlxalq münasibətlər müstəvisində mübahisə predmeti olmayıb. Hətta işğal dövründə Ermənistanın Azərbaycan ərazilərində formalaşdırdığı qondarma rejimi tanımaması da rəsmi İrəvanın, hətta işğal zamanı da bu həqiqəti başa düşdüyünü göstərir”. “Bölgəni xaosa sürükləyən də məhz Ermənistanın özü olub”.

Parlamentari, həmçinin deyib:

“Buradan çıxan nəticə odur ki, KTMT heç bir “xəyanət” etməyib, sadəcə, nizamnaməyə uyğun davranıb. Amma Ermənistan rəhbərliyi bunu öz xalqına “biz tək buraxıldıq” pərdəsi altında təqdim etməklə, məsuliyyəti də üzərindən atmağa çalışır. 30 illik işğal siyasətini həyata keçirən, reallıqdan uzaq “miatsum” xülyaları ilə bölgəni xaosa sürükləyən də məhz Ermənistanın özü olub. Paşinyanın son çıxışı açıq və konkret mesaj xarakteri daşıyır: Ermənistan artıq Rusiyanın təhlükəsizlik çətirinin çökməsini etiraf edir və Qərbə “bizim alternativimiz sizsiniz” siqnalı verir. Sülh prosesinin ərəfəsində belə çıxışların başqa bir mənası da var. Paşinyan özü etiraf edir ki, nə KTMT, nə də Ermənistan ordusu ölkəni qorumaq gücündə deyil. Yeganə real yol Azərbaycanın ərazi bütövlüyünü tam qəbul etmək, qonşularla münasibətləri normallaşdırmaq və yekun sülh sazişinə imza atmaqdır. Əks halda, Ermənistanın hərbi-siyasi avantüraları yenidən faciə ilə nəticələnəcək”. 

“Nə qədər manipulyasiya etsə də, fakt dəyişməzdir”

“Deməli, Paşinyanın KTMT-yə atdığı daş, əslində, onun öz siyasətinin zibilxanasına düşür. Çünki nə qədər manipulyasiya etsə də, fakt dəyişməzdir: Ermənistanın təhlükəsizliyi xarici havadarların xülyalarında yox, yalnız regiondakı reallıqlar çərçivəsində təmin oluna bilər”, - deyə o, fikirlərini yekunlaşdırıb.

Orxan Saffari

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Bütün Xəbərlər