Çətin zamanların strateji tərəfdaşları: Bakı və Budapeşt - ŞƏRH

Çətin zamanların strateji tərəfdaşları: Bakı və Budapeşt - ŞƏRH
22.05.2025 11:41 Təhlil

“Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri Bakı və Budapeşt arasında münasibətlərin yeni mərhələsi hesab olunmalıdır”. 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bunu TodayPress TV-yə danışarkən deyib. 

O diqqətə çatdırıb ki, iki ölkə arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Ötən dövr ərzində prezidentlər səviyyəsində 8, hökumət başçıları səviyyəsində 7, parlament sədrləri səviyyəsində 5, xarici işlər nazirləri səviyyəsində isə 19 olmaqla, ümumilikdə 39 qarşılıqlı səfər həyata keçirilib. Habelə bir sıra beynəlxalq platformalarda ölkələr istisnasız olaraq bir-birinin maraq və mənafelərinin ifadə olunduğu mövqeyi dəstəkləyib.   

“Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, aramızda olan təmaslar müntəzəm xarakter daşıyır və Azərbaycan-Macarıstan əlaqələri hazırda da böyük uğurla inkişaf edir. Təbii ki, ortaq tarixi köklər dövlət başçılarının mətbuata birgə bəyanatlarında da ifadə etdikləri kimi, bir sıra oxşarlıqlar münasibətlərin perspektivinə önəmli təsir göstərməkdədir. Lakin heç şübhəsiz ki, Bakı və Budapeşti yaxınlaşdıran əsas amil liderlərin etibarlı tərəfdaşlıq mühitini qura bilməsidir. Macarıstanın Baş naziri Viktor Orbanın ifadə etdiyi kimi, ötən dövr ərzində bu ölkənin diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə qarşılaşdığı istənilən çətinlik zamanı ölkə başçımız Macarıstanın yanında olub və bu gün Budapeştdə Azərbaycana güvənilir, strateji tərəfdaş, Prezident İlham Əliyevə isə macarların ən çətin günlərinin güvənc yeri kimi baxılır”. 

Millət vəkilinin sözlərinə görə, sevindirici haldır ki, qlobal gərginliklərin artdığı və ziddiyyətlərin dərinləşdiyi bir məqamda Azərbaycan və Macarıstan münasibətləri yüksələn xətt üzrə inkişaf tempini qoruya bilib: 

"Ölkə başçımızın işgüzar səfəri Macarıstanda Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi iclası çərçivəsində baş tutub. Macarıstanın müşahidəçi statusuna baxmayaraq, Zirvəyə ev sahibliyi etməsi heç şübhəsiz ki, bu təşkilatın fəaliyyət miqyasının və potensialının güclənmə perspektivlərindən qaynaqlanır. Sirr deyil ki, qeyd olunan situasiya Azərbaycanın maraqları ilə tam üst-üstə düşür. Belə ki, möhtərəm Prezident ötən ilin fevral ayının 14-də andiçmə mərasimində xarici siyasət kursumuzun əsas istiqaməti kimi Türk dünyası ilə əməkdaşlığı göstərmişdi”. 

Bəhruz Məhərrəmov vurğulayıb ki, Budapeştdə TDT-nin dövlət başçılarının qeyri-rəsmi iclasında Prezident İlham Əliyevin Azərbaycanın bu təşkilatın üzvləri ilə əlaqələrə verdiyi önəmi iqtisadi, ticari və investisiya statistikasında açıqlaması, o cümlədən Macarıstanın Baş naziri Viktor Orbanla bərabər mətbuata birgə bəyanatında çox korrekt və açıq şəkildə mövqe ifadə etməsi bu reallığı bir daha üzə çıxartdı.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfərə gəlib. Səfər mayın 21-də başa çatıb.

Səfər çərçivəsində ölkə başçısı bir sıra mühüm görüşlər keçirib, TDT dövlət başçılarının qeyri-rəsmi iclasında çıxış edib. 

Töhfə Səməd

FOTOLAR

Çətin zamanların strateji tərəfdaşları: Bakı və Budapeşt - ŞƏRH — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər