Britaniya embarqonu LƏĞV ETDİ: Əməkdaşlıq genişləndiriləcək

Britaniya embarqonu LƏĞV ETDİ: Əməkdaşlıq genişləndiriləcək
15.10.2025 16:27 Təhlil

Böyük Britaniya 1992-ci ildə ATƏT tərəfindən Azərbaycan və Ermənistana silah tədarükünün dayandırılması ilə bağlı qəbul edilən tövsiyəyə əsaslanan embarqonu tamamilə ləğv edib. Rəsmi London bu qərarı tərəflər arasında sülh prosesinin irəliləməsi və Vaşinqton sammitində əldə olunan nəticələrlə əlaqələndirib. Bununla Böyük Britaniya hər iki ölkə ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.


Lakin Britaniya hökuməti bildirib ki, ixrac və ticarət lisenziyalarının verilməsi prosesi yenə də strateji risklər və regional təhlükəsizlik amilləri nəzərə alınmaqla fərdi qaydada həyata keçiriləcək.

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Böyük Britaniya hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib:


"44 günlük Vətən müharibəsi zamanı Fransanın əksinə, Böyük Britaniyanın kifayət qədər düzgün mövqe sərgilədiyinin şahidi olduq. O zaman tətbiq edilən silah embarqosu həm Ermənistana, həm də Azərbaycana şamil edilmişdi. Lakin bu gün ölkələrimiz arasında siyasi və iqtisadi müstəvidə çox geniş əməkdaşlıq mühiti mövcuddur. Artıq belə bir embarqonun tətbiq edilməsinə ehtiyac qalmayıb. Çünki iki dövlət arasında sülh artıq əldə olunub və sülh müqaviləsinin imzalanması üçün yalnız texniki mərhələ qalıb. Bu mərhələdən sonra iki ölkə arasında sülh müqaviləsi rəsmən imzalanacaq. Buna görə də hər hansı dövlət və ya beynəlxalq təşkilat tərəfindən Azərbaycan və Ermənistana qarşı yeni qadağanın tətbiqinə əsas yoxdur. Qarabağ məsələsi artıq öz həllini tapıb. Ermənistan həmin əraziləri Azərbaycan torpaqları kimi tanıyıb və bu, beynəlxalq birlik tərəfindən də qəbul olunur. Qarabağ və Şərqi Zəngəzur bölgələri Azərbaycanın ərazisidir".

Siyasətçi əlavə edib ki, Britaniyanın bu qərarı Azərbaycanın müdafiə sənayesinin inkişafına böyük töhfə verəcək:


"Azərbaycan Britaniyanın Cənubi Qafqazdakı əsas müttəfiqi kimi çıxış edir. İki ölkə arasında çoxşaxəli əlaqələr mövcuddur və bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyi gözlənilir. İndiyədək siyasi və iqtisadi sahələrdə qurulmuş münasibətlərin hərbi və müdafiə sənayesi istiqamətində də genişlənəcəyi ehtimal olunur. Bu əməkdaşlığın daha da dərinləşməsi bir neçə mühüm amildən asılı olacaq. Böyük Britaniya Cənubi Qafqaza, o cümlədən Azərbaycana yüksək həcmdə investisiya yatırmaq potensialına malikdir. Onsuz da tərəfdaşlıq mühiti formalaşıb — dünyanın aparıcı şirkətləri, o cümlədən BP, Azərbaycanda xüsusilə enerji sektorunda böyük layihələr həyata keçirir. Bu münasibətlərin hərbi və müdafiə sənayesi sahəsində də davam etməsi artıq real perspektiv kimi dəyərləndirilir".

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 Bütün Xəbərlər