“Bölgənin sonrakı taleyində əsas məsuliyyət Rusiyanın üzərinə düşür” - Politoloq

“Bölgənin sonrakı taleyində əsas məsuliyyət Rusiyanın üzərinə düşür” - Politoloq
03.03.2026 01:22

“Rusiya-Azərbaycan münasibətləri indiki halda durğun və ləng hərəkət edən dialoq səviyyəsindədir”.

Politoloq Aydın Quliyev bunu TodayPress TV-yə danışarkən bildirib.


Analitik vurğulayıb ki, iki ölkə arasında bəzi həll olunmamış və problemli məsələlər qalmaqda davam edir. 

Onun sözlərinə görə, xüsusilə 2024-cü ilin 25  dekabrında baş vermiş AZAL təyyarə qəzası ilə bağlı müəyyən məqamların hələ də Rusiya tərəfindən aydınlaşdırılmaması diqqət çəkir.  

Eyni zamanda Azərbaycan diasporunun üzvlərinə qarşı Rusiyada müəyyən addımların davam etdiyini və bəzi Rusiya rəsmilərinin Azərbaycanın bölgədə atdığı geosiyasi addımlara münasibətdə eyhamlı və tikanlı bəyanatlar səsləndirdiyini vurğulayıb.


"Rusiyanın hazırkı şəraitdə Azərbaycanın Ermənistanla birlikdə həyata keçirdiyi sülh siyasətinə lazımi dəstəyi verməməsi açıq şəkildə görünür. Rəsmi Moskva prosesə açıq şəkildə qarşı çıxmasa da, onun sürətlənməsi üçün özündən asılı olan bəzi addımları atmır. Xüsusilə bölgədə kommunikasiyaların açılmasına dəstək vermək əvəzinə, bəzən yayğın, bəzən isə maneə xarakterli bəyanatlarla prosesə əngəl yaradır", - deyə siyasi şərhçi bildirib.

Ekspert əlavə edib ki, Zəngəzur dəhlizinin açılması istiqamətində Azərbaycan tərəfindən ciddi işlər görülsə də, Rusiya tərəfindən bu məsələyə dair bəzi maneə xarakterli bəyanatlar səsləndirilir və bu da münasibətlərin mövcud durğunluq mərhələsindən daha sürətlə çıxmasına əngəl törədir. 

Politoloq hesab edir ki, hazırkı Rusiya-Azərbaycan münasibətləri bir neçə il əvvəlki ilə eyni səviyyədə deyil: 

“2020-2022-ci illərlə müqayisədə bu münasibətlərdə xeyli fərqlər var. Bu vəziyyət daha çox Rusiyanın Azərbaycanın siyasi addımlarını tam anlamaması və lazımi anlayış göstərməməsi ilə bağlıdır”. 


Analitik vurğulayıb ki, Rusiya köhnə stereotiplərlə hərəkət etməyin ziyanlı və gərəksiz olduğunu anlamalıdır. Lakin bəzi Rusiya rəsmilərinin fərqli mövqe tutması və Azərbaycanın siyasətini anlamaması daha fəal dialoq münasibətlərinin formalaşmasına mane olur.  

"Azərbaycan bölgədə yeni geosiyasi durumun formalaşdırılmasında maraqlıdır və bu istiqamətdə konkret addımlar atır. Atılan addımlar heç bir ölkənin əleyhinə yönəlməyib, əksinə, bölgənin potensial imkanlarının üzə çıxarılmasına xidmət edir. Əgər bu addımlara Rusiya tərəfindən də adekvat yanaşma və reaksiya göstərilərsə, bölgədə ümumi sülhün bərqərar olunması prosesi daha sürətli inkişaf edə bilər".

A. Quliyev sonda bildirib ki, bölgənin bundan sonrakı taleyində əsas məsuliyyət daha çox Rusiyanın üzərinə düşür.    

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
"Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 Все новости