Makronun ƏLİ ƏTƏYİNDƏN UZUN OLDU - Dünən sərhəddə nə baş verib?

Makronun ƏLİ ƏTƏYİNDƏN UZUN OLDU - Dünən sərhəddə nə baş verib?
07.05.2026 11:06

Ermənistanda səfərdə olan Makron quru sərhəddən Türkiyəyə keçmək istəsə də, Ankara Bakı ilə danışıqlardan sonra buna icazə verməyib. Məlumata görə, səfər əvvəlcə Türkiyənin ayrı-ayrı nümayəndələri ilə razılaşdırılıb, lakin məsələ Ərdoğanın masasına gəldikdə o, Azərbaycanla müzakirələrdən sonra Makronun quru sərhədini keçməsinə razı olmayıb.

Makronun sərhədi keçmək istəyinin arxasında həm İrəvanın, həm Parisin siyasi hədəfləri var.

İrəvan Türkiyə ilə sərhədin açılmasında Azərbaycanın rolunun arxa plana keçməsinə çalışır. Paşinyan da daxil olmaqla Ermənistan rəsmiləri dəfələrlə Ankara-İrəvan xəttindəki normallaşma prosesində “üçüncü tərəfin” (söhbət Bakıdan gedir) iştirakına qarşı çıxıb, sərhədin açılmasına ikitərəfli münasibətlər kontekstində nail olmağa çalışıblar.

Lakin Ankara Bakının maraqları fonunda bundan imtina edib, hətta Türkiyə və Ermənistanın “üçüncü şəxslərin sərhəddən keçidi” ilə bağlı razılaşması da praktiki olaraq işləmir. Bu kontekstdə Makronun sərhədi keçmək istəyi düşünülmüş plan idi.

- Ermənistan bununla “üçüncü şəxslərin sərhəddən keçidi” razılaşmasında,

- Bakı-Ankara xəttində müəyyən narazılıq yaratmaq və Azərbaycanı Türkiyə-Ermənistan danışıqlarından kənarlaşdırmaqda,

- Türkiyə ilə sərhədin açılması prosesində Bakının şərtlərinin yerinə yetirilməsi prioritetini dəyişdirməkdə praktiki nəticə əldə edə bilərdi;

- Və sərhədi Fransa prezidentinin keçməsi İrəvan üçün əsaslı presedent yaradacaqdı;

Paris Türkiyə ilə quru sərhədini adlamaqla təkcə Ermənistanın önünü açmır, həmçinin, Ankara-İrəvan danışıqlarında təsiredici oyunçu səviyyəsinə yüksələ bilərdi. Bu, Fransanın Azərbaycan-Ermənistan danışıqlarına təsir imkanlarını, ümumilikdə Cənubi Qafqazdakı rolunu  gücləndirə biləcək amil idi.

Makron Ermənistandan quru yolla Türkiyəyə getməklə Cənubi Qafqazın yenidən qurulan siyasi münasibətlər arxitekturasında “təminatçı”ya çevrilmək istəyirdi, lakin Ərdoğanla Əliyev buna imkan vermədi.


Asif Nərimanlı

XƏBƏR LENTİ
01 AVQUST 2026
1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Bütün Xəbərlər