Bölgədə TƏHLÜKƏLİ vəziyyət: Ox yaydan çıxdı!

Bölgədə TƏHLÜKƏLİ vəziyyət:  Ox yaydan çıxdı!
02.02.2026 12:27

İsrail tərəfindən aparılan rəsmi qiymətləndirməyə əsasən, İran İslam Respublikası hökuməti Amerika Birləşmiş Ştatlarının irəli sürdüyü tələblərə güzəşt göstərməyəcək. Bu haqda "Ynet" nəşri yazıb.  

Maraqlıdır, İran ABŞ-nin tələblərinə güzəşt etməsə, bu vəziyyət beynəlxalq siyasi və regional təhlükəsizlik baxımından hansı nəticələri ortaya çıxara bilər?  

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Abutalıb Səmədov bildirib ki, ABŞ İran qarşısında irəli sürdüyü tələblərdən imtina etməyəcək: 


"Söhbət, uranın ölkə daxilində zənginləşdirilməsindən imtina edilməsindən, 60 faiz zənginləşdirilmiş təxminən 400 kiloqram uranın təhvil verilməsindən, ballistik raket proqramından imtina edilərək ballistik raketlərin sayının kəskin şəkildə azaldılmasından və proksi qüvvələrə dəstəyin və onların maliyyələşdirilməsinin dayandırılmasından gedir. Bu tələblərin heç birini, böyük ehtimalla, İran qəbul etməyəcək. 

“Əgər qəbul etsəydi, vəziyyət bu mərhələyə gəlib çatmazdı. Uzun müddətdir ki, bu məsələlər ətrafında danışıqlar aparılır”. 

O vurğulayıb ki, İranın imtinası ABŞ ilə təhlükəli hərbi eskalasiyanı qaçılmaz edir: 

"İran tələbləri qəbul etmədiyi təqdirdə, Amerika Birləşmiş Ştatlarının ona aviazərbələr endirməkdən başqa çıxış yolu qalmaya bilər. Cavab olaraq İran sarsıdıcı zərbələr endirəcəyini bəyan edir. Bu, ilk dəfə səsləndirilən açıqlama deyil və İranın müəyyən hərbi potensiala malik olduğu da məlumdur. Lakin Amerikanın bu zərbələrə cavab olaraq daha ağır aviazərbələr endirmək imkanları var və bunu İran rəhbərliyi də yaxşı anlayır". 

Ekspert bildirib ki, İranın regiondakı ABŞ bazalarını hədəf alması münaqişəni genişləndirir: 

"Ən təhlükəli məqam isə ondan ibarətdir ki, İran təkcə ABŞ-nin Fars körfəzində yerləşdirdiyi aviadaşıyıcı və hərbi gəmilərə deyil, eyni zamanda ətraf ölkələrdə yerləşən hərbi bazalarına da zərbələr endirəcəyini bildirir. Bu isə bölgədə vəziyyəti son dərəcə gərginləşdirə, region ölkələrini müəyyən mənada qarşıdurmaya cəlb edə və bölgə üçün son dərəcə təhlükəli bir vəziyyət yarada bilər".

Analitik qeyd edib ki, nə İran, nə də Tramp geri çəkilə bilir: 

"Aydındır ki, nə İran mövqeyindən geri çəkilmək niyyətindədir, nə də Amerika Birləşmiş Ştatlarının geri çəkilmək imkanı var. Trampın nüfuzu artıq xeyli zəifləyib, əhalinin ona olan inamı çox aşağı səviyyəyə, təxminən 37 faizə düşüb. Qarşıdan seçkilər gəlir və Tramp özü də seçkiləri uduzmaq ehtimalının olduğunu anlayır. Bu baxımdan, o, uğurlu əməliyyatlara və siyasi baxımdan effektli addımlara ehtiyac duyur".

A.Səmədov sonda qeyd edib ki, nəticədə itirən bölgə ölkələri olacaq və ilk növbədə, İran ciddi zərər görəcək.   

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Все новости