“3+3” masasında kritik qərar: Bakı, yoxsa İrəvan?

“3+3” masasında kritik qərar: Bakı, yoxsa İrəvan?
24.11.2025 17:45

"3+3" regional əməkdaşlıq platforması çərçivəsində növbəti görüş ya Bakıda, ya da İrəvanda keçirilməlidir”. 

Bunu Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.


O bu formatda xarici işlər nazirlərinin son görüşünün 2024-cü ilin oktyabrında İstanbulda keçirildiyini xatırladıb. Qeyd edib ki, növbəti nazirlər görüşü Bakıda, ya da İrəvanda keçirməlidir: 

"Ümid edirik ki, azərbaycanlı və ermənistanlı tərəfdaşlarımız operativ şəkildə bu görüşün növbəliliyini, kimin bu tədbiri bu il, kimin gələn il keçirəcəyini müəyyən edə biləcəklər. Biz öz tərəfimizdən həmkarlarımızın qərarını dəstəkləyəcəyik. Bu il Azərbaycan və Ermənistan tərəfi dəfələrlə ikitərəfli görüşlər keçirib — Əbu-Dabidə, Vaşinqtonda və Düşənbədə. Bu cür birbaşa təmaslar məlum məsələnin həllinə də kömək edəcək".

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Tamilla Qulami bildirib ki, “3+3” regional əməkdaşlıq platformasının növbəti görüşünün Bakıda, yoxsa İrəvanda keçirilməsi barədə qərar yalnız tərəflər arasında razılıq əldə edildikdən sonra dəqiqləşəcək:


"Format çərçivəsində nazirlərin son toplantısı 2024-cü ilin oktyabrında İstanbulda baş tutmuşdu. Növbəti görüşün isə məhz Bakı və ya İrəvan variantları üzrə keçirilməsi nəzərdə tutulur. Azərbaycan və Ermənistan nümayəndələri arasında son aylarda baş tutan görüşlərə əsasən demək olar ki, hər iki paytaxtda toplantının təşkil edilməsi ehtimalı kifayət qədər yüksəkdir və tərəflərin operativ şəkildə razılığa gələcəyi gözlənilir.

Mövcud siyasi vəziyyət kontekstində isə toplantının Bakıda keçirilməsi ehtimalı bir qədər üstün görünür. Çünki son aylarda Əbu-Dabi, Vaşinqton və Düşənbədə baş tutan ikitərəfli təmaslar tərəflər arasında dialoqun intensivləşdiyini göstərir və bu dinamika Bakının növbəti görüşə ev sahibliyi etməsini daha məqsədəuyğun edir. Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi həm regionda sülhün təminatçısı olduğunu beynəlxalq platformalarda bəyan edir, həm “3+3” formatına dəstək verir, həm də kommunikasiya və əməkdaşlıq təşəbbüsləri ilə sülhpərvər mövqeyini nümayiş etdirir".

Ekspert görüşün İrəvanda keçirilməsi ehtimalının da tamamilə istisna edilmədiyini vurğulayıb:


"Ermənistan da regional və qlobal səviyyədə özünü sülhpərvər aktor kimi təqdim etmək istəyir. Ümumilikdə isə növbəti toplantı regionda davam edən diplomatik proseslərin istiqamətinə təsir göstərən mühüm addımlardan biri kimi dəyərləndirilə bilər".

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər