Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: Naxçıvandan DÜNYAYA MESAJ

Türkiyə HƏRƏKƏTƏ KEÇDİ: Naxçıvandan DÜNYAYA MESAJ
12.03.2026 12:57

Martın 11-də Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib. 


Ordu generalı Metin Tokel bölgədə sabitliyin gücləndirilməsi və təhlükəsizliyin tam təmin edilməsi məqsədilə Türkiyənin daim Azərbaycanın yanında olduğunu və tarixi Şuşa Bəyannaməsinin müddəalarına uyğun olaraq istənilən hərbi yardımı göstərməyə hazır olduqlarını bildirib.

Politoloq Natiq Miri bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, Türkiyənin ordu generalının Naxçıvana səfəri qardaş Azərbaycana dəstək mesajıdır: 


"İlk növbədə bu, Türkiyənin Azərbaycanın yanında olduğunu bir daha göstərmək məqsədi daşıyır. Digər tərəfdən, əgər Azərbaycana qarşı hər hansı bir düşmənçilik planları varsa, Türkiyəni qarşısında görəcəkləri mesajı da verilir". 

Ekspert qeyd edib ki, Naxçıvana dronlarla hücum edən qüvvələrə də mesaj ünvanlanıb: 

"Burada konkret bir ölkə nəzərdə tutulmur, çünki İran, ABŞ və İsrail arasındakı qarşıdurmada hər bir ölkənin öz maraqları var. ABŞ, İsrail, İran, həmçinin İranın müttəfiqi sayılan Rusiya və Çin və bu vəziyyətdən sui-istifadə etmək istəyən Avropa Birliyinin aparıcı ölkələrinin maraqları bir-birindən fərqlidir". 

N.Miri hadisələrin  qeyri-müəyyənlik və xaos içində olduğunu diqqətə çatdırıb:

"İndiki vəziyyətdə dronların hansı istiqamətdən gəldiyini müəyyənləşdirmək çətindir, çünki İranda idarəolunmaz bir xaos yaşanır. Zirzəmilərdə prosesi idarə etdiklərini göstərmək görüntüsü yaratmaq bu xaosu təkzib etmir. Bundan başqa, İran prezidenti səviyyəsində Türkiyə və Azərbaycana atılan raket və dronların təkzib olunması faktı da göstərir ki, İranda böyük bir xaos və idarəetmədə ciddi anlaşılmazlıq mövcuddur". 

Politoloq, həmçinin əlavə edib ki, bu baxımdan, verilən mesajlar həm Naxçıvana dron atanlara, həm də Azərbaycanı bu vəziyyətə cəlb etməyə çalışan qüvvələrə yönəlib. 


“Bu, həmçinin İrandakı mövcud rejim və onun daxilindəki potensial xarici təsirləri – məsələn, İsrail casuslarını – əhatə edə bilər. Yekun olaraq, mesaj birlik mesajıdır. Həm Türkiyəyə, həm də Azərbaycana atılan raket və dronlar fonunda mesajın mahiyyəti eynidir: nə Türkiyə, nə də Azərbaycan bu gərginliyə qatılmaq istəmir. Onlar oyuna getməyərək, idarə olunan prosesin tərkib hissəsi olmaq istəmirlər”. 

Ekspert sonda xüsusilə vurğulayıb ki, Türkiyəyə atılan raketlər zamanı Azərbaycan açıq şəkildə “qardaş Türkiyənin yanındayıq” mesajı verdi. General Tokelin nümayəndə heyəti ilə Naxçıvana səfəri isə eyni mesajı təkrarlayır: “Qardaşımız Azərbaycanın yanındayıq”, “Azərbaycan və Naxçıvan tək deyil”. Mesaj artıq ünvanına çatıb. 

Qeyd edək ki, martın 5-də İran istiqamətindən Naxçıvana dron hücumu həyata keçirilib. Nəticədə 4 mülki şəxs xəsarət alıb.  

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Bütün Xəbərlər