"Bizi müharibəyə sürükləmək istəyirlər"... – Simonyan kimi hədəf aldı?

"Bizi müharibəyə sürükləmək istəyirlər"...  – Simonyan kimi hədəf aldı?
07.04.2026 17:51

Cənubi Qafqazda yeni regional təhlükəsizlik arxitekturasının formalaşdığı bir mərhələdə Ermənistan parlamentinin spikeri Alen Simonyanın son bəyanatı diqqətləri yenidən İrəvanın strateji yanaşmasına yönəldib. 


Simonyan Ermənistan və Azərbaycanın təhlükəsizlik maraqlarını vahid bir müstəvidə nəzərdən keçirərək, tərəfləri bir-birinin zəmanətçisi kimi təqdim edib. 

“Vətəndaş Müqaviləsi” partiyasının növbədənkənar qurultayından əvvəl jurnalistlərə açıqlama verən Simonyan bildirib ki, Azərbaycanın təhlükəsizliyinin ən böyük zəmanətçisi Ermənistan Respublikasıdır, Ermənistan Respublikasının təhlükəsizliyinin zəmanətçisi isə Azərbaycan Respublikasıdır:

“Dünyanın müxtəlif yerlərində yeni başlayan, davam edən və getdikcə dərinləşən müharibələr fonunda Ermənistan Respublikası və Azərbaycan Respublikası elə bir nöqtəyə gəlib çatıb ki, bu mərhələdə qarşılıqlı sabitliyi möhkəmləndirmək zəruridir. Çünki həm Azərbaycan Respublikasını, həm də Ermənistan Respublikasını ən azı bir-birinə qarşı müharibəyə sürükləmək istəyən çoxsaylı qüvvələr mövcuddur. Bu isə açıq-aydın görünür”.

Politoloq Natiq Miri sözügedən məsələni TodayPress TV-yə şərh edib.


Analitikin qənaətincə, Alen Simonyanın açıqlaması yeni reallıqlara işarə edir:

“Simonyan bu açıqlamanı verərkən Azərbaycan-Ermənistan arasında mövcud razılaşma və danışıqlar prosesinin ikili müstəviyə daşınmasına və bu kontekstdə ciddi siyasi nəticələrin ortaya çıxmasına da işarə verir. Nə zaman ki Azərbaycan və Ermənistan danışıqlar prosesini Rusiyasız və digər həmsədr dövlətlərsiz ikili müstəviyə daşıdı, müəyyən anlaşmalar ortaya çıxdı”.

N.Miri sülh prosesində əldə olunan praktiki nəticələri də diqqətə çatdırıb:

“8 avqust Vaşinqton Bəyannaməsi, sülh sənədinin paraflanması hadisəsi region, həm də sülh prosesi üçün çox böyük üfüqlər açdı. Artıq bundan sonra Azərbaycanın təşəbbüsü ilə praktiki addımlar atıldı ki, bu da nəqliyyat-kommunikasiyalarının blokadadan çıxarılması ilə Ermənistanın ticarət yollarının açılmasına, Azərbaycan-Ermənistan arasında ticarətin başlamasına rəvac verdi. Bunlar da sülhə praktiki anlamda çox ciddi töhfə verən amillərdir”.

Politoloq vurğulayıb ki, artıq tərəflər müharibədən çox əməkdaşlığa üstünlük verməyə başlayıb:

“Sadəcə sülh sənədini paraflamaqla yetinilmədi, praktiki fəaliyyətə keçildi və bunun meyvələri dərhal görünməyə başladı. İstər Ermənistan, istər Azərbaycan cəmiyyətində, istər iki dövlət arasındakı münasibətlərdə müsbət enerji formalaşmağa başladı. Hər iki tərəf anladı ki, müharibədənsə, sülhə və əməkdaşlığa üstünlük vermək lazımdır”.

Ekspert hesab edir ki, Cənubi Qafqaz üçlüyü formatı region üçün ən doğru modeldir:


“Bu gün artıq Ermənistanın da Cənubi Qafqazın perspektivdə bütöv bir sistem olması yolunda prosesə qoşulmasına imkan yaranıb. Perspektivdə Cənubi Qafqaz üçlüyü kontekstində format yaradılsa, bu, çox doğru addım olar. Çünki üç Cənubi Qafqaz ölkəsinin birliyi xarici müdaxilələrin yolunu bağlayır və birgə təhlükəsizlik arxitekturası qurularsa, bu, regiona ciddi təhlükəsizlik vəd edir”.

Sonda N.Miri vurğulayıb ki, Azərbaycan və Ermənistanın təhlükəsizliyi birbaşa əməkdaşlıqdan asılıdır:

“Simonyan da təxminən bunlara işarə edib. Bəli, gerçəkdir ki, bu gün Azərbaycan və Ermənistanın təhlükəsizliyi dolayısı ilə bir-biriləri ilə normal əməkdaşlıq və münasibətlərdən asılıdır. Düşmənçilik ortadan qalxarsa və niyyət sadəcə əməkdaşlıq, qonşuluq, dinc yanaşı yaşama, iqtisadi əməkdaşlıq və sülhdürsə, bu, qeyri-iradi olaraq təhlükəsizliyə zəmanət yaradır. Bu, təbii təhlükəsizlik zəmanətidir.

Dinc yanaşı yaşamaq, iqtisadi inkişaf və əməkdaşlıq varkən, niyə müharibədə insanlar ölməli və kimlərsə bundan istifadə edərək Cənubi Qafqaz ölkələrinə təzyiq etməlidir? Bu formul doğru anlaşıldıqca, riayət edildikcə, həm Azərbaycana, həm Ermənistana, həm də Cənubi Qafqaza təhlükəsizlik vəd edir. Eyni zamanda Rusiya kimi işğalçı, İran kimi dağıdıcı ünsürlərin də regionda ağalıq etmək niyyətlərinin üstündən xətt çəkir. Çünki bu üçlüyün içərisində zəif həlqə olmazsa, bu bütöv sistemi təlatümə gətirmək mümkün olmaz”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
19 июня 2026
Qafqaz qarışır - İran Ermənistanda Amerikaya hücum edəcək - Paşinyan müharibə anonsu verdi 12:00 Ukrayna Rusiyaya yenidən zərbələr endirməyə başladı - VİDEO 11:51 Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olundu 11:47 Sərnişinlərin DİQQƏTİNƏ: Yeni keçid stansiyası ilə bağlı vacib məlumat 11:44 ŞAD XƏBƏR GƏLDİ: Hərbçilərin maaşı artırılacaq 11:36 Sərinləmək istəyi faciə ilə bitdi: Fövqəladə Hallar tükürpədən statistika açıqladı 11:38 Pensiyaçılara şad xəbər: təqaüdlərin artmasına səbəb yarandı, gözlər hökümətdə 10:10 Rusiya islamın müdafiəsinə qalxdı - Onlara qarşı fobiyası olanları hədələdi 11:15 Milli Məclisin iclası başladı - Gündəmdə hansı mövzular var? 11:09 Ərdoğan bir addımı ilə Rusiya və NATO-nu asılı vəziyyətə saldı 11:04 DİQQƏT! Rezidenturaya qəbulun tarixi açıqlandı 10:50 Dünya çempionatında ağır zədə: iki ayaq sümüyü sınan futbolçu mundialla vidalaşdı 10:38 Ermənistanda bütün vətəndaşlar pulsuz tibbi xidmət alacaq 10:30 Paşinyan yolun sonuna gəldi, müxalifət birləşib onu devirəcək 10:25 Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər - Fantastik məbləğ... 10:14 Azərbaycan nefti son günlərin ən aşağı həddinə düşdü 10:04 Sülh imzalanıb, bombardıman isə davam edir 09:54 DÇ-2026: Ev sahibi Avstraliyaya qarşı 09:47 Qiymətli metallar bazarında növbəti dəyişiklik - Gümüşün qiyməti... 09:43 Qaz sektorunda dalğalanma davam edir 09:20 Fyuçerslər oynayır - neft yenidən ucuzlaşdı 09:11 ABŞ İranın vurduğu "cüzi" ziyanı yığıb-yığışdıra bilmir - Pentaqon təcili müraciət etdi 09:02 Norveçdə altı yaşlı uşaq 1300 illik vikinq qılıncı tapdı - FOTO 00:01 Beyin sosial əlaqədən əvvəl "məşq" edir: Alimlərdən maraqlı kəşf 22:53 Prediabet nədir və niyə ondan qorxmaq lazımdır? 22:51 Все новости