“Bir gündə sülh” vədi niyə baş tutmadı? - ŞƏRH

“Bir gündə sülh” vədi niyə baş tutmadı? - ŞƏRH
30.01.2026 18:32

“ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin dünyagörüşləri bir-birinə paralellik təşkil edir. Hər iki lider dominant xarakterli mövqedən çıxış etməyə çalışır və hesab edir ki, verdikləri qərarlar və qarşıya qoyduqları hədəflər ən qısa zamanda reallaşa bilər”.

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.


O bildirib ki, məhz bu yanaşma Putinin Ukrayna savaşına başlayarkən üç gün ərzində Kiyevdə qələbə paradı keçirəcəyini iddia etməsinə səbəb olmuşdu:


“Lakin indiyədək bu baş verməyib. Əksinə, Rusiya Ukrayna savaşından daha az itkilərlə çıxmağın yollarını axtarır. Ən əsası isə Kreml bu məsələdə Rusiyanın qlobal təsir gücündən daha çox məhz ABŞ-nin dəstəyinə ümid bəsləyir”.

Analitik xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp da prezident seçkilərində qalib gəldikdən dərhal sonra Ukrayna savaşını bir gün ərzində nizamlayacağını bəyan etmişdi:


“Ancaq onun prezident səlahiyyətlərinin icrasına başlamasından artıq bir il keçib və Ukrayna savaşı hələ də yekunlaşmayıb. Əksinə, bu münaqişə ətrafında başladılmış sülh prosesi hər ötən gün daha da qəliz xarakter almağa başlayır”.

Elçin Xalidbəyli qeyd edib ki, tərəflərdən mümkün qədər pozitiv mesajlar verilsə də, real vəziyyətin fərqli olduğu açıq şəkildə görünür:


“Rusiyanın diktə etdiyi şərtlər rəsmi Kiyev tərəfindən qəbul olunmayıb. Prezident Volodimir Zelenski açıq şəkildə bəyan edib ki, Ukrayna Donbası və Zaporojye Atom Elektrik Stansiyasını Rusiyaya döyüşsüz verməyəcək”.

Onun sözlərinə görə, Moskvanın əsas tələblərindən biri Zaporojye Atom Elektrik Stansiyasının Rusiyaya verilməsi və ya ən azı ortaq istifadəsi, Donbas bölgəsinin isə tam şəkildə Rusiyanın nəzarətinə keçməsidir:


“Rəsmi Kiyev bu tələbləri qəbul etmir və Prezident Zelenski Donbasın və Zaporojye Atom Elektrik Stansiyasının döyüşsüz verilməyəcəyini açıq şəkildə bəyan edir”.

Politoloq hesab edir ki, Trampın bütün cəhdlərinə baxmayaraq, Ukrayna savaşının bu il ərzində yekunlaşması barədə qəti fikir söyləmək hələ tezdir:

“Müəyyən anlaşmalar və mövqe yaxınlaşmaları mövcud olsa da, indiyədək baş vermiş analoji situasiyalar göstərir ki, proses yenidən gərginləşə və nəzarətdən çıxa bilər”.


Elçin Xalidbəyli əlavə edib ki, Rusiyanın savaş potensialı artıq tükənmək üzrədir və ölkə ciddi iqtisadi problemlərlə üz-üzə qalıb:

“Kreml bunu gizlətməyə çalışsa da, alternativ informasiya qaynaqları Rusiya iqtisadiyyatının böhranlı mərhələdə olduğunu göstərir. Bundan əlavə, canlı qüvvə və hərbi texnika çatışmazlığı da Moskvanın imkanlarını məhdudlaşdırır”.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Dünya çempionatı: İbrahim Həsənov 1/4 finala vəsiqə qazandı 15:10 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 Иранские беспилотники атаковали правительственный объект в Кувейте 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 «Нефтчи» стартовал на Токийском этапе с победы над США 13:10 Объявлен прогноз погоды на воскресенье 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Гражданам этих стран разрешен безвизовый въезд в Азербайджан 12:18 Народный поэт Нариман Гасанзаде завтра будет похоронен на I Аллее почётного захоронения 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Брат Байрама убил их мать 11:53 Уже 9 лет как я живу в Баку, в родительском доме — Севиль Алиева 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Глава государства поздравил Президента Швейцарии 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Россия подвергла Киев ракетному обстрелу — есть погибшие 09:56 Все новости