Azərbaycan diasporu HƏDƏFDƏ: Uralda nə baş verir?

Azərbaycan diasporu HƏDƏFDƏ: Uralda nə baş verir?
16.12.2025 10:34

Rusiyanın Ural bölgəsində fəaliyyət göstərən Azərbaycan diasporu ətrafında baş verən son proseslər diqqətlə təhlil edildikdə, məsələnin ayrı-ayrı cinayət işləri və fərdi həbslərlə məhdudlaşmadığı aydın olur. Hadisələrin zaman ardıcıllığı və tətbiq olunan mexanizmlər diaspor strukturunda məqsədli dəyişikliklərin həyata keçirildiyini göstərən ciddi siqnallar yaradır.

Uzun illər Uraldakı Azərbaycan icmasına rəhbərlik etmiş Şahin Şıxlinskinin “etnik cinayətkar qrup” işi çərçivəsində saxlanılması diaspor daxilində mövcud balansı pozub və rəhbərlik boşluğu formalaşdırıb. Ona qarşı irəli sürülən ağır ittihamlar bu boşluğun qısa müddətdə aradan qalxmasını mümkünsüz edir və prosesin uzunmüddətli xarakter daşıdığını göstərir.


Diqqət çəkən məqamlardan biri istintaq prosesində əsas rol oynayan şəxslərin kimliyidir. Şıxlinski ilə bağlı ifadələrin Rusiya İstintaq Komitəsinin mühüm işlər üzrə baş müstəntiqi, erməni əsilli A.S. Karapetyan tərəfindən alınması, eləcə də ona qarşı ifadə verən şəxsin Daxili İşlər Nazirliyinin başqa bir erməni əsilli əməkdaşı olması diaspor daxilində istintaqın motivləri ilə bağlı əlavə suallar doğurur.

Şıxlinskinin diaspor lideri kimi əvəz olunduğu bildirilən Vidadi Mustafayevin də qısa müddət sonra həbs edilməsi mövcud rəhbərlik xəttinin tamamilə sıradan çıxarıldığını göstərir. Nəticədə Ural bölgəsində Azərbaycan diasporu faktiki olaraq rəhbərsiz və parçalanmış vəziyyətə düşüb.

Bu fon üzərində Yekaterinburqdakı məscidlərdə “Ural azərbaycanlı icmasının rəhbəri” vəzifəsinə yeni namizədin irəli sürülməsi ilə bağlı vərəqələrin paylanması artıq prosesin növbəti mərhələyə keçdiyini göstərir. Bu mərhələdə əsas məsələ diaspor daxilində legitimlik və daxili qəbul mexanizmlərinin deyil, kənardan yönləndirilən inzibati və qeyri-rəsmi təsir alətlərinin ön plana çıxmasıdır.

Bəs Rusiyanın bu cəhdinin baş tutma ehtimalı necə dəyərləndirilir? Rəsmi Kreml öz adamını Azərbaycan diasporuna rəhbər gətirə bilər?

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Anar İsayev Rusiyanın Azərbaycan diasporu üzərində nəzarəti artırmaq cəhdlərinin mümkünlüyü və məhdudiyyətləri barədə fikirlərini bölüşüb.


Onun sözlərinə görə, Rusiyanın tam və davamlı şəkildə “öz adamını” Azərbaycan diasporuna rəhbər gətirməsi nə hüquqi, nə də praktiki baxımdan asandır, lakin buna cəhd istisna olunmur:

“Rusiya kimi mərkəzləşmiş və təhlükəsizlik yönümlü dövlətlərdə diasporlar çox vaxt “yumşaq təhlükəsizlik” elementi kimi qəbul olunur. Bu baxımdan Moskvanın bir sıra təsir alətləri mövcuddur. Qeydiyyat və hüquqi mexanizmlər – QHT-lərin qeydiyyatı, maliyyə məsələləri, icazələr, təhlükəsizlik və hüquq-mühafizə strukturlarının dolayı təsiri, eləcə də loyal fiqurların, xüsusən keçmiş güc strukturu əməkdaşlarının önə çəkilməsi bu alətlər sırasındadır. Eyni zamanda parçalama və alternativ təşkilatlar yaratmaq yolu ilə mövcud rəhbərliyi zəiflətmək cəhdləri də mümkündür”.


A.İsayev bildirib ki, bu kontekstdə keçmiş hüquq-mühafizə əməkdaşının diaspor rəhbərliyinə “namizəd” kimi irəli sürülməsi diasporu daha idarəolunan hala gətirmək cəhdi kimi qiymətləndirilə bilər:

“Bu prosesin ciddi məhdudiyyətləri var. Birincisi, diaspor dövlət qurumu deyil. Diaspor təşkilatları formal olaraq ictimai birliklərdir və legitimliklərini icma daxilində qəbuldan alırlar. Moskvanın dəstəklədiyi fiqur icma tərəfindən qəbul edilməzsə, o, real liderə çevrilə bilməz”.

Ekspertin fikrincə, ikinci vacib məqam Azərbaycanın bu məsələyə münasibətidir:

“Azərbaycan dövləti xaricdəki diaspor məsələsinə xüsusilə həssas yanaşır. Rusiyanın açıq şəkildə “öz adamını” diaspor rəhbərliyinə yerləşdirməsi Bakı–Moskva münasibətlərində əlavə gərginlik yarada bilər və eyni zamanda diaspor daxilində ciddi əks-reaksiya doğurar”.

Politoloq vurğulayıb ki, inzibati resurslar hesabına qısamüddətli nəzarət mümkün olsa da, bu, davamlı nəticə vermir:

“Qısamüddətli nəzarət mümkündür, amma uzunmüddətli, legitim və təsirli liderlik yalnız icmanın real dəstəyi ilə mümkündür. Zorakı və ya kənardan yönləndirilmiş rəhbərlik diasporu “idarəolunan” yox, əksinə daha zəif və parçalanmış hala gətirir”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Взгляды прикованы к визиту Президента Алиева в Среднюю Азию: Азербайджан на пороге спасения мира 11:58 В Барде 79-летний мужчина утонул в канале 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Где Хаменеи? — ЦРУ и МОССАД напали на след верховного лидера 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Имеется ли азербайджанский след в торговле почками? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Добавьте эти 6 продуктов в свой рацион, чтобы защитить кости после 50 лет 10:13 Все новости