5 BƏNDLİK PLAN: "Bu, İranın təslim olması deməkdir" – ŞƏRH

5 BƏNDLİK PLAN: "Bu, İranın təslim olması deməkdir" – ŞƏRH
01.04.2026 17:12

Çin və Pakistan Yaxın Şərqdə sülh və sabitliyin bərpası üçün beş bəndlik təşəbbüs irəli sürüb. 

Təşəbbüs Çinin xarici işlər naziri Van İ və Pakistanın baş nazirinin müavini, XİN rəhbəri İshaq Darın Pekindəki görüşündən sonra açıqlanıb.


Tərəflər bütün zərərçəkmiş ərazilərə humanitar yardımın çatdırılmasının təmin edilməsi zərurətini vurğulayaraq, hərbi əməliyyatların dərhal dayandırılmasına və münaqişənin gələcək eskalasiyasının qarşısının alınmasına çağırıblar. 

Həmçinin Çin və Pakistan sülh danışıqlarının tezliklə başlanmasına çağırıb, İran da daxil olmaqla, region dövlətlərinin suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə riayət olunmasının vacibliyini qeyd ediblər. 

Dialoq və diplomatiyanın münaqişələrin həllinin yeganə səmərəli yolu olduğu vurğulanıb.   

Təşəbbüsdə mülki əhalinin və qeyri-hərbi obyektlərin qorunmasına xüsusi diqqət yetirilib.  

Bundan əlavə, Çin və Pakistan gəmiçiliyin, xüsusilə Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayaraq, gəmilərin və onların heyətlərinin qorunmasına və normal hərəkətin tezliklə bərpa edilməsinə çağırıblar.


Sonda tərəflər BMT-nin rolunun gücləndirilməsinin və təşkilatın Nizamnaməsinin prinsiplərinə riayət olunmasının tərəfdarı olduqlarını bildirərək, beynəlxalq hüquq əsasında hərtərəfli sülh sazişinin işlənib hazırlanmasının zəruriliyini qeyd ediblər.

Sual yaranır, bu təşəbbüs münaqişəyə real təsir göstərə bilərmi?

Mövzunu siyasi analitik Asif Nərimanlı Todaypress TV-yə şərh edib. 


O bildirib ki, bu təşəbbüsün həyata keçməsi real görünmür:

“Çünki İran və Amerika arasındakı proses, müharibənin gedişatı göstərir ki, tərəflərin tezliklə razılaşması mümkün deyil. Bu yalnız tərəflərdən birinin tamamilə zəifləməsi və ya sıradan çıxması halında baş verə bilər. Bu isə daha çox İran hakimiyyətinin zəifləməsi ilə mümkündür”.  

Onun fikrincə, radikal tələblər sülhü mümkünsüz edir:    

“İran göstərdi ki, bütün imkanlarından sonuna qədər istifadə edəcək. ABŞ-nin mediada yayılan tələbləri İran hakimiyyətinin təslim olması, İranın açıqladığı şərtlər isə ABŞ və İsrailin təslim olması deməkdir. Bu qədər ziddiyyətli mövqelərlə masada razılıq əldə etmək çətindir”.        

Analitik əlavə edib ki, tərəflərdən birinin geri çəkilməsi ehtimalı da zəifdir:

“Bu yalnız İranda hakimiyyətin tamamilə sıradan çıxması halında mümkün ola bilər. Hələlik isə İran bütün imkanlarını səfərbər edir və təslim olmaq niyyətində deyil. Hörmüz boğazının bağlanması və region ölkələrinə hücumlar da bunu göstərir”. 


O, bir sıra diplomatik aspektlərə də toxunub:

“Müharibələrdə adətən vasitəçilər ortaya çıxır və tərəflər sülhdən imtina etmədiklərini göstərmək üçün danışıqlara açıq olduqlarını bəyan edirlər. Əgər ABŞ və İsrail sülhdən tam imtina etsə, beynəlxalq müstəvidə İran daha haqlı görünə bilər. Həm də müharibə enerji bazarında qiymətləri artırdığı üçün ABŞ zaman-zaman sülh mesajları verməklə bazarları sakitləşdirməyə çalışır”. 

Analitik hesab edir ki, həm ABŞ daxilində, həm də beynəlxalq aləmdə İran müharibəsinin əleyhinə qüvvələr mövcuddur:

“Tramp da öz tələblərini irəli sürərək göstərir ki, razılığa hazırdır, lakin İran tərəfi sülhdən yana deyil. İran da eyni məqsədlə diplomatik manevrlər edir və "razılaşmaya hazır olduğunu" göstərməyə çalışır.”

Asif Nərimanlının fikrincə, ümumi sülh razılaşması çətin olsa da, lokal mövzular üzrə razılaşma mümkündür:


“Humanitar məsələlər — mülki obyektlərin hədəf alınmaması, Hörmüz boğazının açılması — müzakirə edilə bilər. ABŞ də bu məsələlərdə maraqlıdır. İran diplomatik mövqeyini gücləndirmək üçün müəyyən razılaşmalara gedə bilər. Lakin ümumilikdə sülhün əldə olunması ehtimalı hələ də zəifdir”. 

Jalə Rövşən

Todaypress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Все новости