“Epşteyn işi” böyüyür: Baş nazirin İSTEFASI gündəmdə

“Epşteyn işi” böyüyür: Baş nazirin İSTEFASI gündəmdə
09.02.2026 13:15

Böyük Britaniyanın baş naziri Kir Starmer yaxın bir həftə ərzində istefa verə bilər.

Buna səbəb ABŞ-yə səfir təyin olunan və Cefri Epşteynlə əlaqələri ilə gündəmə gələn Piter Mandelson ətrafında yaranan qalmaqaldır.


Qalmaqal artıq baş nazirin aparat rəhbərinin istefası ilə nəticələnib və Leyborist Partiyasında Starmerə təzyiqlər də artıb.

Mənbələr onun postunu qorumaq ehtimalını aşağı qiymətləndirirlər. 

Maraqlıdır, mövcud durumda  Kir Starmerin istefası nə dərəcədə mümkündür?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Abutalıb Səmədov bildirib ki, Mandelson Epşteynin yaxın dostu olub və ona məlumat ötürüb:  


"Amerika Birləşmiş Ştatlarının Ədliyyə Nazirliyinin dərc etdiyi Epşteyn faylları Böyük Britaniyada böyük qalmaqal yaradıb. Məlum olub ki, ABŞ-yə Böyük Britaniyanın səfiri təyin olunan Piter Mandelson Epşteynin ən yaxın dostu olub və biznes üzrə nazir işləyərkən məxfi məlumatları Epşteynə ötürüb".

Ekspert qeyd edib ki, onun səfir təyin olunmasında mühüm rol oynayan aparat rəhbəri artıq istefa verib. Baş nazir Kir Starmer etiraf edib ki, Mandelsonun Epşteynlə yaxın olduğunu bilsə də, onun səfir təyin olunmasına razılıq verib.

Analitik əlavə edib ki, vəziyyətdən çıxmaq üçün Starmer hökumətə nüfuzlu partiya funksionerlərini cəlb etməyə çalışır. Lakin çox güman ki, bu kifayət etməyəcək, çünki qarşıdan may ayında yerli seçkilər gəlir. Qalmaqal hökuməti ciddi vəziyyətə salıb və 2024-cü ildə seçkilərdə qalib gələn Leyborist Partiyası rəhbərliyi dəyişmək barədə düşünür.


A.Səmədov sonda vurğulayıb ki, Kir Starmer partiya liderliyindən istefa verəcək:

"Çox güman ki, Kir Starmer partiya liderliyindən istefa verməyə məcbur olacaq. Baxmayaraq ki, hələ də vəziyyətdən çıxacağına ümid edir, hökumətə cəlb etməyə çalışdığı nüfuzlu şəxslərin iştirakı arzulanan nəticəni verməyəcək və onların Starmer hökumətində rol alması ehtimalı yüksək deyil.

Bir sıra ekspertlərin və nəşrlərin fikrincə, Starmer partiya liderliyindən getməli olacaq. Onu əvəz edəcək namizədlər artıq müəyyənləşib və bu, partiyanın yerli seçkilər ərəfəsində sıxıntılardan çıxmasına ümid verir". 

Xatırladaq ki, Ceffri Epşteyn cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunmuş və daha sonra həbsxanada ölü tapılmışdı. Bir neçə gün əvvəl ABŞ Ədliyyə Nazirliyi “Epşteyn işi” ilə bağlı genişmiqyaslı arxiv məlumatlarını ictimaiyyətə açıqlayıb.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 “Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Bütün Xəbərlər