Pakistan Ermənistanda səfirlik açır: Azərbaycanla razılaşdırılıb?

Pakistan Ermənistanda səfirlik açır: Azərbaycanla razılaşdırılıb?
04.12.2025 16:04

Gələn il Ermənistanda Pakistan Səfirliyinin açılması planlaşdırılıb.

Bu barədə “News.am” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, hazırda iki ölkənin diplomatik nümayəndələri bununla bağlı fəal iş aparırlar.

Ermənistan Xarici İşlər Nazirliyi isə agentliyin sorğusuna rəsmi cavabında məlumatı təkzib etməyib: 


“Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması haqqında birgə kommünikeni imzalamaqla iki ölkə hökumətləri diplomatik nümayəndəliklərin mübadiləsinə və bir-birinə zəruri yardım göstərməyə razılaşıblar”.

Sözügedən məsələni TodayPress TV-yə şərh edən politoloq Rəşad Bayramov bildirib ki, Pakistan və Ermənistan arasındakı diplomatik əlaqələrin inkişafı çərçivəsində İrəvanda Pakistan səfirliyinin açılması ilə bağlı danışıqlar təbiidir:


“Məlumdur ki, Pakistan uzun illər ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzü səbəbilə Ermənistanla hər hansı diplomatik əlaqələr qurmayıb. İki ölkə arasında diplomatik münasibətlər yalnız 2025-ci ilin 31 avqustunda Çində imzalanmış kommünike ilə rəsmiləşdirilib. Başqa sözlə, 8 avqust Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra.

Odur ki, Pakistanın Ermənistanla diplomatik əlaqələr qurması uzun illər ərzində Azərbaycanla strateji müttəfiqlik prinsiplərinə zidd deyil. Əksinə, düşünürəm ki, Pakistan bu addımı Azərbaycanla razılaşdıraraq həyata keçirir. Bu baxımdan, İrəvanda səfirliyin açılması Azərbaycan–Pakistan dostluğuna və müttəfiqliyinə mənfi təsir göstərməyəcək. Pakistan bütün imkanları ilə istənilən platformada rəsmi Bakının mövqeyini müdafiə edən və Azərbaycanı dəstəkləyən ölkədir”.

Ekspert qeyd edib ki, səfirliyin açılması həm də Ermənistan–Pakistan əlaqələrini normallaşdırmaq, regionda diplomatik platformaları genişləndirmək baxımından mühüm addımdır:


“Lakin praktiki nəticələr baxımından bu təşəbbüs hazırda yalnız diplomatik maraqların nümayişi kimi qiymətləndirilə bilər. Həqiqi diplomatik və konsulluq fəaliyyətləri isə yalnız Ermənistanın seçkilərdən sonra göstərəcəyi davranışa bağlı olacaq. Səfirliyin gələn il açılmasının planlaşdırılması da bunun əyani sübutudur. Hər şey Ermənistandakı daxili siyasi vəziyyətdən və Azərbaycanla sülh prosesinin gedişatından asılı olacaq”.

R.Bayramovun fikrincə, Ermənistanda gələn il keçiriləcək seçkilərdən sonra Baş nazir Nikol Paşinyan hakimiyyəti Konstitusiya dəyişikliyi istiqamətində müvafiq addımlar atacaqsa, o zaman səfirliyin açılması da praktik olaraq mümkün olacaq. Əks halda, səfirliyin açılması sadəcə quru diplomatik bəyanatlardan o yana keçməyəcək. 

“Azərbaycan üçün bu proses həm də imkanları maksimum dərəcədə idarə etməyə şərait yaradır. Azərbaycanın dostlarının da Ermənistanda möhkəmlənməsi regionda diplomatik dinamikanın genişlənməsinə və bizim üçün əlavə təsir imkanları əldə etməyə imkan verir”, - deyə analitik fikrini yekunlaşdırıb.

Xatırladaq ki, bu il avqustun 31-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və pakistanlı həmkarı Məhəmməd İshaq Dar iki ölkə arasında diplomatik əlaqələrin qurulmasına dair birgə kommünike imzalayıblar.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər