26 dəqiqəlik yayımla bağlanan azərbaycandilli kanal: Nə baş verdi?

26 dəqiqəlik yayımla bağlanan azərbaycandilli kanal: Nə baş verdi?
09.12.2025 17:54

Dekabrın 7-də Ermənistanda fəaliyyət göstərən azərbaycandilli televiziya cəmi 26 dəqiqəlik təcili canlı yayım edərək fəaliyyətini dayandırdığını elan etdi. Rəsmi səbəblər kimi maliyyə çətinlikləri və siyasi təzyiq göstərildi. 

Maraqlıdır, televiziyanın fəaliyyətinin dayandırılmasına əsas səbəb nə oldu?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, ilk baxışdan Ermənistanda azərbaycandilli televiziyanın fəaliyyət göstərməsi, əslində, onarın mediasında müsbət qarşılanmalı bir addım idi:


"Çünki bu, qarşı tərəfin niyyətinə dair müəyyən təsəvvürlərin formalaşmasına səbəb olar və sülh quruculuğu baxımından pozitiv addım kimi dəyərləndirilə bilərdi. Əgər həmin yayım həqiqətən xoş məqsədlə fəaliyyətə başlamışdısa, bu, eyni zamanda siyasi iradənin mövcudluğundan da xəbər verirdi. Lakin əgər bu platformada separatçı rejimlə bağlı qondarma ifadələr təbliğ olundusa, artıq burada xoş niyyət axtarmaq mümkün deyil. Ola bilər ki, ilkin mərhələdə belə bir niyyət mövcud olub, lakin sonrakı dövrdə siyasi təzyiqlər, cəmiyyətin müəyyən seqmentində gedən proseslər və aktiv qrupların reaksiyası aparıcının qondarma “Artsax” ifadəsini işlətməsinə şərait yaradıb. Kanalın bağlanması da məhz bu təzyiqlərin fonunda baş verib".

Parlamentari bağlanma səbəbi kimi maliyyə məsələsinin göstərilməsini bəhanə adlandırıb:

"Onlar açıq şəkildə etiraf edə bilmirlər ki, cəmiyyətin narazı təbəqəsinin, eləcə də ictimai-siyasi mühitdə təsir gücünə malik qüvvələrin təzyiqləri nəticəsində televiziya fəaliyyətini dayandırıb. Ehtimal etmək olar ki, bu addım cəmiyyətin reaksiyasını ölçmək məqsədi daşıyan bir jest olub. Lakin sonrakı proseslər göstərib ki, cəmiyyət bu cür məsələlərə son dərəcə həssas yanaşır. Hətta xoş niyyətlə yaradılan alətlər belə zamanla müəyyən dairələrin ruporuna çevrilir".

Deputat ümumilikdə baş verənləri sülh prosesinə zidd adlandırıb:

"Azərbaycan Prezidenti İlham Əliyev avqustun 8-də ABŞ-də tərəflər arasında müəyyən sazişlərin imzalanmasından sonra mediaya müsahibəsində xüsusilə vurğuladı ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın qarşısında yerinə yetirilməli ciddi "ev tapşırıqları" var və bu istiqamətdə ardıcıl işlər görülməlidir. O, həmçinin etimad quruculuğunun əhəmiyyətini xüsusi qeyd etdi. Bu gün etimad quruculuğu Ermənistan üçün ən aktual məsələlərdən biridir. Ermənistan cəmiyyətində düşmən obrazı illər və onilliklərlə deyil, hətta XIX əsrin son rübündən etibarən ardıcıl şəkildə formalaşdırılıb. Ölkənin ideologiyası məhz bu məsələlər üzərində qurulub. “Düşmən” deyilən kimi əhalinin zehnində ilk olaraq Azərbaycan canlanır. Bu obrazın dağıdılması üçün ciddi və sistemli işlər görülməlidir".

Azər Allaverənov sonda bildirib ki, sözügedən veriliş müxtəlif siyasi mərkəzlər və dairələrin "düşmən" obrazından hələ də məharətlə istifadə etdiklərini sübüt edib. Onun sözlərinə görə, hətta kanalın sırf Azərbaycan dilində yayım aparması belə onlar üçün qəbuledilməz sayılıb.

Xatırladaq ki, dekabrın 4-də azərbaycanlı jurnalist Vəfa Həmzəyeva Azərbaycan dilində yayımlanan Ermənistan kanalının aparıcısı, jurnalist Diana Karapetyandan müsahibə alıb. Söhbət zamanı Karapetyan Ermənistanda Azərbaycan dilində kanalın yaradılmasındakı əsas missiyanı açıqlayıb.  


Bununla yanaşı Karapetyan canlı bağlantı zamanı “Artsax” ifadəsini işlətməyə cəhd edib. Vəfa Həmzəyeva dərhal müdaxilə edərək ona belə bir sual ünvanlayıb: 

"Əgər siz hələ də “Artsax“ deyirsinizsə, o zaman sülhdən necə danışmaq olar?"

Azərbaycanlı jurnalist vurğulayıb ki, Ermənistan rəsmi olaraq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Erməni jurnalist bu anda "Bizim üçün “Artsax”, bəziləri üçün “Qarabağ" cümləsini işlədib.

Bu barədə saytımıza açıqlama verən erməni jurnalist Natali Aleksanyan Diana Karapetyanın maliyyələşdirildiyi iddiası ilə çıxış edib.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
"İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi 18:46 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Али Асадов встретился с президентом Узбекистана 16:37 Устройство, отслеживающее водителей между радарами, могут внедрить в Азербайджане — МНЕНИЕ 16:25 Ильхам Алиев провел телефонный разговор с премьером Нидерландов 16:13 Франция сыграет с Сенегалом, Аргентина встретится с Алжиром 16:07 Пенсии в регионах будут выплачены к этой дате 15:52 Начался крах Российской империи: Армения проявила неуважение 15:51 AZAL выполнил первый регулярный рейс по маршруту Баку – Шымкент 15:39 Впервые за несколько месяцев: Зеленский встретился с Трампом 15:35 Медина покинул «Карабах» 15:30 Все новости