Dondurulan Bakı-AŞPA münasibətlərində BUZLAR ƏRİYƏCƏK?

Dondurulan Bakı-AŞPA münasibətlərində BUZLAR ƏRİYƏCƏK?
30.10.2025 14:06

Azərbaycan 2024-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırıb. Lakin Milli Məclisin 2025-ci ilin payız sessiyası üçün iş planında AŞPA da daxil olmaqla beynəlxalq təşkilatlarla əlaqələrin inkişafı məsələsi yer alıb.

Qeyd edək ki, ötən il AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini məhdudlaşdırmış, etimadnaməsini təsdiqləməmiş və səsvermə hüququnu dayandırmışdı. Bu qərardan sonra Azərbaycan əməkdaşlığı dondurmuşdu.

Hazırda Bakı-İrəvan sülh prosesi irəliləsə də, 2026-cı ilə qədər münasibətlərin normallaşması hələ də sual altındadır.

Maraqlıdır, münasibətlər normallaşacaqmı? 

AŞPA ilə münasibətlərin bərpası Azərbaycanın Avropa institutları ilə siyasi dialoquna və beynəlxalq imicinə necə təsir edə bilər? 

Sözügedən mövzu ilə bağlı TodayPress TV-yə danışan deputat Arzuxan Əlizadə bildirib ki, AŞPA 30 illik işğala susqun qalıb:

"Azərbaycan və Ermənistan Avropa Şurası Parlament Assambleyasına (AŞPA) eyni vaxtda qəbul edilmişdilər. Qəbul prosesində hər iki dövlət müəyyən öhdəliklər götürmüşdü. Azərbaycan faktiki olaraq bütün öhdəliklərini yerinə yetirmişdi. Mən bunu ona görə deyirəm ki, AŞPA-da olduğumuz 2000–2020-ci illər ərzində Azərbaycan torpaqları işğal altında idi. AŞPA-nın digər üzvü, eyni vaxtda qəbul edilən Ermənistan tərəfindən 30 il ərzində davam edən işğala təşkilat demək olar ki, heç bir reaksiya vermədi".

Onun sözlərinə görə, AŞPA bu dövrdə ədalətsiz mövqe sərgiləyib:

"AŞPA-da olduğumuz 20 il ərzində bir üzvün digər üzvün torpaqlarını işğal altında saxlamasına ciddi reaksiya göstərilmədi. Ermənistanın işğalına görə nə sanksiya tətbiq olundu, nə də bununla bağlı çağırış edildi. Azərbaycan nümayəndə heyəti dəfələrlə mövqeyini ifadə etsə də, nəticə dəyişmədi. Sərsəng su anbarı ilə bağlı qətnamə qəbul olundu, amma Ermənistanın məsuliyyətə cəlb edilməsi barədə heç bir addım atılmadı".

A.Əlizadə qeyd edib ki, Azərbaycan bu məsələdə hər zaman haqlı mövqe sərgiləyib:

"Torpaqlarımızı işğaldan azad etdikdən sonra AŞPA-nın münasibəti dəyişdi. Elə bil ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini həzm edə bilmədilər. 2023-cü ildən sonra isə bizi əsassız ittihamlarla günahlandırmağa, bəhanələr gətirərək Azərbaycan nümayəndə heyətinin mandatını dondurmağa qədər getdilər. Bizim nümayəndə heyətimiz doğru olaraq bəyanat verərək AŞPA-da fəaliyyətin qeyri-müəyyən müddətə dayandırılması qərarını qəbul etdi. Bu, tamamilə ədalətli addımdır, çünki heç bir qurum Azərbaycana qarşı bu qədər qərəzli münasibət sərgiləyib cəzasız qala bilməz".

Deputat vurğulayıb ki, Azərbaycan müstəqil mövqeyə malik dövlətdir:

"Azərbaycan regionda reallıqları dəyişən, güclü və söz sahibi olan dövlətdir. Biz bütün beynəlxalq təşkilatlarla, o cümlədən Avropa institutları ilə münasibətlərin yalnız bərabərhüquqlu və qarşılıqlı hörmət prinsipləri əsasında davam etməsində maraqlıyıq. Əgər AŞPA Azərbaycana qarşı ədalətsiz münasibətdən əl çəksə, münasibətlərin normallaşması mümkündür. Bu halda isə 2026-cı ildə Azərbaycanın təşkilatda təmsilçiliyinin bərpası da istisna deyil".

A. Əlizadə, həmçinin Ermənistanla sülh prosesinə də toxunub:

"Ermənistana sülh təklif edən tərəf Azərbaycandır. 30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistana İkinci Qarabağ savaşından sonra biz sülh təklifi irəli sürdük. Təbii ki, bunun konkret şərtləri var. Ermənistan da müəyyən öhdəliklər götürüb. Proses hamar olmasa da, irəliləyir və artıq bu ilin avqustunda Vaşinqtonda çərçivə müqaviləsi imzalanıb. Ermənistanın əsas öhdəliklərindən biri Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaları konstitusiyasından çıxarmaqdır. Bu öhdəliklər yerinə yetirilərsə, sülh müqaviləsi də imzalanacaq. ABŞ-ın prosesdə qarantor kimi iştirakı da buna əlavə təminat yaradır".

Parlamentarinin fikrincə, regionda sülhün bərqərar olması hər iki tərəfin maraqlarına uyğundur:

"Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə, sülh müqaviləsi həm regionun sabitliyinə, həm də ermənilərin özünə fayda gətirəcək. Azərbaycan isə regionda sülh və təhlükəsizliyin əsas təminatçısı kimi bu prosesi dəstəkləyir".

Jalə Rövşən 

TodayPress TV

FOTOLAR

Dondurulan Bakı-AŞPA münasibətlərində BUZLAR ƏRİYƏCƏK? — 1
XƏBƏR LENTİ
15 IYUN 2026
Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Bütün Xəbərlər