21-ci əsrin "Afina - Sparta" müharibəsi başlayır? - Tarixin ən böyük xəbərdarlığı

21-ci  əsrin "Afina - Sparta" müharibəsi başlayır? - Tarixin ən böyük xəbərdarlığı
15.05.2026 12:44

Pekində dünya siyasətinin iki ağır çəkisi üz-üzə gələndə, Çin lideri Si Cinpin masaya sadə görünən, amma əslində çox dərin bir sual qoydu: “Biz Fikidid tələsini aşa biləcəyikmi?”   Söhbət bəşəriyyətin qarşısında duran ən böyük seçimdən gedirdi: müharibə, yoxsa sülh? Amma Donald Trampın reaksiyası göstərdi ki, Vaşinqtonla Pekin eyni mövzudan danışsa da, dünyaya tamamilə fərqli baxırlar.

Tramp üçün beynəlxalq siyasət daha çox sövdələşmələr, tariflər, iqtisadi rəqəmlər və güc nümayişidir. Si Cinpin üçün isə bugünkü dünya minilliklər boyu təkrarlanan tarixi proseslərin davamıdır. 2026-cı ilin mayında Pekində keçirilən sammitdə Si qədim yunan tarixindən nümunə gətirib  “Fikidid tələsi”ndən danışanda, Tramp bunu daha çox Amerikanın zəifləməsi ilə bağlı mesaj kimi qəbul etdi.

Sİ nədən danışırdı? "Fikidid tələsi" nədir? 

Bu anlayış qədim yunan tarixçisi Fikididin Peloponnes müharibəsi haqqında yazdıqlarına əsaslanır. Fikidid belə yazırdı: “Afinanın yüksəlişi və bunun Spartada yaratdığı qorxu müharibəni qaçılmaz etdi.”

Harvard professoru Graham Allison bu fikri müasir beynəlxalq münasibətlərə tətbiq edərək “Fikidid tələsi” anlayışını məşhurlaşdırdı. Onun fikrincə, tarixdə yeni yüksələn bir güc mövcud hegemonu sıxışdırmağa başlayanda, tərəflər arasında yaranan qorxu və rəqabət çox vaxt müharibə riskini artırır.

Allisonun araşdırmasına görə, son 500 ildə buna bənzər 16 böyük güc qarşıdurması yaşanıb və onların 12-si müharibə ilə nəticələnib. Bu gün ən çox müzakirə olunan nümunə isə ABŞ ilə Çin arasındakı rəqabətdir.

Pekinin mesajı nə idi? 

Mayın 14-də Pekində  keçirilən görüşdə Si Cinpin Trampa açıq şəkildə belə bir sual verdi: “ABŞ və Çin Fikidid tələsini aşa bilərmi və böyük dövlətlər arasında yeni münasibət modeli yarada bilərmi?”

Burada Çinin Vaşinqtona verdiyi siyasi mesaj: Pekin artıq özünü yüksələn güc kimi görür və ABŞ-dən bu reallığı qəbul etməsini gözləyir. Xüsusilə Tayvan məsələsinin gündəmdə olduğu bir vaxtda bu mesajın çəkisi daha da böyük idi.

Tramp nə anladı? 

Tramp isə bu yanaşmanı tam başqa prizmadan oxudu. O, "Truth Social" platformasında Si Cinpinin ABŞ-nin zəiflədiyini nəzərdə tutduğunu yazdı və bunu Bayden administrasiyasının siyasəti ilə əlaqələndirdi.

Yəni Tramp məsələyə tarixi və geosiyasi konsepsiya kimi yox, daha çox güc balansı və daxili siyasət prizmasından baxdı. Bu da təəccüblü deyil. Onun siyasi üslubu həmişə daha praktik olub: tariflər, ticarət razılaşmaları, iqtisadi təzyiq və konkret nəticələr. Qədim Yunan tarixindən gələn diplomatik mesajlar isə onun siyasi ritorikasında əsas yer tutmur.

Nəticədə, Si Cinpin “Çinin yüksəlişini qəbul edin, yoxsa qarşıdurma riski artacaq” mesajı verirdi. Tramp  bunu “Amerika zəifləyib, amma mən bunu dəyişəcəyəm” kimi qəbul etdi. 

Bəlkə də həmin görüşün ən maraqlı tərəfi məhz bu idi. Eyni masada oturan iki liderin dünya görüşləri arasındakı uçurum.

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Avqusta hazır olun - güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” – Paşinyanın xanımı təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Российский самолет сбит, посол убит —чудовищный приказ премьер-министра 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Шаги, ставящие под угрозу карьеру: теннисистка подверглась суровой санкции 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Будут введены ограничения на сайты, размещающие оскорбления, клевету и информацию, создающую общественную угрозу 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Монстры, боги и Троя — коды «Одиссеи» Нолана: что нужно знать, чтобы понять фильм 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 Первая встреча, яркая победа: Фатима Байрамова не оставила шансов сопернице 12:15 Все новости