Şantaja qarşı SUSMA - CİNAYƏTKAR sən deyilsən!

Şantaja qarşı SUSMA - CİNAYƏTKAR sən deyilsən!
03.03.2026 23:00

Siyəzəndə 2010-cu il təvəllüdlü Arzu Kamilovanın meyiti yaşadığı evdə tapılıb. 

İlkin məlumatlara görə, 16 yaşlı yeniyetmə öz həyatına son qoyub. 

İddialara əsasən, onun bu addımı atmasına səbəb şantaj olub. 

Araşdırmalar zamanı məlum olub ki, yeniyetmənin foto və videoları sosial şəbəkələrdə qeyri-etik, nalayiq ifadələrlə  paylaşılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. 

Baş verən hadisə təkcə bir ailənin faciəsi deyil,  rəqəmsal dövrdə yeniyetmələrin üzləşdiyi risklərin nə qədər təhlükəli həddə çatdığını göstərən ciddi siqnaldır. Şantaj, kiberzorakılıq, şəxsi görüntülərin yayılması və sosial şəbəkə təzyiqi artıq qlobal problemdir.

Bu hadisə bir daha göstərir ki, rəqəmsal mühitdə məsuliyyətsiz davranış, şəxsi məlumatların yayılması və şantaj halları hazırda son dərəcə təhlükəli bir vəziyyət yaradıb. 

Belə hallar təkcə bizdə deyil, dünyanın bir çox ölkəsində baş verir. 

ABŞ-də kiberzorakılıqla bağlı araşdırmalar göstərir ki, yeniyetmələrin böyük hissəsi onlayn təzyiqə məruz qalır. 

Avropa ölkələrində “cyberbullying” və “sextortion” (şəxsi görüntülərlə şantaj) halları son illərdə xeyli artıb. 

Cənubi Koreya və Yaponiya kimi texnoloji cəhətdən inkişaf etmiş ölkələrdə belə, sosial şəbəkə təzyiqi ciddi psixoloji nəticələrə səbəb olur.

Rəqəmsallaşma artdıqca risk də artır. Xüsusilə yeniyetmələr emosional baxımdan daha həssas olduqları üçün bu təzyiqləri ağır qarşılayırlar. 

Bəs ölkəmizdə belə hallara qarşı hansı tədbirlər həyata keçirilir? 

Sirr deyil ki, bu yaşda uşaqlar günlərinin böyük hissəsini məktəbdə keçirirlər. Hazırda psixoloji xidməti belə normal qaydada həyata keçirməyi bacarmayan təhsil ocaqlarından bunu tələb etmək absurddur. Bilirəm. 

Amma profilaktik tədbirlər gücləndirilməzsə, bu tip hadisələr daha da artacaq. Virtual aləm bizi ölümlə üz-üzə qoymağa davam edəcək. 

Nələrə diqqət etməliyik?

Valideyn nəzarəti, maarifləndirmə və hüquqi mexanizmlərin gücləndirilməsi bu kimi faciələrin qarşısının alınmasında mühüm rol oynayır.

Təcrübələr göstərir ki, artıq dominant ailə modeli istənilən nəticəni vermir. 

Uşaq və yeniyetmələr ailəyə daha yaxın olmalıdır. Onlar bilməlidirlər ki, başlarına nə gəlirsə gəlsin, valideynlərinə deyə bilərlər. Ailədə uşaq və yeniyetmənin fikirlərinə mütləq şəkildə hörmət olunmalıdır. Eyni zamanda müəyyən məqamlarda kompromisə getmək lazımdır. 

Uşaqlara rəqəmsal savadlılıq aşılanmalıdır. Şəxsi foto və videoların paylaşılma riskləri izah olunmalıdır. 

Şantaj zamanı düzgün reaksiya da olduqca önəmlidir. Şantajçının dediyini etmək problemi həll etmir. Əksər hallarda bu, daha böyük problemlər yaradır. 

Sübutları saxlamaq və hüquq-mühafizə orqanlarına müraciət etmək belə hallarda atıla biləcək ən düzgün addımlardandır. 

Şəxsi məlumatların yayılması ciddi cinayətdir. Şantajın məzmunu nə olur olsun, heç vaxt özümüzü günahkar hiss etməməliyik.

Günahkarın cəzalandırılması üçün isə ictimai qınaq bizə kömək edə bilər. 

Bir neçə gün öncə Bakı Dövlət Universitetinin tələbələrinin başına gələn hadisə də bunu bir daha bizə sübut etdi. 

Kiberpolisin keçirdiyi əməliyyat nəticəsində Bakı Dövlət Universiteti, eləcə də digər ali təhsil müəssisələrinin hüquq fakültəsi tələbələrinin şəkillərini montaj edərək üzərinə təhqiramiz ifadələr yazan və sosial şəbəkələrdə paylaşan, silinməsi müqabilində isə pul tələb edən şəxs saxlanıldı. 

Əgər tələbələr utansa, məsələni ictimailəşdirməkdən çəkinsə idilər, Siyəzəndə baş verən faciəyə indi təkrar şahidlik edəcəkdik. 

Bu faciənin təkrarlanmaması üçün addım atmaq lazımdır. 

Məktəbdə, ailədə, eləcə də sosial şəbəkənin özündə bu istiqamətdə maarifləndirməyə ehtiyac var.

Əks halda bir kliklə başlayan təzyiq daha böyük faciələrə yol açacaq...

Günəş Mərd

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Все новости