"Global Terrorism Index 2026": Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasındadır

"Global Terrorism Index 2026": Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasındadır
31.03.2026 09:15

"Global Terrorism Index 2026" (GTI) hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanması təqdim edilib.

TodayPress TV xəbər verir ki, ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralara - 1.Pakistan (8.574), 2.Burkina Faso (8.324), 3.Niger (7.816) daxil edilib.

Qeyd olunan sıralamada Suriya (7.38) 6-cı, İsrail (6.79) 10-cu, Əfqanıstan (6.678) 11-ci, Hindistan (6.428) 13-cü, Rusiya (5.593) 17-ci, İran (5.477) 18-ci, ABŞ (4.521) 28-ci, Almaniya (4.447) 29-cu, Fransa (3.224) 35-ci, Türkiyə (3,212) 36-cı, Çin (1.311) 54-cü, İsveçrə (0.749) 67-ci, Birləşmiş Ərəb Əmirlikləri (0.749) 68-ci, Gürcüstan (0.506) 77-ci, Ermənistan (0.483) 81-ci yerdə qərarlaşıb.

Ötən ilin hesabatına əsasən terror təhlükəsi üzrə qeyd olunan sıralamada "0.233" indekslə 90-cı reytinq mövqeyində olan Azərbaycan 2026-cı ildə üç reytinq də yüksələrək "0.123" indekslə 93-cü yerdə qərarlaşmış, 1-dən 100-dək artan mümkün reytinq həddində dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi yüksək reytinqə sahiblənib.

"Global Terrorism Index" (GTI) reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə hesablamalara əsaslanır.

İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace - İEP) tərəfindən dövri olaraq açıqlanan "Global Terrorism Index" hesabatları Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı, digər beynəlxalq təşkilatlar və beynəlxalq akademik institutlar üçün istinad mənbəyi kimi çıxış edir. Hesabatlar eyni zamanda ölkələrə geniş iqtisadi infrastrukturda xarici investisiya yatırımları zamanı nəzərə alınan əsas mənbələrdən hesab olunur.

Beynəlxalq təşkilatların hesabatlarından göründüyü kimi, dini, siyasi, milli və digər zəminlərdə terror-təxribat təhdidlərinin yüksək olduğu kifayət qədər həssas və mürəkkəb geosiyasi məkanda yerləşsə də, uğurlu daxili və xarici dövlət siyasəti nəticəsində bərqərar olmuş inkişaf, əmin-amanlıq, o cümlədən terrorçuluğa qarşı mübarizə sahəsində təhlükəsizlik orqanları tərəfindən görülən effektiv işlər sayəsində Azərbaycan son illər dünyada çox yüksək daxili təhlükəsizlik reytinqinə sahiblənib.

Azərbaycan Respublikası Prezidentinin vurğuladığı kimi, təhlükəsizlik, sabitlik məsələləri hər hansı bir ölkənin gündəliyində heç vaxt olmadığı qədər bir nömrəli məsələ kimi qalmalıdır. Çünki bu olmadan bütün başqa səylər mənasızdır.

TodayPress TV

XƏBƏR LENTİ
11 AVQUST 2026
Yağış suyu şəhərləri istidən xilas edə bilər 22:07 Titanla aramızdakı məsafə niyə dəyişir? Alimlər izah etdi 22:26 “Kəsilməz internet” hər gün təxminən 33 dəqiqə kəsilir 22:41 Qarın piylərini azaltmaq istəyənlər qəhvəni belə içməlidir 22:57 Kardioloq ürək üçün ən təhlükəli içkini açıqladı 23:42 31 dekabrdan sonra İraqda nə baş verəcək? SON XƏBƏRDARLIQ 23:17 “İran tamamilə müflis olub” - Hərbçilərə maaş vermirlər? 00:22 Suriyada illərdir gizlədilən nüvə materialları - ABŞ hərəkətə keçdi 00:43 Liviyada neft zavodunda güclü partlayış - VİDEO 00:50 SON DƏQİQƏ: Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNDİ 23:29 İran ABŞ-nin “zəif nöqtəsini” açıqladı - “Bu artıq asılılıqdır” 23:49 İran üçün “son şans” bitdi? Trampdan müəmmalı cavab 23:36 Azərbaycan bu ölkədən neft idxalını artırır 23:22 Rusiya Şimali Koreyadan asılı qaldı - “İlk dəfə təkbaşına müharibə apara bilmir” 23:09 Kolumbiyada can itkisi artmaqda davam edir - Son rəsmi rəqəmlər - YENİLƏNDİ 20:32 Rusiya bu ölkələrə hücuma hazırlaşır - TƏCİLİ 22:46 Pezeşkianla Xamenei görüşdə nələr danışdılar? 22:33 Tramp bu ölkələrin adlarını çəkərək İrana çağırış etdi: “Cavab verilməlidir!” 22:17 "Liverpul" "Barselona"nın müdafiəçisini icarəyə götürdü! 21:52 Sülhün birinci ildönümündə Tramp üçün tarixi təklif - BİRGƏ BƏYANAT 22:01 Abituriyentlər üçün VACİB XƏBƏR: II və III qrup üzrə dövlət sifarişi yerləri məlum oldu! 21:41 Sürücülərin DİQQƏTİNƏ! - Bakının bu 3 küçəsində hərəkət BAĞLANIR 21:35 Azərbaycan XİN Kolumbiyaya başsağlığı verdi 21:28 Odessada hərbi təyyarə YERƏ DÜŞDÜ, pilot son anda xilas oldu! 21:25 ABŞ-də 175 mindən çox viza LƏĞV EDİLDİ 21:17 Bütün Xəbərlər