Günay Ağamalı: “İqtisadi əlaqələr sülhün alternativi deyil!”

Günay Ağamalı: “İqtisadi əlaqələr sülhün alternativi deyil!”
06.02.2026 13:36

“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması təkcə siyasi müstəvi ilə məhdudlaşmır”.

Bunu Milli Məclisin deputatı, "Ana Vətən" Partiyasının sədri Günay Ağamalı TodayPress TV-yə açıqlamasında deyib. 

Deputat qeyd edib ki, qarşıdakı dövrdə tərəflər arasında qarşılıqlı iqtisadi əlaqələrin qurulması da istisna edilmir:

“Artıq bu istiqamətdə müəyyən addımlar atılmaqdadır. Azərbaycanın enerji məhsulları tədricən Ermənistan bazarında yer almağa başlayır və mövcud dinamikanın bundan sonra da artan templə davam edəcəyi ehtimal olunur”.

Partiya sədri vurğulayıb ki, sülh olmadan nəticə olmayacaq: 

“Reallıq ondan ibarətdir ki, Azərbaycan uzun illərdir regional iqtisadi əməkdaşlıq modelini təşviq edir və bu prosesdə heç vaxt təşəbbüsdən yayınmayıb. Azərbaycanla Ermənistan arasında tammiqyaslı iqtisadi münasibətlərin formalaşması üçün isə yekun sülh müqaviləsinin imzalanması əsas şərtdir. Əks halda, ixrac və əməkdaşlıq barədə səslənən fikirlər real nəticələr verməyəcək”.

O, qeyd edib ki, Ermənistandan ixrac fayda verməsə də siyasi əhəmiyyət daşıyır:

“Ermənistan iqtisadiyyatının mövcud vəziyyətinə nəzər saldıqda, bu ölkədən Azərbaycana ixrac edilə biləcək ciddi və rəqabətqabiliyyətli məhsul çeşidinin olmadığı aydın görünür. Bu da ölkəmiz üçün əhəmiyyətli iqtisadi üstünlüklər vəd etmir. Bununla belə, məhz siyasi dinamikanın qorunması və etimad mühitinin formalaşdırılması baxımından bu tip iqtisadi addımlar müəyyən əhəmiyyət daşıyır”.

Parlamentari diqqətə çatdırıb ki, hazırda tərəflər arasında əsas müzakirə mövzusu nəqliyyat və kommunikasiya xətlərinin açılmasıdır. Bu proses hər iki ölkə üçün faydalı olmaqla yanaşı, regionun ümumi iqtisadi və logistik potensialını artırır. Azərbaycanın təşəbbüsü ilə irəli sürülən nəqliyyat, kommunikasiya və logistika layihələrinin regional sabitliyə töhfə verəcəyi danılmazdır.

G.Ağamalı bildirib ki, iqtisadi əlaqələr heç vaxt sülhün alternativi olmayıb:

“Davamlı və real sülh siyasi qərarlardan, hüquqi öhdəliklərdən və etimadın konkret addımlarla möhkəmləndirilməsindən keçir. Ticarət və iqtisadi münasibətlər isə bu prosesin nəticəsi kimi formalaşa bilər. Azərbaycan hər zaman olduğu kimi, prinsipial, ardıcıl və açıq mövqeyini qoruyur. Sülh şəraiti yaranarsa, əməkdaşlıq mümkündür, qeyri-müəyyənlik və ziddiyyətli siyasət davam edərsə, iqtisadi jestlərin real mənası olmayacaq”.

Qeyd edək ki, 2025-ci ilin dekabrında Azərbaycandan Ermənistana neft məhsullarının birbaşa tədarükünə başlanılıb. Ermənistan tərəfi Azərbaycandan digər məhsulların da tədarükündə maraqlı olduğunu bəyan edib. 

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 В Барде 79-летний мужчина утонул в канале 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Где Хаменеи? — ЦРУ и МОССАД напали на след верховного лидера 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Имеется ли азербайджанский след в торговле почками? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Добавьте эти 6 продуктов в свой рацион, чтобы защитить кости после 50 лет 10:13 Арабские беженцы облюбовали Испанию — тысячи людей в один момент пересекли границу 10:17 Все новости