Naxçıvanın seçilməsi təsadüf deyil - Komitə sədri DETALLARI AÇIQLADI

Naxçıvanın seçilməsi təsadüf deyil - Komitə sədri DETALLARI AÇIQLADI
06.03.2026 17:45

"Prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin bir nömrəli səfərbərlik vəziyyətinə gətirilməsi ilə bağlı verdiyi tapşırıq ölkənin təhlükəsizliyinə yönəlmiş preventiv və məsuliyyətli addımdır". 

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev TodayPress TV-yə danışarkən deyib.

Onun sözlərinə görə, bu qərar Azərbaycanın istənilən təhlükəyə qarşı operativ reaksiya vermək imkanına malik olduğunu göstərir:


"Bir nömrəli səfərbərlik vəziyyəti artıq bütün Azərbaycan Ordusunun, yalnız quru qoşunlarının deyil, həm də müasir hava hücumundan müdafiə sistemlərinin, pilotsuz uçuş aparatlarının və xüsusi təyinatlı qüvvələrin tam hazırlıq vəziyyətində olması deməkdir. Azərbaycan Ordusu regionun ən güclü ordularından biridir və strateji əhəmiyyət daşıyan ərazilərdə, o cümlədən Naxçıvan Muxtar Respublikası, cənub bölgəsi və Bakı kimi iri şəhərlərdə hava məkanının qorunması üçün müasir və çoxpilləli müdafiə mexanizmləri mövcuddur".

Deputat vurğulayıb ki, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra postmüharibə dövründə hərbi islahatlar və texniki modernləşmə davam etdirilib, hava hücumundan müdafiə sistemləri daha da gücləndirilib.


"Naxçıvana dron zərbəsi beynəlxalq hüquqa ziddir"

Parlamentari əlavə edib ki, İran ərazisindən buraxılan pilotsuz uçuş aparatları ilə Naxçıvan Beynəlxalq Hava Limanına zərbə endirilməsi barədə məlumatlar artıq beynəlxalq mediada da yayılıb və hadisə ilə bağlı Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib: 

"Prezidentin qeyd etdiyi kimi, vaş verən hadisəyə görə məsuliyyət tam şəkildə İranın üzərinə düşür. İran silahlı qüvvələri tərəfindən Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi İran rejiminin riyakarlığının göstəricisidir. Bu addım beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. Azərbaycan daim qonşuluq prinsiplərinə sadiq qalıb və ölkə ərazisindən heç vaxt başqa dövlətlər üçün təhlükə olmayıb. Azərbaycan hətta İrana humanitar yardım göndərməyi də planlaşdırırdı".


"Naxçıvanın seçilməsi təsadüfi deyil"

Millət vəkilinin fikrincə, zərbənin məhz Naxçıvan Muxtar Respublikasına endirilməsi onun geosiyasi mövqeyi ilə bağlıdır. Belə ki, Naxçıvan Azərbaycanın əsas ərazisindən ayrı yerləşən və Ermənistan, İran və Türkiyə ilə həmsərhəd olan strateji bölgədir:

"Bu region həm də Azərbaycan ilə Türkiyə arasında quru sərhədi vasitəsilə strateji Ankara-Bakı xəttini təmin edir. Bundan başqa, Zəngəzur dəhlizi məsələsi də burada mühüm rol oynayır və bəzi regional güclərin maraqları ilə toqquşur. Naxçıvan hava limanı həm hərbi, həm də logistika baxımından strateji infrastruktur hesab olunur və regiona sürətli hərbi və humanitar çatdırılma imkanları yaradır".

Diplomatik və hərbi addımlar...

Parlamentari deyib ki, Azərbaycan məsələni beynəlxalq təşkilatların gündəliyinə çıxara bilər. Eyni zamanda regional müttəfiqlərlə təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr aparıla bilər:

"Prezident İlham Əliyevin göstərişi ilə sərhəddə operativ hərbi hazırlıq vəziyyəti artırılıb, qoşunlara və xüsusi xidmət orqanlarına müvafiq tapşırıqlar verilib. Bu məsələdə Türkiyənin rolu da xüsusi əhəmiyyət daşıyır. Qars müqaviləsi Naxçıvanın təhlükəsizliyi ilə bağlı Türkiyəyə müəyyən siyasi məsuliyyət verir. Bundan əlavə, Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik və Şuşa Bəyannaməsi çərçivəsində hərbi əməkdaşlıq daha da gücləndirilib. Əgər Naxçıvana qarşı ciddi hərbi hücum və ya təxribat baş verərsə, Ankara siyasi və təhlükəsizlik baxımından prosesə aktiv şəkildə qoşula bilər".


Komitə sədri sonda vurğulayıb ki, baş verən hadisə İranın riyakar siyasətinin göstəricisidir və rəsmi Tehran həm diplomatik, həm də digər sahələrdə öz layiqli cavabını alacaq.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanı İran tərəfindən dron zərbəsinə məruz qalıb. Nəticədə hava limanı və məktəbə zərər dəyib. Dörd nəfər xəsarət alıb. 

Türkan İsgəndərli

XƏBƏR LENTİ
31 IYUL 2026
ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Bütün Xəbərlər