Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst

Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst
30.07.2026 13:46 Gündəm

İyulun 29 -da Amerika tarixçisi, jurnalisti və yazıçısı Tomas Qoltsun anım günüdür.

Tomas Qolts 11 oktyabr 1954-cü ildə Yaponiyada anadan olub. O, ABŞ-nin Şimali Dakota ştatında böyüyüb, Nyu-York Universitetində Orta Şərq araşdırmaları üzrə magistr təhsili alıb.

Bir neçə dil bilən  Qolts türk, Azərbaycan, alman, rus, ərəb və fars dillərində sərbəst danışıb. O, jurnalist fəaliyyəti ilə yanaşı, regiondakı siyasi proseslər və münaqişələr barədə araşdırmaları ilə də tanınır.

Onun  1998-ci ildə nəşr olunan “Azərbaycan gündəliyi” kitabı Qarabağ münaqişəsi və xüsusilə Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayıb.

O, Birinci Qarabağ müharibəsi zamanı bölgədə baş verən hadisələri işıqlandıran nadir xarici jurnalistlərdən biri olub. Tomas Qolts Xocalı faciəsinin nəticələrini öz gözləri ilə görüb və bu barədə hazırladığı materialları bütün  dünyaya çatdırıb. 

Qoltz o zaman böyük sarsıntı keçirmişdi:

“Artıq ruhların dolaşdığı, yalqız, yeməyin, suyun və həyatın olmadığı şəhərdə, burada bütün adamlar öldürülmüşdü, öldürülmüşdü, öldürülmüşdü. Mən, sadəcə, ağlamağa, ağlamağa, ağlamağa başladım. Xocalı fəlakəti Azərbaycanın milliyyətçilik təqvimində ən böyük əks-səda yaradan tarixlərdən biri kimi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş Bakı qırğını ilə birlikdə tarixə qanla yazıldı. O zaman mən Xocalıya – Ağdam cəbhəsinə getdim və gördüklərimdən dəhşətə gəldim. Şəhərdə nə qədər adam vardısa, hamısını dəhşətli şəkildə qətlə yetirmişdilər. Fevralın 27-də “Vaşinqton Post” qəzetinin üç səhifəsində Xocalı qırğını haqqında mənim məlumatım dərc edildi. Bundan sonra Londonun “Sanday Times” qəzetinin birinci səhifəsində bir məqalə verildi. O vaxtdan sonra dünyanın müxtəlif yerlərində öldürülənlərin sayı ilə maraqlanmağa və dəhşətli bir hadisənin baş verdiyini təsdiq etməyə başladılar. Mən Azərbaycan üçün çətin olan illəri və baş verən hadisələri “Azərbaycan gündəliyi” kitabında qələmə almışam”. 

O, Azərbaycan həqiqətlərinin təbliğinə görə Ermənistan tərəfindən arzuolunmaz şəxslər siyahısına daxil edilib və ölkəyə girişinə də qadağa qoyulub.

Tomas Qolts 29 iyul 2023-cü ildə ABŞ-nin Montana ştatının Livinqston şəhərində vəfat edib.

Allah Rəhmət etsin!


XƏBƏR LENTİ
30 IYUL 2026
Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” - Anna Hakobyan təhdidlərdən danışdı 13:31 Bütün Xəbərlər