“Dedilər sən mənim qohumumsan…” – 24 il əvvəl Heydər Əliyevin baş redaktorlarla maraqlı söhbəti - VİDEO

“Dedilər sən mənim qohumumsan…” – 24 il əvvəl Heydər Əliyevin baş redaktorlarla maraqlı söhbəti - VİDEO
23.07.2026 21:54

Azərbaycanda bu il milli mətbuatın 151 illiyi qeyd olunur.

TodayPress TV AzPost-a istinadən xəbər verir ki, son 26 ildə ölkə mediası ilə dövlət rəsmiləri arasında münasibətlər müxtəlif formatlarda öz əksini tapıb.

İnternetdə ümummilli lider Heydər Əliyevlə qəzet baş redaktorları arasında maraqlı söhbətin əks olunduğu arxiv görüntüləri yenidən yayılıb. Araşdırmaçı jurnalist Füzuli Sabiroğlunun arxivindən olan həmin kadrlar 24 il əvvələ aiddir.

Belə ki, 22 mart 2002-ci ildə “Hyatt Regency” mehmanxanasında o dövrün Prezidenti Heydər Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim olunub.

Həmin ilin yanvarında “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğunun nəticələrinə əsasən, müxtəlif KİV rəhbərləri, jurnalist təşkilatlarının nümayəndələri və ekspertlərin iştirakı ilə Heydər Əliyev “Jurnalistlərin dostu” nominasiyasının qalibi seçilib.

Mükafatlandırma mərasimində çıxış edən Heydər Əliyev bu qərarı “qeyri-adi hadisə” adlandıraraq demişdi:

“Əmin edirəm ki, mən keçmişdə olduğu kimi, bu gün də o jurnalistlərin dostuyam və həmişə jurnalistlərin dostu olacağam.

Jurnalistika elə bir sahədir ki, ümumiyyətlə, tənqidlə məşğuldur. Onun əsas məqsədi nöqsanları aşkar etmək və onların aradan qaldırılmasına çalışmaqdır. Jurnalistika cəmiyyətdə həmişə bu missiyanı yerinə yetirib, bu gün də yerinə yetirir və bunu uğurla davam etdirir.”

Bu arxiv görüntüləri milli mətbuatın 151 illiyi ərəfəsində yenidən ictimai marağa səbəb olub.


ФОТО

“Dedilər sən mənim qohumumsan…” – 24 il əvvəl Heydər Əliyevin baş redaktorlarla maraqlı söhbəti - VİDEO — 1
ЛЕНТА НОВОСТЕЙ
24 июля 2026
Özgür Özəl CXP-dən bu tarixdə gedəcək - İDDİA 00:16 300-dən çox PUA havaya qalxdı - Vəziyyət GƏRGİNLƏŞDİ 23:35 Ağdamdakı yanğın sürətlə genişlənir 23:31 “Binə” və “Sədərək” bağlana bilər - Gözlənilməz vəziyyət 23:27 Bakıda yaşayış binasında yanğın: Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 23:22 Qurban Qurbanov: “Baxımlı oyun olmadı” 23:16 Cəbrayılda minaya düşən şəxsin SON VƏZİYYƏTİ 20:55 MN təsdiqlədi: Döyüş hazırlığı planına uyğun olaraq... - TƏCİLİ 22:48 Müctəba Xameneinin son vəziyyəti necədir? - AÇIQLANDI 22:41 İranın ən məşhur meydanında “Zülfiqar” şousu - VİDEO 22:36 “24 saata bitəcəkdi…” - Zaxarova Trampın yaddaşını təzələdi 22:18 UEFA Avropa Liqası: "Qarabağ" - ÇSKA oyunu bitdi 20:01 UEFA Konfrans Liqası: "Zirə"nin Estoniya klubu ilə matçı başa çatdı - VİDEO 20:15 “Dedilər sən mənim qohumumsan…” – 24 il əvvəl Heydər Əliyevin baş redaktorlarla maraqlı söhbəti - VİDEO 21:50 İsrailə müharibəyə qoşulmaq üçün cəmi “2 dəqiqə” lazım imiş 21:43 ABŞ Səudiyyə Ərəbistanına elə bir şərt qoydu ki… 21:37 Zelenski Putinin gizli planlarından danışdı - Müharibənin gedişatında nə baş verəcək? 21:22 DÇ-2026-nın ən yaxşı oyunçusu o seçildi 20:43 Ərzaq qiymətləri bahalaşacaq - SƏBƏB 20:47 Xankəndidə kafedə yanğın baş verdi - Xəsarət alanlar var 20:38 Rusiyanın PUA istehsalçıları Aİ-nin “qara siyahı”sına düşdü 20:34 TƏCİLİ - ABŞ İranda yeni hədəfi vurdu 20:24 SON DƏQİQƏ: Tramp İrana qarşı ən böyük hücum siqnalını verdi 20:07 “Netanyahu ABŞ-yə gələrsə…” - Tramp 19:45 Fedorov “müdafiə naziri”ndən başqa heç nəyi qəbul etmədi 19:40 Все новости