Bir meymun, MİLYON BAXIŞ: IKEA “Panç”dan nə qazandı?

Bir meymun, MİLYON BAXIŞ: IKEA “Panç”dan nə qazandı?
25.02.2026 12:41

Sosial mediada “Panç” adlı balaca meymunun narıncı kuklası ilə bağlı yayılan görüntülər qısa zamanda məşhurlaşıb. 

Bundan sonra İsveç mebel nəhəngi IKEA-nın həmin kuklanı 17 avroya satışa çıxarması və məhsulun sürətlə satılması marketinq müzakirələrinə səbəb olub.

Marketoloq Saday Əlverdiyev mövzu ilə bağlı TodayPress TV-yə danışarkən bildirib ki, bu addım klassik “real-time” marketinq nümunəsidir:


"Bu, IKEA-nın tətbiq etdiyi "real-time" marketinq strategiyasıdır. Yəni gündəmdə baş verən hər hansı hadisəyə anında marketinq alətləri ilə reaksiya verməkdir. Əslində bu, birbaşa marketinq strategiyasından daha çox satışın optimallaşdırılmasıdır. Yəni satışa operativ reaksiya verməkdir".

MÜSBƏT VƏ MƏNFİ TƏRƏFLƏR 

Onun sözlərinə görə, bu yanaşmanın həm müsbət, həm də mənfi tərəfləri var.

Ekspert hesab edir ki, "real-time" marketinq markanın çevikliyini nümayiş etdirir:

"Müsbət tərəfi odur ki, “real-time” marketinq markanın hadisələrə anında reaksiya verməsini, gündəmi izlədiyini, operativ və cəmiyyətə yaxın olduğunu göstərir. Bu da auditoriya ilə isti münasibət yaradır. Bu cür strategiya emosiyalar üzərindən satışa çevrilmə imkanı yaradır. Anlıq satışa çevrilmə imkanı verir və insanların emosiyalarına toxunaraq real vaxtda gəlir əldə etməsinə şərait yaradır".

Marketoloq vurğulayıb ki, burada emosional marketinq elementi də mühüm rol oynayır: 


"Digər müsbət tərəfi isə onun insanların arzularını markaya yaxınlaşdırmasıdır. Buna emosional marketinq deyilir. Emosional marketinq "storytelling"in, yəni hekayə əsaslı marketinqin tərkib hissəsidir. Çünki insanlar hekayəsi olan məhsulları almağa daha meyilli olurlar. İstər oyuncaq, istər geyim, istərsə də istifadə etdiyiniz hər hansı marka arxasında hekayə olduqda daha dəyərli görünür".

Mütəxəssis bu tip addımların riskli tərəflərinin də olduğunu deyib:

"Birinci mənfi tərəf odur ki, heyvansevərlər tərəfindən həmin meymunun həssas vəziyyətindən istifadə edilməsi markanın fürsətçi davranışı kimi qiymətləndirilə və mənfi reaksiya doğura bilər. İkincisi, mənəvi hisslərin və ya heyvan üzərindən emosiyaların monetizasiyası insanlarda kəskin emosional reaksiya yarada bilər.”

"BOOM" EFFEKTİ


Ekspert əlavə edib ki, bu cür strategiyalar adətən qısamüddətli effekt verir:

"Bu tip hadisələr "boom" marketinq effekti yaradır. Anlıq satış və anlıq gəlir gətirir. Lakin bu, uzunmüddətli deyil. Real-time baş verir və qısamüddətli effekt verir. Bu da növbəti neqativ məqamdır. Belə hallarda yanaşma son dərəcə həssas qurulmalıdır. Çünki bu, tam mənada biznes strategiyası deyil, daha çox satışın optimallaşdırılması prosesidir. Ona görə də yanaşma elə olmalıdır ki, insanların emosiyalarına həssas şəkildə toxunsun və markaya qarşı mənfi fikir formalaşdırmasın. Əgər məhsul artıq IKEA-nın məhsul portfelində mövcud idisə, bu reaksiya sadəcə onun satışını ön plana çıxarır və artıq strategiyanın tərkib hissəsinə çevrilir".

STRATEJİ RİSK

Saday Əlverdiyev qeyd edib ki, əgər məhsul portfeldə yox idisə və hadisə əsasında xüsusi olaraq formalaşdırılıbsa, bu artıq fürsətçi və sırf kommersiya yönümlü yanaşma kimi görünə bilər. Bu isə strateji risk yaradır. 

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 В Барде 79-летний мужчина утонул в канале 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Где Хаменеи? — ЦРУ и МОССАД напали на след верховного лидера 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Имеется ли азербайджанский след в торговле почками? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Добавьте эти 6 продуктов в свой рацион, чтобы защитить кости после 50 лет 10:13 Арабские беженцы облюбовали Испанию — тысячи людей в один момент пересекли границу 10:17 Азербайджанская нефть подорожала 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Все новости