Afrikada yeni İsrail qurulur - Polislər elə seçilir ki, əhalidən fərqlənməsin

Afrikada yeni İsrail qurulur  - Polislər elə seçilir ki, əhalidən fərqlənməsin
22.06.2026 19:50

İsrail özünü müstəqil elan etmiş Somalilend regionunu tanıdıqdan qısa müddət sonra bölgəyə təxminən 50 hərbi qulluqçu göndərib.

TodayPress TV xəbər verir ki, bu barədə Somalinin "Hiiraan Online" portalı ölkə rəsmisinə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətinin sözlərinə görə, bu məlumatlar Somalinin kəşfiyyat hesabatlarında yer alıb. Mənbə iddia edir ki, Somalilendə göndərilmək üçün əsasən Afrika mənşəli, xüsusən də efiopiyalı hərbçilər seçilib ki, onlar diqqət cəlb etməsinlər və yerli sakinlər arasında seçilməsinlər.

Bundan əvvəl, "Reuters" agentliyi Somalilendin müdafiə naziri Məhəmməd Yusif Əliyə istinadən məlumat yaymışdı ki, İsrailin regionda hərbi bazaları yoxdur, lakin yerli polis əməkdaşlarının və hərbi qulluqçuların hazırlanmasında köməklik göstərir. Nazir həmin vaxt İsrail hərbi bazasının yaradılması ilə bağlı danışıqlar aparılması barədə xəbərləri şayiə adlandırmışdı.

Qeyd edək ki, Ədən körfəzi sahilində yerləşən Somalilend 1991-ci ildə birtərəfli qaydada Somalidən müstəqilliyini elan edib. BMT və ölkələrin mütləq əksəriyyəti bu ərazini Somalinin tərkib hissəsi kimi nəzərdən keçirməkdə davam edir.

2025-ci il dekabrın 26-da İsrailin Baş naziri Benyamin Netanyahu Somalilendin müstəqil və suveren dövlət kimi tanındığını elan edib.

Hazırda İsrail Somalilendin dövlət müstəqilliyini tanıyan yeganə BMT üzvü olan ölkədir.

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
23 июня 2026
Uimbldon çempionu uzun müddətə diskvalifikasiya olundu 22:49 Taekvondoçularımız beynəlxalq çempionatda 3 medal qazandılar 23:32 Livanda dağıdılan evlərin sayı AÇIQLANDI 22:20 Enişdən sonra gözlənilməz hadisə: Təyyarənin təkəri partladı 22:17 DÇ-2026: Messi dubl edib, Argentina Avstriya üzərində qələbə qazandı 23:09 6 milyarddan 120 milyarda: Beynəlxalq banklarda bloklanan İran pullarını kim xərcləyəcək? 23:01 Messi Klozeni geridə qoydu, yeni dünya rekordu qırdı 22:12 Repititorluğu ləğv etmək mümkün deyil - Emin Əmrullayev 21:56 Qalıq yanacaq dövrü bitir? - İranla bağlı enerji gərginliyi elektrikləşməni sürətləndirir 22:19 Ərdoğan ilə Pezeşkian ABŞ-İran razılaşmasını müzakirə etdilər - YENİLƏNİB 20:57 Azərbaycanla Mərakeş arasında münasibətlər müzakirə edildi 21:53 Türkiyə vətəndaşlarının yaralandığı hücumun pərdəarxası: Kiyev səfirliyi və Odessa konsulluğu hərəkətə keçdi 21:57 Sahibə Qafarova BƏƏ-nin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşdü 20:53 Messi öz rekordunu yenilədi 21:36 Azərbaycan üzərindən Ermənistana gübrə tranziti həyata keçiriləcək 21:41 Sabah bu ərazilərdə işıq kəsiləcək 21:09 Brüsseldən qəfil qərar: və London arasındakı tarixi sammit təxirə salındı 20:34 İran nümayəndə heyəti ikitərəfli əməkdaşlıq üçün Omana getdi 20:28 Bakı sakinlərinin diqqətinə: Paytaxtın bu rayonlarında su məhdudiyyətlə veriləcək 20:39 Pekindən Vaşinqton və Tehrana böyük dəstək: Van Yi sülhün 14 əsas şərtini elan etdi 19:50 Brüsseldən qəti bəyanat: "Biz vasitəçi deyilik, Ukraynanın tərəfindəyik" 19:46 Kəşfiyyat rəsmisi xəbərdarlıq etdi: Rusiyanın mülki gəmiləri hədəf almasının əsl məqsədi... 19:37 Afrikada yeni İsrail qurulur - Polislər elə seçilir ki, əhalidən fərqlənməsin 19:29 İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verildi 19:40 Bəhreyn, Küveyt, BƏƏ... - Rubionun Körfəz səfərində nələr müzakirə ediləcək? 19:26 Все новости