Liv Bona Dea Hospitalı Nigar Köçərlinin iddialarına cavab verdi

Liv Bona Dea Hospitalı Nigar Köçərlinin iddialarına cavab verdi
19.01.2026 14:55

"Son günlər sosial şəbəkələrdə xəstəxanamızla bağlı yayımlanan iddialara cavab olaraq bildiririk ki, məsələ ilk gündən etibarən tərəfimizdən ciddi nəzarətə götürülüb və ətraflı şəkildə araşdırılmağa başlanıb".

Bu barədə TodayPress TV-nin sorğusuna cavab olaraq Liv Bona Dea Hospitalından bildirilib.

Qeyd edilib ki, məsələ ilə bağlı xəstə yaxınları ilə xəstəxananın baş həkimi şəxsən əlaqə saxlayıb, baş vermiş hallar ətraflı müzakirə olunub və bütün suallara aydınlıq gətirilib.

"Xəstə əməliyyatdan sonra oyanma otağında tibbi protokollara tam uyğun şəkildə nəzarət altına alınıb, ilkin mərhələdə müvafiq ağrıkəsici və anestezioloji preparatlar tətbiq edilib. Anesteziya təsiri altında olan xəstəmizin fiziki müayinəsi və ağrı kontrolu aparıldıqdan sonra əsas müalicə həkimi ilə müzakirə edilib, klinik vəziyyətinə uyğun olaraq epidural kateter tətbiq olunub. Həyata keçirilən tibbi müdaxilələr və əməliyyatın uğurla tamamlanması barədə müalicə həkimi tərəfindən xəstəmizin həyat yoldaşına da ətraflı məlumat verilib.

Xəstə anatomiyası və icra olunan əməliyyatın növü ağrı kontrolu prosesinin müddətinə birbaşa təsir edir. Bu səbəbdən sözügedən xəstəmizin ümumi əməliyyatxanadan yatış otağına köçürülməsi prosesi gözləniləndən daha uzun zaman alıb.

Xəstə əməliyyatdan çıxdığı gün Anesteziologiya şöbəsinin rəhbəri tərəfindən yatış otağında müayinə edilib və ağrısının azaldığı müşahidə olunub. Növbəti gün aparılan müayinədə isə xəstənin komfortunun qorunması məqsədilə epidural kateterin xəstəxanadan çıxışına qədər saxlanılması barədə qərar verilib.

Eyni zamanda xəstəmiz yatış otağında olduğu müddətdə məmnuniyyət şöbəmiz və baş tibb bacısı tərəfindən ziyarət edilib, şikayətləri dinlənilib və dərhal araşdırmalara başlanıb. Xəstəmiz sağalaraq evə buraxıldıqdan sonra aparılan araşdırmaların nəticələri də baş həkimimiz tərəfindən həyat yoldaşına telefon vasitəsilə çatdırılıb".

Xəstəxanadan vurğulanıb ki, sosial şəbəkələrdə səsləndirilən iddialar və şikayətlər məyusedici olsa da, xəstənin sağlamlığına qovuşaraq evinə yola salınması ən böyük məmnunluq və xoşbəxtlikdir.

"Xəstəxanamızın imicinə zərər vurmağa yönəlmiş qeyri-etik yanaşmaları qətiyyən qəbul etmirik. Bildiririk ki, iddialar rəsmi şəkildə hüquqi müstəvidə təqdim ediləcəyi təqdirdə, müvafiq qurumlara tibbi qeydləri və bütün xəstələrimizin məxfiliyini qorumaq şərti ilə mövcud kamera qeydlərini təqdim etməyə tam hazırıq".

Qeyd edək ki, “Əli və Nino” şəbəkəsinin sahibi Nigar Köçərli yanvarın 14-də “Liv Bona Dea” xəstəxanasında planlı ginekoloji əməliyyat zamanı və sonrasında ciddi laqeydlik və qeyri-insani rəftarla üzləşdiyini bildirib. Əməliyyatdan sonra dözülməz ağrılara baxmayaraq, uzun müddət ona yardım göstərilməyib, əlavə anesteziya üçün isə ödəniş tələb olunub. O bildirib ki, proses gözləniləndən xeyli uzun çəkib, bu barədə həyat yoldaşı, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğluna heç bir məlumat verilməyib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər