WUF13 çərçivəsində "yüksək səviyyəli enerji və şəhərsalma" dialoqu keçirildi

WUF13 çərçivəsində "yüksək səviyyəli enerji və şəhərsalma" dialoqu keçirildi
19.05.2026 23:11 Xarici siyasət

Bakı şəhərində təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Azərbaycan Pavilyonu 19 may 2026-cı il tarixində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının “D-8 regionunda dayanıqlı şəhərlərin enerji təchizatı: Enerji keçidlərinin şəhərsalma gündəlikləri ilə uyğunlaşdırılması” mövzusuna həsr olunmuş yüksək səviyyəli enerji və şəhərsalma dialoquna ev sahibliyi edib.

TodayPress TV xəbər verir ki, tədbirdə D-8 təşkilatına üzv olan bütün səkkiz ölkədən nazirlər, nazir müavinləri, yüksək səviyyəli dövlət rəsmiləri, şəhər merləri, beynəlxalq ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Bu, Afrika, Asiya və Latın Amerikası ölkələrində (Qlobal Cənub) urbanizasiya, iqlim dəyişməsi, enerji təchizatı və dayanıqlı inkişaf çağırışlarına koordinasiyalı cavab tədbirlərinin təşviqi üçün təşkilatın platforma kimi artan rolunu bir daha nümayiş etdirib.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna uyğun olaraq, sözügedən dialoq 2025-ci ildə Bakıda D-8 Həftəsi çərçivəsində təşkil olunan D-8 təşkilatının yüksək səviyyəli iqlim və şəhərsalma dialoqunun davamı olmuşdur. Tədbir həmçinin D-8 təşkilatının 2020-2030-cu illəri ehtiva edən Onillik yol xəritəsinin prioritetlərinə uyğun olaraq dayanıqlı urbanizasiya, enerji keçidi, iqlimədavamlılıq və inklüziv iqtisadi inkişaf sahələrində D-8 təşkilatına üzv olan dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi üzrə daha geniş səylərin tərkib hissəsini təşkil edib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Sohail Mahmud, Pakistan İslam Respublikasının iqlim dəyişmələri və ətraf mühitin koordinasiyası üzrə federal naziri d-r Musadik Masud Malik, eləcə də “PETRONAS” şirkətinin əmlak məsələləri üzrə müşaviri və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) sabiq icraçı direktoru Maymuna Mohd Şarif açılış nitqi ilə çıxış ediblər.

Çıxış zamanı spikerlər şəhərsalma, enerji sistemləri və iqlimədavamlılıq arasında artan qarşılıqlı asılılığı vurğulayaraq əlçatan, etibarlı və dayanıqlı enerjinin iqlimədavamlı şəhərlər, inklüziv inkişaf, layiqli mənzil təminatı və uzunmüddətli sosial-iqtisadi sabitlik üçün vacib şərtə çevrildiyini bildiriblər.

Müzakirələr zamanı bərpa olunan enerjinin tətbiqi, aşağı enerji sərfiyyatına malik binalar, dayanıqlı mobillik sistemləri, iqlimədavamlı şəhər infrastrukturu, ağıllı texnologiyalar və D-8 regionunda sürətlə artan şəhər əhalisini təmin edə biləcək innovativ maliyyələşdirmə mexanizmləri də daxil olmaqla, inteqrasiya olunmuş və proqressiv şəhər enerji siyasətlərinin əhəmiyyəti xüsusi ilə qeyd olunub.

Spikerlər həmçinin vurğulayıblar ki, D-8 regionu təxminən 1,25 milyard insanı, yəni bütün dünya üzrə müsəlman əhalinin təxminən 60%-ni əhatə edir və təxminən 5 trilyon ABŞ dolları həcmində ümumi iqtisadi potensiala malikdir. Bu isə təşkilatı “Cənub-Cənub” əməkdaşlığının gücləndirilməsi, dayanıqlı inkişafın təşviqi və inkişaf etməkdə olan ölkə iqtisadiyyatları arasında ümumi rifahın artırılması baxımından getdikcə daha mühüm platformaya çevirir.

İştirakçılar həmçinin investisiyaların səfərbər edilməsi, innovasiyaların təşviqi və iqlimə həssas, insan mərkəzli şəhərsalma siyasətlərinin daha operativ icrası üçün beynəlxalq təşkilatlar, layihələrin reallaşdırılması üzrə tərəfdaşlar, maliyyə institutları, özəl sektor, akademik dairələr və yerli icmalarla əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Çıxışçılar həmçinin bildiriblər ki, 2025-ci ildə keçirilmiş D-8 Həftəsi, COP29 ilə bağlı təşəbbüslər, D-8 təşkilatının 2020-2030-cu illəri ehtiva edən Onillik yol xəritəsinin hədəfləri və 2030-cu il üçün Dayanıqlı İnkişaf Gündəliyi arasında, eləcə də Paris Sazişi və Yeni Şəhərsalma Gündəliyinin icrası da daxil olmaqla, daha geniş qlobal dayanıqlı inkişaf prosesləri arasında davamlılığın təmin edilməsi mühüm əhəmiyyət kəsb edir.

Panel müzakirələri əsnasında Azərbaycan, Pakistan, Türkiyə, İran, Nigeriya, Banqladeş, Malayziya və İndoneziyadan olan yüksək səviyyəli nümayəndələr, eləcə də tədbirdə iştirak edən beynəlxalq qurum və təşkilatların təmsilçiləri çıxış edərək şəhərsalma üçün kompleks enerji həlləri, iqlimədavamlılıq, dayanıqlı urbanizasiya siyasətləri və icra yönümlü tərəfdaşlıq əlaqələri barədə fikir və qabaqcıl təcrübə mübadiləsi aparıblar.

Bununla yanaşı, enerji keçidi, dayanıqlı bağlantılar və iqlimədavamlı şəhərsalma sahələrində D-8 təşkilatına üzv olan dövlətlər arasında praktiki əməkdaşlığın dəstəklənməsi üzrə institusional əməkdaşlıq, bilik mübadiləsi, texnologiya transferi və regional koordinasiya mexanizmlərinin əhəmiyyəti xüsusi olaraq vurğulanıb.

2025-ci ildə Azərbaycan Respublikası D-8 təşkilatına qoşulduqdan sonra D-8 çərçivəsində praktiki əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra təşəbbüslərlə çıxış edib. Bunlara Bakıda D-8 Enerji və İqlim Mərkəzinin, D-8 Nəqliyyat Mükəmməllik Mərkəzinin və D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması ilə bağlı təkliflər daxildir. Bu təşəbbüslərin dayanıqlı enerji, nəqliyyat bağlantıları, logistika, innovasiya, iqlimədavamlılıq və informasiya mübadiləsi sahələrində regional əməkdaşlığa töhfə verməsi nəzərdə tutulur.

Dialoq D-8 regionunda iqlimədavamlı, inklüziv, enerji baxımından rasional və dayanıqlı şəhərləri dəstəkləyən müzakirələrin konkret tərəfdaşlıq münasibətlərinə və praktiki təşəbbüslərə çevrilməsi üçün D-8 təşkilatına üzv olan dövlətlər və müvafiq maraqlı tərəflər arasında əməkdaşlığın gücləndirilməsi və davamlı qarşılıqlı fəaliyyət çağırışları ilə yekunlaşıb.

TodayPress TV

PHOTOS

WUF13 çərçivəsində "yüksək səviyyəli enerji və şəhərsalma" dialoqu keçirildi — 1
WUF13 çərçivəsində "yüksək səviyyəli enerji və şəhərsalma" dialoqu keçirildi — 2
WUF13 çərçivəsində "yüksək səviyyəli enerji və şəhərsalma" dialoqu keçirildi — 3
WUF13 çərçivəsində "yüksək səviyyəli enerji və şəhərsalma" dialoqu keçirildi — 4
NEWS FEED
31 JULY 2026
“Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 All News