WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 NGO Forum" keçirildi

WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 NGO Forum" keçirildi
19.05.2026 20:00 Xarici siyasət

Azərbaycanın QHT Agentliyinin təşkilatçılığı və 116 ölkədən QHT-ləri birləşdirən "Global South NGO Platform"un (GSNP) tərəfdaşlığı ilə WUF tarixində ilk dəfə "WUF13 NGO Forum" keçirilib.

TodayPress TV "Report"a istinadən xəbər verir ki, "WUF13 NGO Forum"un açılış mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax bəyan edib ki, bu Forum WUF üçün tarixi hadisədir. O, vətəndaş cəmiyyətinin şəhərsalma məsələlərində, qərar qəbulu prosesində mühüm önəmini qeyd edib.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında əməkdaşlığı təşviq etmək, effektiv dialoqu inkişaf etdirmək üçün vacib platformaya çevrildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, vətəndaş cəmiyyəti Qlobal Cənub və Qlobal Şimal arasında etimad quruculuğu işinə əlavə impuls verir. H.Hacıyev buna parlaq misal kimi Bakıda bir neçə gün öncə GSNP-nin Baş Assambleyasının keçirildiyini xatırladıb. Azərbaycan Prezidentinin köməkçisi Qarabağ və Şərqi Zəngəzurda mina ilə çirklənmiş, urbisid törədilmiş ərazilərdə yeni şəhərlər salındığını, həyatın yenidən dirçəldiyini vurğulayıb, Azərbaycanın öz təcrübəsini xarici tərəfdaşlarla bölüşməyə hazır olduğunu qeyd edib.

"UN-Habitat"ın sabiq icraçı direktoru Maymuna Mohd Şarif şəhərlərin gələcəyinin yalnız hökumətlər tərəfindən deyil, yerli icmalar və vətəndaş cəmiyyətinin iştirakı ilə formalaşdırılmalı olduğunu bildirib. O, QHT-lərə müraciət edərək "qlobal düşün, lokal fəaliyyət göstər və lokal tətbiq et" prinsipinin əhəmiyyətini vurğulayıb. Maymuna Mohd Şarif Azərbaycanda yüzlərlə yerli və xarici QHT-lərin bir araya gələrək şəhərsalma mövzularına maraq göstərməsini yüksək qiymətləndirib.

BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (The United Nations Office for South-South Cooperation (UNOSSC) direktoru Dima Al-Khatib "Global South NGO Platform"u fantastik layihə adlandırıb və bu platformanın Bakıda təsis olunmasına görə Azərbaycanı təbrik edib. O, GSNP-in tərəfdaşlığı ilə keçirilən bu forumda mühüm mövzuların müzakirə edildiyini bildirib. Dima Al-Khatib qeyd edib ki, dünya əhalisinin artıq yarıdan çoxu şəhərlərdə yaşayır və 2050-ci ilə qədər bu rəqəm 70%-ə çatacaq. Onun sözlərinə görə, Qlobal Cənubda şəhərlər iqlim dəyişmələri, su böhranı, miqrasiya, mənzil çatışmazlığı və infrastruktur boşluqları ilə əlaqədar təzyiqlərlə getdikcə daha çox üzləşirlər.

WUF13 Təşkilat Komitəsinin üzvü, Azərbaycanın QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva bildirib ki, təmsil etdiyi qurum yerli və xarici QHT-lər arasında sağlam münasibətlərin formalaşmasına, o cümlədən şəhərsalma istiqaməti üzrə əlaqələrin inkişafına bundan sonra da töhfə verəcək.

"UN-Habitat"ın İdarə Heyətinin sabiq katibi Kristian Mensah GSNP-ni WUF13-də yerli və xarici QHT-lər üçün vətəndaş cəmiyyəti habı yaratması münasibətilə təbrik edib. O, bildirib ki, hazırkı mürəkkəb beynəlxalq şəraitdə "Bandunq prinsipləri" yenidən aktuallıq qazanır və bu tədbir həmin prinsiplərin əməkdaşlıq və çoxtərəfli tərəfdaşlıq müstəvisində tətbiqinin real təzahürüdür.

GSNP Baş katibinin Latın Amerikası regionu üzrə müavini, Ekvadorun sabiq xarici işlər naziri Luis Gallegos vurğulayıb ki, qlobal tərəfdaşlıq yalnız dövlətlərlə məhdudlaşmır, beynəlxalq təşkilatlar, özəl sektor, QHT-lər, yerli icmalar, akademik dairələr və digər maraqlı tərəflər də bu prosesdə iştirak etməlidir.

Açılış mərasimindən sonra "Davamlı və inklüziv şəhər inkişafı" mövzusunda panel müzakirəsi aparılıb. Azərbaycan parlamentinin üzvü Nigar Arpadarainin moderatorluğu ilə keçirilən paneldə Keniyanın "TUBAE" və "CgoK" təşkilatlarının nümayəndəsi Eliud Emeri, Omanın "Gələcək Şəhərlərin Qadınları" təşkilatının sədri, futuroloq və ağıllı şəhərlər üzrə ekspert Laila Al Hadrami, Mərkəzi Afrika Respublikasının "PEP Africa"nın (Pan-African Empowerment Platform) sədri Melvine Wajiri Lynve, GSNP baş katibi Fuad Kərimli, BMT-nin Könüllülər Proqramının Avropa və Mərkəzi Asiya üzrə regional koordinatoru Zarina Mirabdullayeva spikerlər qismində çıxışlar edib. Müzakirələrdə WUF13-də təmsil olunan yerli və xarici QHT-lərin GSNP-nin Urban qanadını formalaşdırması təklif olunub.

"WUF13 NGO Forum"da 800-ə yaxın xarici və yerli QHT təmsilçiləri iştirak edib.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 All News