Norveçdə Zəfərin beşinci ili qeyd olundu

Norveçdə Zəfərin beşinci ili qeyd olundu
08.11.2025 00:15 Xarici siyasət

Norveçin paytaxtı Osloda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin və Oslo Azərbaycan Evinin dəstəyi və təşkilatçılığı ilə "Şanlı Zəfər" adlı tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycanın Norveçdəki səfirliyindən bildirilib.

Əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, eləcə də Şanlı Zəfərimizə həsr edilmiş videoçarx göstərilib.

Oslo Azərbaycan Evinin rəhbəri Ramil Əliyev çıxış edərək 8 Noyabr – Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətindən danışaraq bu günün xalqımız və dövlətimiz üçün böyük qürur mənbəyi olduğunu vurğulayıb.

Tədbirdə Əməkdar artistlər Elçin Abbasov (tar) və Toğrul Əsədullayev (kamança), operanın solisti Orxan Cəlilov, VII Muğam Televiziya Müsabiqəsinin laureatı xanəndə Rəvan Qaçayev, eləcə də rəqqas Firuz Əliyev və rəqqasə Cəmilə Listkova çıxış ediblər.

Orxan Cəlilovun xalq, türk və estrada, Rəvan Qaçayevin muğam, aşıq və estrada janrlarını birləşdirən ifaları xüsusi maraqla qarşılanıb. İncəsənət ustalarının Zəfər ruhunu əks etdirən çıxışları zalda coşqu yaradıb. Milli musiqilərimizin sədaları altında iştirakçıların rəqsləri tədbirə daha da xoş ovqat bəxş edib.

Norveç Azərbaycanlıları Gənclər Təşkilatının fəal üzvlərindən Arvin Balanjinin pianoda ifası alqışlarla qarşılanıb.

Teleaparıcı, Əməkdar artist Dilarə Əliyeva Zəfərimizə həsr etdiyi monoloqla tədbirə xüsusi rəng qatıb.

Milli geyimdə səhnəyə çıxan rəqqasların çıxışı, geyimlərin gözəlliyi, zərifliyi və rəngarəngliyi konsert iştirakçılarında böyük maraq doğurub.

Tədbir çərçivəsində rəssam Nərminə Vəliyevanın "Güclü ruhlara ithaf – Qarabağ kolleksiyası" adlı sərgisi nümayiş olunub.

Dostluq, qürur və vətənpərvərlik ruhu ilə yekunlaşan tədbirin sonunda iştirakçılar milli şirniyyatlarımıza qonaq ediliblər.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 “Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 All News