Litvanın Baş naziri Heydər Əliyev Mərkəzində oldu

Litvanın Baş naziri Heydər Əliyev Mərkəzində oldu
10.04.2026 17:50 Xarici siyasət

Litvanın Baş naziri İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub.

TodayPress TV xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov qonağa dünya memarlığının nadir incilərindən sayılan Mərkəzin binası haqqında məlumat verib. Qeyd olunub ki, Heydər Əliyev Mərkəzinin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.

Buradakı Heydər Əliyev Muzeyində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur.

Baş nazir İnqa Ruqiniene əvvəlcə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə - 1969-cu ildən 2003-cü ilə qədər rəsmi istifadəsində olan avtomobillərə baxıb.

Ümummilli Liderin həm sovet hakimiyyəti, həm də müstəqillik illərində fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlar, fotoşəkillər və multimedia zalı qonaqda böyük maraq doğurub.

"Azərbaycan inciləri" sərgisi ilə də tanış olan İnqa Ruqinieneyə bu sərgidə Azərbaycanın tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatlar nümayiş etdirildiyi bildirilib. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələrinin sərgiləndiyi, qədim çalğı alətlərimizin orijinal şəkildə - səsli formada təqdim olunduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

Daha sonra qonaq "Kukla incəsənətdə" sərgisi ilə tanış olub. Bildirilib ki, sərgidə çini, kağız, plastik, taxta və parçadan hazırlanan ənənəvi kuklalarla yanaşı, müasir texnologiyalardan istifadə olunaraq yaradılan modern kuklalar da mövcuddur.

"Musiqi alətləri: Birlik və müxtəliflik" sərgisi ilə tanışlıqdan sonra İnqa Ruqiniene Azərbaycan xalçalarından ibarət "İlmələrin rəqsi" sərgisinə baxış keçirib.

"Klassik avtomobillər sərgisi" ilə də tanış olan Baş nazir daha sonra xatirə kitabına ürək sözlərini yazıb.

Sonda Litvanın Baş nazirinə xatirə hədiyyəsi təqdim edilib, o, Mərkəzdən xoş təəssüratla ayrılıb.

TodayPress TV

PHOTOS

Litvanın Baş naziri Heydər Əliyev Mərkəzində oldu — 1
Litvanın Baş naziri Heydər Əliyev Mərkəzində oldu — 2
Litvanın Baş naziri Heydər Əliyev Mərkəzində oldu — 3
NEWS FEED
15 JUNE 2026
"Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 All News