Leyla Əliyeva bir sıra sosial və mədəni obyektlərlə tanış oldu

Leyla Əliyeva bir sıra sosial və mədəni obyektlərlə tanış oldu
19.01.2026 16:08 Xarici siyasət

Leyla Əliyeva Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub.

TodayPress TV xəbər verir ki, Leyla Əliyeva əvvəlcə Berhan Gözdən Əlillər üçün İnternat Məktəbini ziyarət edib.

Efiopiyanın birinci xanımı Zinaş Tayaçevin təşəbbüsü və himayəsi ilə inşa olunan məktəb ölkənin bütün bölgələrindən seçilmiş 9-cu sinifdən 12-ci sinfə qədər gözdən əlilliyi olan və görmə məhdudiyyətli 300-dən çox şagirdə xidmət göstərir. Məktəb milli tədris proqramını şagirdlərinin ehtiyaclarına uyğunlaşdıraraq Brayl əlifbasından, audioresurslar və kompüter ekran oxuyucusu texnologiyasından istifadə edir. Əsas akademik fənlərlə yanaşı, şagirdlər Brayl əlifbasını, orientasiya və hərəkətlilik, həyat bacarıqları və musiqi, əl işləri, kompüter istifadəsi üzrə təlimlər keçirlər. Akademik öyrənməni praktiki bacarıqlarla birləşdirərək, Berhan Gözdən Əlillər üçün İnternat Məktəbi şagirdləri ali təhsildə uğur qazanmağa və cəmiyyətdə müstəqil, məhsuldar həyata hazırlaşmağa imkan verir.

X X X

Sonra Leyla Əliyeva "Lenegewa" Qadınların Reabilitasiya və Bacarıqların İnkişafı Mərkəzində olub.

Bildirilib ki, Əddis-Əbəbə şəhərinin meri xanım Adaneç Abiebenin təşəbbüsü ilə tikilən mərkəzin fəaliyyəti səfil həyatı ilə üzləşən və insan alverinin qurbanı olan minə yaxın qadının həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. Kompleks yanaşma prinsipi ilə fəaliyyət göstərən mərkəz 13 binadan ibarətdir. Buraya müasir sinif otaqları, yataqxanalar, peşə təlimi mərkəzləri, emalatxanalar, həmçinin psixoloji və tibbi yardım şöbələri daxildir.

Bildirilib ki, müəssisəyə qəbul edilən həssas təbəqədən olan qadınlar gələcəkdə işə düzəlmək üçün zəruri bacarıqlarla təmin edən 3–6 aylıq intensiv təlim proqramlarına cəlb olunurlar.

Onların potensialını maksimum səviyyədə istifadə etmək üçün kompüter savadlılığı, tekstil və tikiş, elektronika, gözəllik xidmətləri, tədbirlərin təşkili üçün qida xidmətləri və digər istiqamətlər üzrə kurslar təklif olunur.

X X X

Leyla Əliyeva həmçinin Efiopiyanın Milli Sarayı ilə tanış olub.

Saray bu ölkənin monarxlarının mirasını və xalqın sarsılmaz ruhunu təcəssüm etdirir. Sarayın tarixi, əsrlər boyu ölkəni formalaşdıran hakimiyyət, ənənə və müasirlik hekayələri ilə sıx bağlıdır. 1955-ci ildə imperator Hayle Selassienin gümüş yubileyini qeyd etmək üçün inşa edilən saray, ona həyat yoldaşı Menen Asfav tərəfindən hədiyyə edilib. İtalyan memar Raffaele Petrone tərəfindən layihələndirilən bina, yerli memarlıq motivlərini beynəlxalq üslublarla birləşdirərək ölkənin mədəni müxtəlifliyini və qlobal əlaqələrini əks etdirir.

Muzeydə imperatorun zəngin avtomobil kolleksiyası, həmçinin fəvvarələr, heykəllər və sıx yaşıllıqlarla bəzədilmiş saray kompleksi nümayiş etdirilir.

TodayPress TV

PHOTOS

Leyla Əliyeva bir sıra sosial və mədəni obyektlərlə tanış oldu — 1
Leyla Əliyeva bir sıra sosial və mədəni obyektlərlə tanış oldu — 2
Leyla Əliyeva bir sıra sosial və mədəni obyektlərlə tanış oldu — 3
Leyla Əliyeva bir sıra sosial və mədəni obyektlərlə tanış oldu — 4
Leyla Əliyeva bir sıra sosial və mədəni obyektlərlə tanış oldu — 5
Leyla Əliyeva bir sıra sosial və mədəni obyektlərlə tanış oldu — 6
Leyla Əliyeva bir sıra sosial və mədəni obyektlərlə tanış oldu — 7
Leyla Əliyeva bir sıra sosial və mədəni obyektlərlə tanış oldu — 8
Leyla Əliyeva bir sıra sosial və mədəni obyektlərlə tanış oldu — 9
NEWS FEED
16 JUNE 2026
DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 All News