Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ

Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdilər - YENİLƏNDİ
02.06.2026 20:20 Xarici siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla kanadalı həmkarı Anita Anand arasında telefon danışığı aparılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Telefon danışığı zamanı nazirlər Azərbaycan-Kanada münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

A. Anand Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə təbriklərini çatdıraraq, Kanada tərəfinin Azərbaycan ilə münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

C. Bayramov təbrikə görə təşəkkürünü bildirərək, iki ölkə arasında siyasi dialoqun və müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialı qeyd edib.

Telefon danışığı zamanı yaşıl keçid, bərpa olunan enerji, informasiya-kommunikasiya texnologiyaları (İKT), enerji təhlükəsizliyi və digər qarşılıqlı maraq doğuran istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi imkanlarının nəzərdən keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Bununla yanaşı, regionda mövcud vəziyyət, münaqişədən sonrakı dövrün reallıqları, eləcə də Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə olunub. C. Bayramov keçmiş münaqişənin tarixi, Azərbaycanın üzləşdiyi işğal və onun nəticələri barədə məlumat verib, hazırda regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində həyata keçirilən səylərdən bəhs edib.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

xxx

Kanadanın xarici işlər naziri Anita Anand ilə azərbaycanlı həmkarı Ceyhun Bayramov Kanada–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi barədə danışıqlar aparıb.

TodayPress TV xəbər verir ki, bu barədə Anand "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Bu səhər mən Azərbaycanın xarici işlər naziri C. Bayramov ilə Kanada–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi barədə danışdım", - deyə o yazıb.

Kanadanın XİN rəhbəri bildirib ki, Cənubi Qafqazdakı proseslər və həll olunmamış məsələlərin nizamlanması da daxil olmaqla, davamlı və uzunmüddətli sülhün əhəmiyyəti müzakirə edilib.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
"Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bütün Xəbərlər