İsraillə qarşılıqlı investisiyaların həcmi açıqlandı

İsraillə qarşılıqlı investisiyaların həcmi açıqlandı
26.01.2026 16:03 Xarici siyasət

“Azərbaycan ilə İsrail arasında əməkdaşlıq investisiyaların təşviqi və qarşılıqlı qorunması, eləcə də ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərlə dəstəklənir”. 

TodayPress TV xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan–İsrail Biznes Forumunda çıxışı zamanı səsləndirib.

Nazirin sözlərinə görə, bu sənədlər biznes əlaqələrinin genişləndirilməsi üçün möhkəm hüquqi baza formalaşdırır. 

“Hazırda Azərbaycanda İsrail investisiyalı 130 qeyri-kommersiya qurumu fəaliyyət göstərir. Ölkələrin iqtisadiyyatları arasında qarşılıqlı investisiyaların ümumi həcmi isə təxminən 600 milyon ABŞ dolları təşkil edir”.   

Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycan və İsrail güclü və praqmatik tərəfdaşlıq modeli quraraq müxtəlif sahələr üzrə real və ölçülə bilən əməkdaşlıq nəticələri əldə ediblər. Bunun bariz nümunəsi Azərbaycan İnvestisiya Şirkəti (hazırda Azərbaycan İnvestisiya İnkişaf Fondu kimi fəaliyyət göstərir) ilə İsrailin “OurCrowd” şirkəti arasında imzalanmış və uğurla icra olunan strateji əməkdaşlıq sazişidir.  

Bildirilib ki, bu əməkdaşlıq çərçivəsində Azərbaycan tərəfi investisiyalar həyata keçirərək enerji, səhiyyə, kibertəhlükəsizlik, kənd təsərrüfatı və təhsil texnologiyaları sahələrində texnoloji və biznes əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirib.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
05 AUGUST 2026
Zelenskinin vəzifədən azad etdiyi Ukraynalı diplomata YENİ İTTİHAM 23:07 Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub oldu 21:13 Omanla danışıqlar yekunlaşır! - Qəribabadi AÇIQLADI 23:03 Ebola epidemiyası 2 dəfə sürətlə yayılır! - ÜST rəhbərindən XƏBƏRDARLIQ 22:51 Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi bu imiş 22:40 Bakıda məscid ərazisində baş verən yanğın söndürüldü - YENİLƏNİB 21:54 "Nə lazımdırsa edəcəyik!" - Netanyahu nə planlaşdırır? 22:21 Rutte Ukrayna üçün raket axtarışını SÜRƏTLƏNDİRİR - Müttəfiqlər ayağa qaldırıldı 22:09 İran XİN: ABŞ-dən mesajlar almışıq! 21:57 FIFA-da qalmaqal: Final kimə və nə qarşılığında verilir? 21:40 Hakan Fidan: “İsrailin sülh niyyəti yoxdur!” 21:27 Qəzzada müharibə dayanmayacaq? İsrail AÇIQLADI 21:19 Məhkəmə MN-in sabiq rəisi ilə bağlı qərarını belə dəyişdi 21:07 Gürcüstan yenə “qaranlığa qərq oldu” - Sabotaj araşdırması başlanıldı 20:51 TRIPP-in “taleyi” bu tarixdə bəlli olacaq - Ermənistan Məhkəməsi qərar verəcək 20:44 “Orhus” - “Sabah” oyununun vaxtı dəyişdirildi 20:31 ABŞ “dənizin altına” sərmayə qoydu: 76,6 milyard dollar 20:24 Kanala girən 14 yaşlı oğlandan xəbər yoxdur - Fövqəladə Hallar hərəkətə keçdi 20:10 Türkiyə mediası Hacıyevin fikirlərini təhrif etdi - FOTO 19:56 Gürcüstanda universitetlər pulsuz olacaq, amma bir şərtlə! 19:51 İran və Oman Hörmüzü “qorumağa” hazırlaşır: ABŞ də siyahıdadır 19:31 Azərbaycan Mərakeşdə xüsusi status qazandı - “Fəxri ölkə” 19:23 Ben-Qvir vəzifəsini itirəcək? Netanyahu açıqlama verdi 19:17 Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR! 19:05 Moldovada kritik vəziyyət: Ölkə su ehtiyatlarını işə saldı 18:52 All News