Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR!

Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR!
05.08.2026 19:05 Cəmiyyət

Bakı metrosunda həyata keçirilən yeni layihələr tıxacları azaldacaq, sərnişin axınını rahatlaşdıracaq.

TodayPress TV "Report"a istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda Bakı Metropoliteni hər iki xətt ("Yaşıl" və "Qırmızı") üzrə 3 dəqiqə 30 saniyədən az interval təmin edə bilmir:

"Lakin layihələr başa çatdıqdan sonra qatarlararası maksimal interval 2 dəqiqəyə enəcək. Digər istiqamətlərdə isə ehtiyat qatarlar nəzərdə tutulacaq və sərnişin axınının tənzimlənməsi daha səmərəli təşkil ediləcək".

B.Məmmədov bildirib ki, layihənin əsas üstünlüklərindən biri xətlərin müstəqil fəaliyyət göstərəcək olmasıdır: "Bu halda bir xətdə baş verən nasazlıq və ya digər hadisə artıq digər xətlərin işinə təsir etməyəcək. Məsələn, "Qırmızı xət"də problem yaranarsa, "Yaşıl" və "Bənövşəyi" xətlər normal rejimdə fəaliyyətini davam etdirəcək".

Onun sözlərinə görə, dövlət proqramına uyğun olaraq qarşıdakı illərdə 10 yeni stansiyanın tikintisi sərnişindaşıma imkanlarını artıracaq, şəhər mərkəzinə yönələn yerüstü nəqliyyatın yükünü azaldacaq, tıxacların qarşısının alınmasına, mobilliyin yüksəldilməsinə və ictimai nəqliyyatın daha səmərəli təşkilinə töhfə verəcək.

Eyni zamanda, "28 May"-"Həzi Aslanov" istiqamətində sərnişin axınlarının qarışmasının qarşısı alınacaq və metropolitenin istismarı daha səmərəli təşkil olunacaq.

B.Məmmədov vurğulayıb ki, hazırda "Həzi Aslanov" istiqamətindən gələn sərnişinlər "28 May" stansiyasında istədikləri marşrut üzrə hərəkət etmək üçün bəzən bir qatarı buraxaraq növbəti qatarı gözləməli olurlar: "Bu isə minmə və düşmə prosesində əlavə sıxlıq yaradır. Lakin layihə başa çatdıqdan sonra sərnişinlər qarşılarına çıxan ilk qatarla rahat şəkildə mənzil başına çata biləcəklər".

Onun sözlərinə görə, layihənin Bakı Metropoliteni üçün əsas əhəmiyyəti sərnişindaşıma imkanlarının artırılması, hərəkətin təhlükəsizliyinin yüksəldilməsi və istismarın daha səmərəli təşkil edilməsidir: "Şəhər baxımından isə layihə ictimai nəqliyyatın fəaliyyətini yaxşılaşdıracaq, fider zonalarında avtobus və taksi marşrutlarının metro ilə inteqrasiyasını gücləndirəcək, mobilliyi artıracaq və Bakıda sürətlə inkişaf edən mikromobillik həllərinin daha da genişlənməsinə şərait yaradacaq".

XƏBƏR LENTİ
05 AVQUST 2026
Türkiyə mediası Hacıyevin fikirlərini təhrif etdi - FOTO 19:56 Gürcüstanda universitetlər pulsuz olacaq, amma bir şərtlə! 19:51 İran və Oman Hörmüzü “qorumağa” hazırlaşır: ABŞ də siyahıdadır 19:31 Azərbaycan Mərakeşdə xüsusi status qazandı - “Fəxri ölkə” 19:23 Ben-Qvir vəzifəsini itirəcək? Netanyahu açıqlama verdi 19:17 Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR! 19:05 Moldovada kritik vəziyyət: Ölkə su ehtiyatlarını işə saldı 18:52 Borcu vardı, amma möhlət də verilmişdi: İranda neft şirkətinin hesabları niyə bağlandı? 18:37 ABŞ geri addım atdı: Sanksiyalar yığışdırıldı 18:22 Bakı metrosunda 10 yeni stansiya: Sərnişinlərə ŞAD XƏBƏR 18:18 Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda tıxac var - SİYAHI 18:11 Uzun fasilə bitdi: Mudrik yenidən yaşıl meydanda! 17:43 Maks Ferstappen komanda rəhbərinə heyranlığını gizlətmədi 17:21 Müharibənin taleyini dəyişdirəcək qərar - Tramp Zelenskini çıxılmaz vəziyyətdə qoydu 17:24 Şirvan kanalı bərpa edildi 17:11 Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 17:03 “Uilyams” çıxış yolunu gələcək mövsümdə axtarır 16:45 İstidə təkcə bədən yox, dişlər də susuz qalır 16:33 Nigar Fərhadın əri həbs edildi 16:26 Yaş artdıqca niyə qida zövqümüz dəyişir? 16:21 Kobaxidze Abxaziya ilə bağlı təşəkkür etdi 16:12 “Hall Siti”dən səs-küylü transfer: “Olimpiakos”un qapıçısı İngiltərəyə yollandı 16:11 U-15 qız millimiz beynəlxalq arenada öz sözünü deməyə hazırdır 15:53 Deputat: "Milli məsələlər heç vaxt şəxsi maraqların alətinə çevrilməməlidir" 15:51 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ 15:39 Bütün Xəbərlər