İlham Əliyev Esvatininin yeni səfirini qəbul etdi - YENİLƏNDİ

İlham Əliyev Esvatininin yeni səfirini qəbul etdi - YENİLƏNDİ
14.04.2026 14:33 Xarici siyasət

Prezident İlham Əliyev aprelin 14-də Esvatini Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Sibusisive Mnqomezulunu qəbul edib.

TodayPress TV xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Səfir Esvatininin Kralı Əlahəzrət III Msvatinin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Esvatini Kralına çatdırmağı xahiş edib.

Dövlət başçısı Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş sammiti zamanı Esvatini Kralının Azərbaycana səfərini məmnunluqla xatırladaraq, onun gələn ay Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun sessiyasında iştirak edəcəyinə ümidvarlığını bildirib.

Prezident İlham Əliyev Azərbaycan ilə Esvatini Krallığı arasında siyasi dialoqun səviyyəsindən məmnunluğunu ifadə edib, digər sahələrdə əməkdaşlığı genişləndirmək üçün yaxşı potensialın olduğunu deyib.

Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyevin Azərbaycana uğurla rəhbərlik etdiyini vurğulayan səfir Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, həmçinin iqtisadi inkişaf sahəsində əldə edilmiş uğurlar ilə bağlı təbriklərini çatdırıb.

O, həmçinin regionda sülhün əldə edilməsində dövlət başçısının diplomatik səylərinə və roluna toxunaraq, bununla bağlı da Prezident İlham Əliyevi təbrik edib.

Səfir ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

O, ölkəsinin Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurasının sədri qismində Afrika qitəsində sülhün təmin olunması istiqamətində ardıcıl səylərini davam etdirdiyini vurğulayıb.

Söhbət zamanı Azərbaycan ilə Esvatininin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi qeyd edilib, energetika, elm, təhsil, humanitar, turizm, ətraf mühitin mühafizəsi, mədəniyyət və digər sahələrdə münasibətlərin qurulması üçün əlverişli imkanların olduğu bildirilib, potensial əməkdaşlıq sahələri ilə bağlı müzakirələrin aparılması üçün müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin önəminə toxunulub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

TodayPress TV

***

12:52

Prezident İlham Əliyev aprelin 14-də Esvatini Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sibusisive Mnqomezulunu qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

PHOTOS

İlham Əliyev Esvatininin yeni səfirini qəbul etdi - YENİLƏNDİ — 1
İlham Əliyev Esvatininin yeni səfirini qəbul etdi - YENİLƏNDİ — 2
İlham Əliyev Esvatininin yeni səfirini qəbul etdi - YENİLƏNDİ — 3
İlham Əliyev Esvatininin yeni səfirini qəbul etdi - YENİLƏNDİ — 4
İlham Əliyev Esvatininin yeni səfirini qəbul etdi - YENİLƏNDİ — 5
İlham Əliyev Esvatininin yeni səfirini qəbul etdi - YENİLƏNDİ — 6
İlham Əliyev Esvatininin yeni səfirini qəbul etdi - YENİLƏNDİ — 7
NEWS FEED
31 JULY 2026
Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 All News