İlham Əliyev: "Ermənistan ərazisindən keçəcək və sonra Orta Dəhlizin daha bir davamına çevriləcək yeni dəmir yolu tikilir"

İlham Əliyev: "Ermənistan ərazisindən keçəcək və sonra Orta Dəhlizin daha bir davamına çevriləcək yeni dəmir yolu tikilir"
09.02.2026 21:08 Xarici siyasət

Ermənistan ərazisindən keçəcək və sonra Orta Dəhlizin daha bir davamına çevriləcək yeni dəmir yolu tikilir.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Dövlət başçısı ölkənin nəqliyyat və logistika infrastrukturunu lazımi səviyyəyə çatdırmaq üçün indiyədək çox işlər görüldüyünü söyləyib:

"Hazırda bizim dəniz limanımızın yükaşırma qabiliyyəti 15 milyon tondur və onun genişləndirilməsi yükaşırma qabiliyyətini 25 milyon tona gətirib çatdıracaq. Dəmir yollarımız müasirləşdirilir. Ermənistan ərazisindən keçəcək və sonra Orta Dəhlizin daha bir davamına çevriləcək yeni dəmir yolu tikilir. Doqquz beynəlxalq hava limanı, regionda ən böyüklərdən biri, bəlkə də ən böyük olan yükdaşıma hava yolu şirkəti - bütün bunlar artıq bir üstünlükdür.

Xüsusilə Azərbaycanla Mərkəzi Asiya, Azərbaycanla Avropa arasında bağlantılara artan marağı da nəzərə alsaq, kəmərlərin inşasında təcrübəmizi diqqətə alsaq, biz bəlkə də ölkələri bir araya gətirən ölkələrdən biriyik və ya yeganə ölkəyik. Kəmər inşa etmək çətindir, məsrəflidir və bizim coğrafiyamızda dağlardan keçib, sonra lazım gələndə dənizin dibi ilə çəkmək həqiqətən də böyük çətinlikdir. Üstəlik, xüsusilə bir neçə ölkədən keçən, Xəzər dənizindən başlayıb İtaliyada bitən, uzunluğu 3500 kilometr olan kəmər inşa edilirsə, hər kəslə əlaqələriniz, yaxşı əlaqələriniz olmalıdır. Bu geniş regionda belə təcrübəyə ancaq biz malikik. İş onda deyil ki, mən Azərbaycan haqqında yaxşı sözlər deyirəm, bu reallıqdır".

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 50 yaşdan sonra sümükləri qorumaq üçün bu 6 qidanı rasionunuza əlavə edin 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Azərbaycan nefti bahalaşdı 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 All News