Hikmət Hacıyev: Azərbaycanın Aİ ilə münasibətlərində böyük potensial var

Hikmət Hacıyev: Azərbaycanın Aİ ilə münasibətlərində böyük potensial var
13.07.2026 19:15 Xarici siyasət

Azərbaycan Avropa İttifaqı (Aİ) və onun üzv dövlətləri ilə əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli potensiala malikdir.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində EUREFLECT-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycanın əsas mesajı ondan ibarətdir ki, ölkə sülh, birgəyaşayış, əməkdaşlıq, tərəfdaşlıq və dostluq məkanıdır.

"Biz bütün avropalı dostlarımızı görməyə şadıq. Aİ eləcə də onun ayrı-ayrı üzv dövlətləri ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri formalaşıb. Bununla yanaşı, Aİ-nin bir çox ölkələri ilə ikitərəfli əlaqələr artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib", - deyə H.Hacıyev bildirib.

O həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolunu qeyd edib. Onun sözlərinə görə, ölkə Aİ üçün enerji resurslarının strateji tədarükçüsü və onun əsas iqtisadi tərəfdaşlarından biridir.

"Azərbaycan ticarətinin təxminən 70 %-i Aİ ölkələrinin payına düşür. Biz hesab edirik ki, Avropa İttifaqı, onun üzv dövlətləri və Azərbaycan arasında əməkdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsi üçün geniş imkanlar mövcuddur", - Prezidentin köməkçisi deyib.

Müsahibə zamanı H. Hacıyev Azərbaycanın və xalqının mədəniyyət beşiyi olan Şuşa şəhərinin bərpasından da danışıb.

Onun sözlərinə görə, təxminən 30 illik işğal ərzində Şuşa demək olar ki, tamamilə dağıdılmışdı. Lakin bu gün şəhər öz dirçəlişini yaşayır və yeni həyata qovuşur.

"Analoji proseslər Qarabağın və Şərqi Zəngəzurun bütün ərazisində baş verir", - Prezidentin köməkçisi bildirib.

NEWS FEED
14 JULY 2026
Tramp: “ABŞ bu gecə İrana güclü zərbə endirəcək 00:47 Səudiyyə Ərəbistanında neft emalı zavodlarına hücum edildi 00:40 Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından 6 il ötür 00:13 Ukrayna Donetskdə Rusiyanın sursat anbarını vurdu - VİDEO 23:46 ABŞ İranın cənubuna zərbələr endirir - VİDEO 23:41 İran ABŞ müşayiətində olan gəmilərə zərbə endirdi 23:37 ABŞ İrana zərbələr endirir - TƏCİLİ 23:27 Tramp Amerika xalqına müraciət edəcək 23:17 Səudiyyə Ərəbistanındakı hava limanı hədəfə alındı - VİDEO 23:04 Ukrayna Putindən əvvəl cavab verdi - Moskva vuruldu - VİDEO 22:51 Argentina DÇ-2026-dan uzaqlaşdırıla bilər 22:44 Fransa Ukraynaya yeni qırıcılar verəcək - SİYAHI 22:34 İranlı rəsmi: “Hörmüzdə qaydaları biz müəyyən edirik” 22:20 İran Hörmüzdə “parkomat” quraşdırır 22:14 Dünya ticarətinin “şah damarı”na təhlükə - Husilər hərəkətə keçir 22:06 Macarıstan Prezidentinin taleyi parlamentdə həll olundu 22:00 Sahibə Qafarova Afrikanın əsas parlament rəhbəri ilə nəyi müzakirə etdi? - DETALLAR 21:47 Slovakiya Prezidenti Bakıdadır 21:42 Səudiyyə Ərəbistanı husilərin nəzarətindəki əraziləri vurdu - VİDEO 21:32 Ərdoğan və Tramp sülh üçün birlikdə hərəkət edəcək 21:27 SON DƏQİQƏ: Ukraynanın Baş naziri istefa ərizəsi verdi 21:10 Kəlbəcərdə itkin düşən uşağın çaya necə düşdüyü məlum oldu 20:45 TƏCİLİ - Ənsərullah hərəkatı Səudiyyə Ərəbistanına ZƏRBƏLƏR ENDİRİR 20:58 Kərim Vəliyev Belarusa niyə getdi? - Səfərin detalları açıqlandı 20:40 İran Rusiya ilə “yeni səhifə açır” 20:35 All News