Hikmət Hacıyev: "ABŞ-nin Azərbaycana qarşı davam edən məhdudiyyətləri Ermənistanla sülhün əleyhinədir"

Hikmət Hacıyev: "ABŞ-nin Azərbaycana qarşı davam edən məhdudiyyətləri Ermənistanla sülhün əleyhinədir"
02.01.2026 13:05 Xarici siyasət

Tramp administrasiyası Azərbaycan və Ermənistanın sülh gündəliyinə güclü sadiqlik nümayiş etdirib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The Washington Post“ qəzetinə danışıb.

O bildirib ki, ABŞ liderinin məsələ ilə ətraflı şəkildə məşğul olması təqdirəlayiq əməldir.

Hikmət Hacıyev ABŞ tərəfindən Azərbaycana qarşı davam edən məhdudiyyətlərin sülhün əleyhinə işlədiyinə diqqət çəkib.

Prezidentin köməkçisi Azərbaycan və Ermənistanın sülhün möhkəmləndirilməsi üçün çalışdığını, lakin ABŞ Konqresində Azərbaycana qarşı tamamilə lazımsız qanunverici aktların irəli sürüldüyünü vurğulayıb.

“Bayden və Blinken administrasiytası ilə təəssüf ki, aramızda çoxlu anlaşılmazlıqlar var idi və bu ixtilafların əlaqələrimizə zərəri çox oldu” - Hikmət Hacıyev qeyd edib.

Azərbaycanın neft məhsullarının Ermənistana ixracı barədə danışan Hikmət Hacıyev bunun simvolik bir addım kimi görünə biləcəyini, lakin burada simvolizmlə birlikdə çox vacib geosiyasi konnotasiyaların mövcud olduğunu ifadə edib.

“Biz sadəcə Ermənistan hökuməti ilə yox, həm də Ermənistan xalqı ilə sülh yaradırıq”, - Prezidentin köməkçisi qeyd edib.

TodayPress TV


NEWS FEED
31 JULY 2026
Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 All News