Füzuli sakinləri Qurbanqulu Berdiməhəmmədova məktub yazdılar

Füzuli sakinləri Qurbanqulu Berdiməhəmmədova məktub yazdılar
19.11.2025 22:15 Xarici siyasət

Füzuli şəhərinin sakinləri şəhərdə məscid inşa etmək təşəbbüsünə görə Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədova təşəkkür məktubu ünvanlayıblar.

TodayPress TV həmin məktubu təqdim edir:

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədova

Hörmətli Qurbanqulu Məlikquliyeviç.

Azərbaycan və türkmən xalqları arasında əsrlər boyu formalaşmış dərin tarixi, mədəni, etnik, dil və dini bağlar iki qardaş ölkə arasındakı münasibətlərin etibarlı təməlini təşkil edir. Bu möhkəm təməllər üzərində qurulan dostluq və qardaşlıq münasibətlərimiz Zati-alilərinizin humanitar təşəbbüsləri ilə daha da dərinləşib.

Fəxrlə qeyd etməliyik ki, Zati-alilərinizin adını daşıyan Qurbanqulu Berdiməhəmmədov adına Himayəyə Ehtiyacı Olan Uşaqlara Yardım Fondu mərhəmət, xeyirxahlıq, humanizm kimi ali mənəvi dəyərlərin yaşadılması ilə yanaşı, dost və qardaş xalqlarımız arasında mənəvi körpü missiyasını böyük uğurla həyata keçirir.

Bu nəcib missiyanın ən parlaq nümunələrindən biri də Sizin Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində məscid inşa etmək təşəbbüsünüzdür. Biz bu təşəbbüsü böyük məmnuniyyət və dərin minnətdarlıq hissi ilə qarşıladıq. Qarabağın bərpa prosesinə dəyərli töhfə olan bu humanist addımınız iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin, dini-mənəvi həmrəyliyin, humanitar əməkdaşlığın və qarşılıqlı etimadın bariz təcəssümüdür.

Oktyabrın 7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Zirvə Görüşü çərçivəsində Türk dövlət və hökumət başçıları ilə birgə Füzulidə inşa ediləcək məscidin onlayn formatda təməlinin qoyulması bu xeyirxah layihəyə əlavə mənəvi və tarixi məna qazandırıb. Bu təşəbbüs, həmçinin Türk dünyasının ortaq dəyərlərinə, İslam mədəniyyətinə və azad olunmuş torpaqlarımızın mənəvi dirçəlişinə verilən yüksək önəmin göstəricisidir.

Xüsusilə qeyd etmək istərdik ki, Türk Dövlətləri Təşkilatı, eləcə də Təşkilatın Ağsaqqallar Şurasındakı uğurlu fəaliyyətiniz, Türk dünyasının birliyi, həmrəyliyi və inkişafı naminə səsləndirdiyiniz müdrik çağırışlar və verdiyiniz mesajlar böyük hörmət, ehtiramla izlənilir və yüksək qiymətləndirilir.

2025-ci ilin iyul ayında Zati-alilərinizin Qarabağa səfəri, o cümlədən Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa məscidini ziyarətiniz zamanı Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ruhuna etdiyiniz dualar qardaşlıq, mənəvi dəyərlərə sədaqət və tarixi irsə hörmətin parlaq nümunəsi kimi xalqımız tərəfindən böyük ehtiramla qarşılanıb.

İnanırıq ki, Zati-alilərinizin təşəbbüsü ilə Füzuli və Arxadağ şəhərlərinin qardaşlaşması insanlararası təmasların daha da intensivləşməsinə təkan verəcəkdir.

Hörmətli Qurbanqulu Məlikquliyeviç, Sizin yüksək diqqət və mənəvi dəstəyiniz Füzuli sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır və qəlbimizdə dərin minnətdarlıq hissi oyadır, bölgənin mənəvi həyatına yeni ruh, inam və ümid gətirir. Bu nəcib addım qardaşlığımızın və həmrəyliyimizin tərənnümü kimi qədirbilən Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır.

Füzuli şəhərində inşa edilən və Azərbaycan-Türkmənistan qardaşlığının mənəvi rəmzinə çevriləcək bu məscidin yaxın zamanda Zati-alilərinizin iştirakı və xeyir-duaları ilə açılışını biz Füzuli sakinləri olaraq böyük səbirsizliklə gözləyirik.

Fürsətdən istifadə edərək, göstərilən yüksək diqqət və qayğı üçün bütün Füzuli sakinləri adından Zati-alilərinizə bir daha dərin təşəkkürümüzü bildirir, Sizə möhkəm cansağlığı, uzun ömür və Türkmənistan xalqının rifahı naminə gələcək fəaliyyətinizdə davamlı uğurlar arzu edirik. Ulu Tanrıdan qardaş Türkmənistana və xalqına firavanlıq, sülh, əmin-amanlıq və daimi tərəqqi diləyirik.

Azərbaycan Respublikasının Füzuli şəhərinin sakinləri adından dərin hörmətlə,

Əliyev Vidadi Əziz oğlu

Hüseynov Məhəmməd Səyyad oğlu

Rzayev Atabəy Saleh oğlu

Əhmədov Taleh Famil oğlu

Xanlarov Vaqif Əsgər oğlu

Əliyeva Sevda Yaqub qızı

Quliyeva Aygün Oktay qızı

Abdullayev Nizami Ağabala oğlu

Qəhrəmanova Xuraman Hüseyin qızı

Quliyev Elman Süleyman oğlu

Əliyev Füzuli İbrahim oğlu

Camalxanov Tehran Məmmədəli oğlu

Abdullayev Məmmədbağir Abdulla oğlu

Məmmədov Alik Calal oğlu

Məmmədova Nüşabə Həmid qızı

Hüseynova Mahnur Eldar qızı

Əliyeva Fəridə Kamil qızı

Əliyeva Rəhilə Ənvər qızı

Nəsirova Gülbahar Allahverdi qızı

Hüseynova Fəridə Rəhbər qızı

Füzuli şəhəri, 19 noyabr 2025-ci il.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 All News