Fransa XİN: "Azərbaycan və Ermənistan arasında tarixi addımlar atılıb”

Fransa XİN: "Azərbaycan və Ermənistan arasında tarixi addımlar atılıb”
08.08.2026 13:47 Xarici siyasət

Azərbaycan və Ermənistan bir il ərzində sülhü hər iki ölkənin xalqları üçün hiss olunan reallığa çevirmək məqsədilə mühüm və qətiyyətli addımlar atıblar.

TodayPress TV xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Paskal Konfavrönün 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton sammitinin ildönümü münasibətilə yaydığı bəyanatda qeyd olunub.

"2026-cı il avqustun 8-də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş tarixi razılaşmanın birinci ildönümü qeyd olunur. Ötən il ərzində hər iki ölkənin hakimiyyət orqanları sülhü öz xalqları üçün hiss olunan reallığa çevirmək məqsədilə mühüm və cəsarətli addımlar atıblar", - məlumatda bildirilib.

Onun sözlərinə görə, Fransa Cənubi Qafqazın yenidən tamhüquqlu əməkdaşlıq məkanına və Avropa ilə Asiya arasında birləşdirici halqaya çevrilməsi üçün bu prosesin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və ratifikasiyası, sərhədlərin açılması və regional nəqliyyat əlaqələrinin inkişafı ilə davam edəcəyinə ümid edir.

O əlavə edib ki, Fransa avropalı tərəfdaşları ilə birgə Azərbaycanın və Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə tam hörmət etməklə bu prosesə fəal şəkildə dəstək verməyə davam edəcək.

TodayPress TV

NEWS FEED
08 AUGUST 2026
İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı 15:55 FHN su hövzələrinə üz tutan vətəndaşlara müraciət etdi 15:31 Lionel Messinin atası vəfat etdi 15:08 Türkiyə Qara dənizdə gəmilərin hərəkətini məhdudlaşdırır [[– SƏBƏB ]] 14:59 Hikmət Hacıyev: “İlham Əliyev həm müharibəni, həm də sülhü qazanıb” 14:47 Hörmüz boğazı ilə bağlı kritik razılaşma: İran və Oman detalları razılaşdırır 14:28 Azərbaycanın qızlardan ibarət basketbol millisi Estoniyaya qalib gəldi 14:05 Sumqayıtda avtomobil sexi yandı - VİDEO 13:48 Fransa XİN: "Azərbaycan və Ermənistan arasında tarixi addımlar atılıb” 13:25 Azərbaycanda 61 cinayətin üstü açıldı 13:21 ABŞ-də İrana qarşı müharibə ilə bağlı çağırış: "Tramp müharibəni bitirsin" 13:03 Sabah hava necə olacaq? - PROQNOZ 12:46 Britaniyadan Azərbaycan və Ermənistan liderlərinə mesaj: “Tarixi addımı yüksək qiymətləndiririk 12:42 Nikol Paşinyan Prezident İlham Əliyevə zəng etdi 12:36 Pakistanın müdafiə naziri: “Müsəlman ölkələri NATO kimi birləşməlidir” 12:30 Ermənistanda Tsarukyanın kürəkəni saxlanıldı, yaxın adamı həbs edildi - VİDEO 12:16 Müəllimlərin faktiki yaşayış rayonuna uyğun vakansiya seçimi başladı 12:06 Pensiyalar ÖDƏNİLDİ 11:20 Gürcüstandan Rusiyaya çağırış: İşğala son qoyun! 11:24 Yaponiyada güclü zəlzələ: Ölənlərin sayı artdı, insanlar təxliyə edilir - VİDEO 09:15 İİKK: ABŞ İranla müharibədə məğlub oldu 11:12 Xocavənddə traktor minaya düşdü 10:53 Gürcüstanda dövlət bayraqları yarıya endirildi 10:39 Antarktidadan gələn soyuq dalğası Yeni Zelandiyanı vurdu 10:24 Paşinyandan Azərbaycan mesaj: “Sülh bərqərar olub” 10:07 All News