İtaliya Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanladı

İtaliya Prezidenti Azərbaycan dövlət başçısına təbrik ünvanladı
27.05.2025 12:54 Xarici siyasət

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

TodayPress TV xəbər verir ki, təbrik məktubunda deyilir: 

"Zati-aliləri.  Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə təbriklərimi, dost Azərbaycan xalqına firavan gələcəklə bağlı ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. 

Xalqlarımız arasında mövcud olan ənənəvi dostluq münasibətləri əməkdaşlığımızın möhkəm təməlini təşkil edir. Son illərdə əlaqələrin getdikcə intensivləşməsi, xüsusilə də ötən ilin sentyabr ayında Sizin Romaya etdiyiniz dəyərli səfər münasibətlərimizin gələcəyinə inamla baxmağa imkan verir.

Bu isə ortaq maraq doğuran bir çox sahələrdə strateji tərəfdaşlığın daha da inkişafı üçün ideal zəmin yaradır. 

Daimi dialoq və qarşılıqlı anlayış həm ikitərəfli səviyyədə, həm də Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlər kontekstində İtaliya tərəfindən ardıcıl olaraq təşviq olunan vasitələrdir.

Məqsədimiz bugünkü mürəkkəb beynəlxalq şəraitdə yaxşı qonşuluq əlaqələrini, regional sabitliyi və ümumi inkişafı dəstəkləməkdir. 

Cənab Prezident, bu əlamətdar gün münasibətilə İtaliya Respublikası adından və şəxsən öz adımdan Sizə və bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram".

XƏBƏR LENTİ
08 AVQUST 2026
Əraqçi: "Hörmüz boğazında yeni marşrut hazırlanır" 16:27 Türkiyədə tunel uçdu: Ölən və yaralananlar var 16:13 Medvedev Ermənistana xəbərdarlıq etdi: “Gürcüstanın taleyini təkrarlayacaq” 16:16 "Arsenal" Brunu Qimaraynşi transfer etdi 16:08 İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı 15:55 FHN su hövzələrinə üz tutan vətəndaşlara müraciət etdi 15:31 Lionel Messinin atası vəfat etdi 15:08 Türkiyə Qara dənizdə gəmilərin hərəkətini məhdudlaşdırır – SƏBƏB 14:59 Hikmət Hacıyev: “İlham Əliyev həm müharibəni, həm də sülhü qazanıb” 14:47 Hörmüz boğazı ilə bağlı kritik razılaşma: İran və Oman detalları razılaşdırır 14:28 Azərbaycanın qızlardan ibarət basketbol millisi Estoniyaya qalib gəldi 14:05 Sumqayıtda avtomobil sexi yandı - VİDEO 13:48 Fransa XİN: "Azərbaycan və Ermənistan arasında tarixi addımlar atılıb” 13:25 Azərbaycanda 61 cinayətin üstü açıldı 13:21 ABŞ-də İrana qarşı müharibə ilə bağlı çağırış: "Tramp müharibəni bitirsin" 13:03 Sabah hava necə olacaq? - PROQNOZ 12:46 Britaniyadan Azərbaycan və Ermənistan liderlərinə mesaj: “Tarixi addımı yüksək qiymətləndiririk 12:42 Nikol Paşinyan Prezident İlham Əliyevə zəng etdi 12:36 Pakistanın müdafiə naziri: “Müsəlman ölkələri NATO kimi birləşməlidir” 12:30 Ermənistanda Tsarukyanın kürəkəni saxlanıldı, yaxın adamı həbs edildi - VİDEO 12:16 Müəllimlərin faktiki yaşayış rayonuna uyğun vakansiya seçimi başladı 12:06 Pensiyalar ÖDƏNİLDİ 11:20 Gürcüstandan Rusiyaya çağırış: İşğala son qoyun! 11:24 Yaponiyada güclü zəlzələ: Ölənlərin sayı artdı, insanlar təxliyə edilir - VİDEO 09:15 İİKK: ABŞ İranla müharibədə məğlub oldu 11:12 Bütün Xəbərlər