Ermənistan Azərbaycandan qaz almaq istəyir
Ermənistan Rusiya qazından asılılığını azaltmaq üçün alternativ mənbələrdən təbii qaz almaq imkanlarını müzakirə edir.
TodayPress TV xəbər verir ki, bu barədə "Teleqraf" “İnterfaks”a istinadən yazıb.
Məlumata görə, İrəvan İran və Azərbaycandan qaz tədarükü imkanlarını nəzərdən keçirir.
Bildirilir ki, İran qazının idxalının artırılması məsələsi iyul ayında Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyanın İrana səfəri zamanı müzakirə olunub.
Bundan əlavə, gələcəkdə Azərbaycanın təbii qazının TRIPP layihəsi çərçivəsində inşa edilməsi planlaşdırılan yeni boru kəməri vasitəsilə Ermənistana nəqlinin mümkün olduğu bildirilir.
Qeyd olunur ki, Ermənistanın Rusiya ilə münasibətlərinin gərginləşməsi və Avropa İttifaqına inteqrasiya kursunu davam etdirməsi fonunda Moskva İrəvana verilən bəzi güzəştlərin, o cümlədən Rusiya qazının tədarük şərtlərinin yenidən nəzərdən keçirilə biləcəyini açıqlayıb.