D-8 Bakı Gənclər Bəyanatı qəbul olundu

D-8 Bakı Gənclər Bəyanatı qəbul olundu
07.12.2025 23:18 Xarici siyasət

Bakıda keçirilən D-8 Gənclər Dialoqunun ikinci günü uğurla başa çatıb.

TodayPress TV xəbər verir ki, gün ərzində gənclər siyasəti, şəhər inkişafı və dayanıqlı şəhər mühitinin formalaşmasında gənclərin roluna dair bir sıra panel müzakirələri təşkil olunub.

Proqramın ilk paneli "Şəhərlərdə mobillik: Daha inklüziv və gəncləryönümlü mobillik sistemləri üçün siyasətlər, innovasiyalar və həllər" mövzusuna həsr edilib. Müzakirələrdə şəhər nəqliyyatının əlçatanlığı, gənclərin ehtiyaclarına uyğunlaşdırılmış mobil yanaşmalar, rəqəmsal nəqliyyat həlləri və dayanıqlı şəhər mühitinin qurulması məsələləri diqqət mərkəzində olub.

Ardınca "Yaşıl urban inkişaf üçün bacarıqlar: Dayanıqlı və aşağı karbonlu şəhərlər naminə gənclər" paneli keçirilib. Ekspertlər və iştirakçılar gənclərin yaşıl bacarıqlarının inkişaf etdirilməsi, ekoloji davamlı şəhər modellərinin yaradılma imkanları və aşağı karbonlu gələcəyə keçidi sürətləndirən təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.

Sessiyalar boyunca üzv ölkələrin nümayəndələri urbanizasiya, ekoloji siyasət, innovasiya və gənclərin fəal iştirakının gücləndirilməsi sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Tədbirin rəsmi bağlanış mərasimində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam, Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova, misirli gənc Karen Hani çıxış ediblər. Tədbirin sonunda D-8 ölkələrinin nümayəndələri tərəfindən D-8 Bakı Gənclər Bəyanatı qəbul olunub. Bəyanat gənclərin qərarvermə proseslərində rolunun artırılması, dayanıqlı urban inkişaf, yaşıl bacarıqların gücləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi istiqamətində ortaq öhdəlikləri əks etdirir.

Qeyd edək ki, iki gün davam edən D-8 Gənclər Dialoqu region ölkələri arasında gənclər siyasətinə və dayanıqlı urban inkişaf üzrə tərəfdaşlığın möhkəmlənməsinə, eləcə də yeni ortaq təşəbbüslərin formalaşmasına mühüm töhfə vermək məqsədi daşıyıb.

NEWS FEED
31 JULY 2026
Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 All News