Ceyhun Bayramov: "Rusiya artıq 2020-ci il oktyabrın 10-da bölgəyə sülhməramlı göndərmək istəyirdi"

Ceyhun Bayramov: "Rusiya artıq 2020-ci il oktyabrın 10-da bölgəyə sülhməramlı göndərmək istəyirdi"
07.11.2025 23:03 Xarici siyasət
İkinci Qarabağ müharibəsi zamanı gərginlik baxımından Moskva görüşü digərlərindən fərqlənirdi.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov "İTV"yə müsahibəsində deyib.

Nazir xatırladıb ki, 2020-ci il oktyabrın 8-də Rusiya tərəfi Ermənistanla danışıqların keçirilməsini təkidlə təklif edib:

"Oktyabrın 9-da görüşün keçirilməsi ilə bağlı razılıq əldə olunub. Danışıqlar başlayanda maraqlı məqam ondan ibarət idi ki, Rusiya XİN başçısı Lavrov tərəflərə sənəd təqdim etdi. Sənəd cəmi bir neçə maddədən ibarət idi. Oktyabrın 10-a keçən gecə bütün hərbi əməliyyatların dayandırılması, təmasın şərq hissəsində Rusiya sülhməramlıları və Azərbaycan ordusu, təmas xəttinin qərbində isə yenə Rusiya sülhməramlılarının və Ermənistan ordusunun yerləşdirilməsi təklif olunurdu".

C. Bayramovun qeyd edib ki, ərazinin boşaldılması nəzərdə tutulmurdu:

"Bu o demək idi ki, məsələ tam dondurulsun və bundan sonra heç nə artıq baş verə bilməz. Biz öz mövqeyimizdən çıxış edərək bildirdik ki, Ermənistanla danışığa hazırıq, Ermənistan ərazidən nə vaxt çıxacağını göstərsin. Sənədə Ermənistan da etiraz etdi".

Nazir xatırladıb ki, danışıqlar bir neçə saat çəkib və mövqelərdə heç bir tərpəniş olmayıb. Onun sözlərinə görə, Lavrov müəyyən məqamda manevr edərək bildirib ki, əvvəlki gün liderlərin danışığının olmasından məlumatlıdır, siz isə (XİN rəhbərləri - red.) onlardan bir qədər fərqli görünürsünüz:

"Biz isə buna cavab olaraq fasilə istədik ki, öz daxilimizdə müzakirəyə ehtiyac var. Onlar bizə yer ayırmaq istədilər. Lakin biz öz səfirliyimizə getmək istədik, Ermənistan isə danışıqlar olan məkanda qaldı. Biz səfirliyimizdə müəyyən kanallarla əlaqə saxladıq, cənab prezidentin təlimatlarını aldıq və addımlarımızı hazırladıq. Danışıqlara qayıdanda Rusiya Prezidenti Putin və müdafiə naziri Şoyqu zəng edən zaman Lavrov otaqdan çıxırdı. Biz danışıq zamanı mövqemizdən çəkinməyəcəyimizi bildirdik".

C. Bayramov bildirib ki, nəticəni həmin gün əldə etmək onlar üçün çox önəmli idi:

"Biz isə bildirdik ki, danışığa sabah da davam edə bilərik. Biz orada olanda Hadrutun işğaldan azad edildiyi elan olundu. Bu bizə xəbər verildi. Bundan 15 dəqiqə sonra Ermənistan nümayəndə heyətində təşviş gördük. Bu, günün maraqlı məqamı idi. Biz orada onlara da Hadrutun azad olunduğunu dedik, çünki Ermənistan tərəfi 5+2 formatı (işğal altında olan 7 rayondan Kəlbəcər və Laçın istisna olmaqla, beşinin dərhal azad edilməsi - red.) təqdim edəndə biz bunun işləmədiyini dedik. Bildirdik ki, artıq Cəbrayıl və Hadrut azad olunub".

NEWS FEED
16 JUNE 2026
Müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunur 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 All News