Ceyhun Bayramov çinli həmkarı ilə görüşdü - YENİLƏNDİ

Ceyhun Bayramov çinli həmkarı ilə görüşdü - YENİLƏNDİ
28.01.2026 17:17 Xarici siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Van İ ilə görüşüb.

Bu barədə TodayPress TV-yə nazirlikdən məlumat verilib.

Qeyd olunub ki, görüşdə Azərbaycan ilə Çin arasında ikitərəfli və çoxtərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub.

Nazirlər siyasi dialoqun yüksək səviyyədə olduğunu, 2025-ci ildə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə töhfə verdiyini məmnunluqla qeyd ediblər. Azərbaycan Respublikası Prezidentinin Çinə ötən ilin aprel ayında həyata keçirdiyi dövlət səfəri zamanı imzalanmış çoxsaylı müqavilələrin bir sıra istiqamətlərdə əməkdaşlığa əlavə təkan verdiyi vurğulanıb.

2027-ci il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 35 illik yubileyinin qeyd olunacağı məmnunluqla xatırlanıb.

Nazirlər qarşılıqlı etimad və hörmətə əsaslanan əməkdaşlığın ticarət-iqtisadi, nəqliyyat-logistika, enerji, bərpa olunan enerji, sənaye, rəqəmsal transformasiya, kənd təsərrüfatı, humanitar və təhsil sahələrində daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Orta Dəhliz, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə görülən işlərdə birgə əməkdaşlıq təqdir olunub.

Görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin önəmi qeyd olunub, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. BMT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), Qoşulmama Hərəkatı və digər çoxtərəfli formatlar çərçivəsində əməkdaşlıq əlaqələri nəzərdən keçirilib.

Tərəflər həmçinin xalqlararası əlaqələrin möhkəmləndirilməsi, təhsil, mədəniyyət, turizm və gənclər arasında mübadilələrin genişləndirilməsinin ikitərəfli münasibətlərin dayanıqlı inkişafında mühüm rol oynadığını qeyd ediblər.

Görüşdə daha sonra qlobal və regional təhlükəsizlik məsələləri, Mərkəzi Asiya formatı çərçivəsində əməkdaşlıq planları nəzərdən keçirilib. Görüşdə, həmçinin post-münaqişə dövründə bərpa-quruculuq işləri və mina təhdidi barədə qarşı tərəfə məlumat verilib. Minasızlaşdırma fəaliyyətində ANAMA-ya dəstəyə görə Çin tərəfinə təşəkkür ifadə olunub.

Görüş zamanı habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

TodayPress TV

***

15:54

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pekində Çin Xalq Respublikasının xarici işlər naziri Van Yi arasında geniştərkibli görüş olub.

TodayPress TV xəbər verir ki, bu barədə nazirlik "X" sosial media hesabında məlumat yayıb.

Qeyd olunub ki, nazirlər Azərbaycan–Çin hərtərəfli strateji tərəfdaşlığının mövcud vəziyyətini və gələcək perspektivlərini nəzərdən keçirərək, yüksək səviyyəli siyasi dialoqun və xarici işlər nazirlikləri arasında müntəzəm təmasların əhəmiyyətini vurğulayıblar.

Müzakirələr zamanı iqtisadi və ticarət əməkdaşlığının dərinləşdirilməsi, investisiya imkanları, bağlantı və nəqliyyat dəhlizləri, enerji sahəsində əməkdaşlıq, həmçinin innovasiya və rəqəmsal inkişaf istiqamətlərində tərəfdaşlıq məsələləri əhatə olunub.

Tərəflər eyni zamanda regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi apararaq, çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın vacibliyini qeyd ediblər.

Hər iki nazir bu səfərin ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə və müxtəlif sahələr üzrə praktiki əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə edib.

TodayPress TV

PHOTOS

Ceyhun Bayramov çinli həmkarı ilə görüşdü - YENİLƏNDİ — 1
Ceyhun Bayramov çinli həmkarı ilə görüşdü - YENİLƏNDİ — 2
Ceyhun Bayramov çinli həmkarı ilə görüşdü - YENİLƏNDİ — 3
NEWS FEED
15 JUNE 2026
Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 SON DƏQİQƏ: İran Ali Təhlükəsizlik və Müdafiə şurasının hazırda iclası keçirilir 22:44 All News