BTQ Cenevrədə siqhlərlə bağlı beynəlxalq konfrans keçirəcək

BTQ Cenevrədə siqhlərlə bağlı beynəlxalq konfrans keçirəcək
11.03.2026 13:24 Xarici siyasət

BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində İsveçrənin Cenevrə şəhərində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Hindistan hökumətinin transmilli repressiyalarına qarşı mübarizə: Siqhlərin müqaviməti və BMT" adlı beynəlxalq konfrans keçiriləcək.

TodayPress TV xəbər verir ki, tədbirdə siqh diasporunun Kanada, Böyük Britaniya, Avstraliya və ABŞ-dəki nüfuzlu nümayəndələri, Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər iştirak edəcək.

Konfransda Hindistan hökumətinin digər etnik icmalara qarşı həyata keçirdiyi təhdidlər və repressiv siyasət nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan, hazırda xarici ölkələrdə yaşayan etnik icmaların nümayəndələrinin - siqh fəallarının, diaspor təşkilatlarının rəhbər şəxslərinin, eləcə də onların ailə üzvlərinin Hindistan hakimiyyət orqanları tərəfindən son dövrlərdə artan hücumlara və terror təhdidlərinə məruz qalması faktları ətrafında müzakirələr aparılacaq. Təşkil edilmiş hücumların fundamental azadlıqlar və insan hüquqları baxımından yaratdığı ciddi risklər, diaspor təşkilatlarına qarşı yönəlmiş transsərhəd təzyiqlər və təhdidlər ətrafında fikir mübadiləsi aparılacaq.

Bu xüsusda, beynəlxalq təşkilatların diqqətinin sözügedən məsələlərə yönəldilməsinin zəruriliyi, Hindistan hökumətinin ölkə daxilində və xaricində etnik azlıqlara qarşı repressiv siyasətinin BMT və onun müvafiq qurumlarının gündəliyinə çıxarılması imkanları, xüsusilə İnsan Hüquqları Şurası çərçivəsində mövcud prosedur və mexanizmlərin daha effektiv şəkildə tətbiqi, eləcə də BMT-nin transsərhəd, etnik azlıqlar və onların hüquqları üzrə ixtisaslaşmış məruzəçiləri (reparteurs) tərəfindən Hindistan hökumətinin siqh icmasına qarşı həyata keçirdiyi qanunsuz təqib və təzyiq hallarının sistemli şəkildə sənədləşdirilməsi, eləcə də bu kimi halların qarşısının alınması məqsədilə qlobal səviyyədə hesabatlılıq və monitorinq mexanizmlərinin daha da gücləndirilməsinin vacibliyi, Hindistan hökumətinin beynəlxalq müstəvidə məsuliyyəti konfransın əsas müzakirə mövzusu olacaq.

Beynəlxalq konfransın ardınca Cenevrə Mətbuat Klubunda Bakı Təşəbbüs Qrupu və Siqh Federasiyası tərəfindən hazırlanmış birgə hesabatın təqdimatı keçiriləcək və media nümayəndələrinin sualları cavablandırılacaq.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 All News